Recents in Beach

Lənkəranda ərazi ilk partiya təşkilat katiblərini toplantısı keçirilmişdir

Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Komitəsində ərazi ilk partiya təşkilat katiblərinin yığıncağı keçirilmişdir.

Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 26 fevral 2021-ci il tarixli plenumunun qərarları və Lənkəran Rayon Partiya Komitəsinin qarşısında duran vəzifələr müzakirə edilmişdir.

Azərbaycan KP Lənkəran Rayon Komitəsinin birinci katibi Əlirza Cəfərov çıxışında qeyd etdi ki, plenumda AKP MK-nın birinci katibi Telman Nurullayevin dərin məzmunlu, proqram xarakterli məruzəsini və məruzə ətrafındakı müzakirələri dinləyib ümumiləşdirərək deyə bilərik ki, Azərbaycan Kommunist Partiyası özünün Nizamnamə və Proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara tam sadiqlik nümayiş etdirərək xalqımız qarşısında şərəflə xidmət edir, dövrün, zamanın çətinliklərindən təşkilati və ideoloji cəhətcə mətinləşmiş şəkildə çıxmağa çalışır.

Yoldaş Əlirza Cəfərov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 12 yanvar 2022-ci il tarixli Bəyənatının aktuallığını vurğulamış və bu tarixi sənədin zəhmətkeşlər tərəfindən razılıqla qarşılandığını bildirmişdir.

Lənkəran kommunistlərinin lideri Əlirza Cəfərov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 22 yanvar 2022-ci il tarixli katibliyin yığıncağı ilə bağlı fikirlərini bölüşmüş, müzakirə edilmiş məsələlərin həyata keçirilməsi istiqamətində tövsiyələrini vermişdir.

Yığıncaqda Atakişi Rəhimov, Rafiq Dadaşov, Ələddin Abbasov və Təqdir Abbasov çıxış edərək, gündəliyə çıxarılmış məsələlərin həllinin vacibliyini qeyd etmişlər. Natiqlərin fikrincə kapitalizmin ümumi böhranının dərinləşdiyi və onun burjua cəmiyyəti həyatının bütün sahələrində təzahür etdiyi şəraitdə inhisarçı imperializmin hökmranlığına qarşı fəhlə sinfinin, zəhmətkeşlərin mübarizəsi kommunistlərin təşkilatçılığı ilə güclənməlidir.

Yığıncaqda təşkilati məsələlərə də baxılmışdır.

Xasay Kazımov və Nizami Novruzovun Lənkəran Rayon Partiya Komitəsinin nəzarət-təftiş komissiyasından azad edilməsi üçün yazdıqları ərizələr nəzərə alınmışdır.

Lənkəran Rayon Partiya Komitəsinin nəzarət-təftiş komissiyasının işi müvəqqəti olaraq Təqdir Əkbərov və Mirtofiq Əhmədova həvalə edilmişdir.

 İnci İkramlı,                                                                                                                     "Kommunist" onlayn qəzetinin müxbiri



 

Отправить комментарий

0 Комментарии