Recents in Beach

Xilas sosialist özünüidarəsinin bərpasındadır


Varlı, kasıb, yoxsul - insan amili mövcud olan cəmiyyətdə dəhşətli, ağır nəticəli hadisələr, müsibətlər, bədbəxtliklər faciələr davamlı olacaq.

Cəmiyyət həyatının vacib məsələlərinin həllində varlıların öz mənafeyi naminə təsiri, yoxsulların isə formal iştirakı böyük bəladır, fəlakətdir.
V.İ.Lenin yazırdı: "Yalnız "ali siniflər" adlanan siniflərin, yalnız varlıların və ya varlı siniflər məktəbindən keçənlərin, guya dövləti idarə edə biləcəyi... kimi köhnə, mənasız, vəhşi, alçaq və iyrənc bir yanlış fikri necə olursa-olsun aradan qaldırmaq lazımdır".
Pulun hökmran olduğu cəmiyyətdə mənəvi - siyasi atmosfer qeyri sağlamdır, çox çirklidir.
Adamların həyat və əmək şəraitinə, sosial ovqatına qayğını kəsməklə onlara vətəndaşlıq məsuliyyəti yükləyir və azadlıq verirlər.
Vaxtilə V.İ.Leninin yazdıqları bu gün də aktualdır: "Kapitalist istismarının yaratdığı şərait nəticəsində ehtiyac və yoxsulluq hazırki muzdlu qulları o qədər əzmişdir ki, onların "demokratiya yadına düşmür", "siyasət yadına düşmür", hadisələrin adi, din gedişi şəraitində əhalinin əksəriyyəti ictimai-siyasi həyatda iştirak etməkdən kənar edilmişdir".
Dövlət və cəmiyyətdə bir qrup varlının etdiklərini xalqın nəzarəti altında edildiyi kimi sırıyır və bunu mövcud sosial institutlara da təsdiq elətdirirlər.
Kapitalizm şəraitində siyasət antoqonist siniflərin toqquşması və onların mənafeyinin kəsişməsi obyektidirsə, sosializmdə siyasət dost siniflərin və sosial qrupların siyasi əməkdaşlığı sahəsidir.
Kapitalizmdə cəmiyyətin siyasi sistemi, onun hər bir həlqəsi hakim varlılara istinad edir. Bu həm də istismarçı ictimai-iqtisadi formasiyanın xüsusiyyətindən irəli gəlir.
Kapitalistlər çalışırlar ki, hakim və varlı təbəqədən kənar heç kəsin yaradıcı, mənəvi-siyasi potensialı üzə çıxmasın, fərdi qabiliyyəti reallaşmasın. Bununla da gələcəkdə onlara qarşı çıxan qüvvənin qarşısını alırlar.
Sosialist demokratiyası insana, kollektivə, cəmiyyətə, zəhmətkeşlərin təşəbbüskarlığının inkişafına, kapitalist demokratiyası isə ağaların hökmranlanlığına, zülm və istismar potensialının artırılmasına xidmət edir.
Xilas xalqın sosialist özünüidarəsinin bərpasındadır.

Ədalət Abdinov




Отправить комментарий

0 Комментарии