Recents in Beach

Astara Rayon Partiya Komitəsində hesabat-seçki yığıncağı keçirilmişdir


17 iyul 2022-ci ildə  Azərbaycan Kommunist Partiyası Astara Rayon Komitəsində hesabat-seçki yığıncağı keçirilmişdir.

Astara Rayon Partiya Komitəsinin birinci katibi Vüqar Aslanov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, Astara rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Rayon ərazisində 1 şəhər, 2 qəsəbə və 89 kənd olmaqla 92 yaşayış məntəqəsi (15 imzibati ərazi dairəsi) var. Rayonda təxminən 109 min əhali yaşayır.

Hesabat dövründə rayon partiya komitəsinin təşkili formalarına, fəaliyyət istiqamətinə və iş metodlarına xüsusi diqqət yetirilmişdir - Vüqar Həsənov vurğuladı - Biz köhnəlmiş və ya zamanın sınağından çıxa bilməmiş iş forma və metodlarından qətiyyətlə imtina etmişik.Qarşıda duran vəzifələri və toplanmış təcrübəni əsas götürməklə, ictimai inkişaf qanunlarını nəzərə almaqla rayonda partiya həyatı normalarını daim təkmilləşdiririk.

Kommunistlərdən Heybət Hüseynov, Feyruz Bağırov, Ağabala Nəsənov, Sadiq Mehdiyev, Rəcəbəli Baxışov və Sabir İsayev çıxış etmişlər. Natiqlər bildirdilər ki, partiya təşkilatı üçün fəaliyyəti qiymətləndirməyin ən mühüm meyarı son əməli nəticədir. Buna görə də ilk partiya təşkilatların mübarizliyi və sıx birliyi onun daxili həyatının Lenin normalarına riayət edilməsindən, tədbirlərin kollegiallığının və intizamın kommunistlərin yaradıcılıq təşəbbüsü və özfəaliyyəti ilə əlaqələndirilməsindən bilavasitə asılıdır.

Yığıncaqda Astara Rayon Partiya Komitəsinin yeni rəhbər tərkibi seçilmişdir. 

Vüqar Aslanov səs çoxluğu ilə Astara Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.

Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev və ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov iştirak etmişdir.

Azərbaycan KP MK-nın mətbuat xidməti






Отправить комментарий

0 Комментарии