Recents in Beach

Hacıyev Baxşəli Əli oğlu

Azərbaycanın kommunist hərəkatına ağır itgi üz vermişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın beynəlxalq məsələlər üzrə katibi Hacıyev Baxşəli Əli oğlu 10 mart 2024-cü idə, ömrünün 74 yaşında vəfat etmişdir.

Baxşəli Hacıyev 25 dekabr 1950-ci ildə Azərbaycan SSR Naxçıvan şəhərində anadan olmuşdur.
1968-ci ildə Naxşıvan şəhər 7 nömrəli orta məktəbi bitirdikdən sonra elə həmin ildə Məşədi Əzizbəyov adına Neft və Kimya İnstitutunun energetika fakültəsinin axşam şöbəsinə daxil olub.
Bakının Kirov rayonundakı (indiki Binəqədi) 2701 nömrəli nəqliyyat müəssisəsində motorçu kimi əmək fəaliyyətinə başlayıb.
1984-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil olub.
Azərbaycan SSR Sənaye – Tikinti Nazirliyin qülləli kranlar üzrə 3 nömrəli mexanizasiya idarəsində mexanik, sahə rəisi, 1979-cu ildən rəis müavini, 1985-ci ildən rəis vəzifəsində işləyib.
1990 – 2002-ci illərdə Azərbaycan SSR Sənaye – Tikinti Nazirliyin nəzdində Sənaye – tikinti mexanizasiya trestin rəisi işləyib. Özəlləşdirmə adı ilə sosialist dövlət əmlakının talan edilməsinə əqidəli kommunist kimi etiraz etməklə, həmin trestin rəisi vəzifəsindən istefa verib.
Lenin, Stalin və Oktyabr İnqilabı ordenləri və bir sıra medallarla təltif olunub.
Baxşəli Hacıyev müasir Azərbaycan Kommunist Partiyasının tarixinə iz qoymuş siyasi xadimdir. Onun partiya qarşısında xidmətləri misilsizdir. Partiyanın yenidən bərpa edilməsi və möhkəmləndirilməsində yaxından iştirak etmişdir.
Baxşəli Hacıyev müdrik şəxsiyyət, uzaqgörən kommunist, cəsarətli insan idi. O, öz həyatını kommunist ideologiyasına, sosializm ideallarına həsr etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə Kommunist Partiyasına ləyaqətlə, sədaqətlə xidmət etmişdir.
Baxşəli Hacıyev kommunistə məxsus ən mühüm göstəricilərindən biri də beynəlmiləlçilik üzərində qurulan azərbaycançılıq məfkurəsinin, sosialist özünüdərkin inkişafı, xalqın sosialist tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında fəaliyyəti olmuşdur.
Baxşəli Hacıyev təcrübəli partiya funsioneri kimi sosialist cəmiyyətinin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini gənclərlə bölüşmüşdür.
Zəngin kommunist ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Baxşəli Hacıyev sol düşərgədə cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fiqurlardan birinə çevrilmişdi.
Bu gün Baxşəli Hacıyev bizimlə deyil, ancaq onun tutduğu siyasi yol davam etdiriləcəkdir.
Etibarlı əqidədaşımız, sədaqətli silahdaşımız, səmimi və təvazökar insan Baxşəli Əli oğlu Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi adından:
Telman Nurullayev, Rəhim Həsənov, Ədalət Abdinov, Şıxbaba Rzayev, Qəhraman Qəhramanov, Kəmalə İbrahimova, Əlirza Cəfərov, Müslət Əzizov, Nizami Fətullayev, Əli Babayev, Feyruz Bağırov, Malik Qafarov və Fərman Muradov

Отправить комментарий

0 Комментарии