34 il əvvəl, 1991-ci il martın 17-də SSRİ-nin saxlanılması ilə bağlı Ümumittifaq referendumu keçirildi. Referendumda belə bir sual qoyuldu: “Siz Sovet Sosialist Respublikaları İttifaqını hər hansı bir millətdən olan şəxsin hüquq və azadlıqlarının tam təmin olunduğu bərabərhüquqlu suveren respublikaların yenilənmiş federasiyası kimi qoruyub saxlamağı zəruri hesab edirsinizmi?”
27 dekabr 1990-cı il tarixli 1869-I nömrəli “Ümumxalq səsverməsi haqqında” SSRİ Qanununun 29-cu maddəsinə uyğun olaraq, SSRİ-nin referendumu ilə qəbul edilmiş qərar qətidir və yalnız xalqların iradəsinin yeni ifadəsi ilə ləğv edilə və ya dəyişdirilə bilər.
Vətəndaşların vahid çoxmillətli dövlətdə yaşamaq iradəsi 1991-ci il dekabrın 8-də Belovejskaya Puşçada Yeltsin, Kravçuk və Şuşkeviç SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla, heç bir qanuni səlahiyyəti olmadan, Qorbaçovun cinayətkar hərəkətsizliyi ilə gizli şəkildə “SSRİ-nin beynəlxalq hüququn subyekti və geosiyasi reallıq kimi mövcudluğunu dayandırması” ilə bağlı qeyri-hüquqi müqavilə imzalamışlar. Saxtakarlığı, qanunsuzluğu, cinayəti ört-basdır etmək üçün sonradan bu müqavilənin əsli "itirilmişdir". Heç bir dövlətin arxivində yoxdur.
Rusiyanın Prezidenti V.Putin bu cunayət barədə danışarkən demişdir: "Milyonlarla insanın iradəsinə zidd olaraq, bizim böyük ölkəmiz parçalandı".
Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında Azərbaycan Respublikasının Ali Soveti 7 mart 1991-ci il tarixli qərar qəbul etdi.
O dövrdə Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov bilirdi ki, bu referendumla SSRİ-ni saxlamaq mümkün deyil. Ancaq o çox düzgün addım ataraq, bu prosesdən respublikamızın faydalanacağı qazancı əldə etdi. Ermənistandan fərqli olaraq Azərbaycanın referendumda iştirakı onun xeyrinə oldu. Bu barədə Ayaz Mütəllibov belə demişdir: "17 mart 1991-ci ildə Ermənistandan fərqli olaraq, Azərbaycan SSRİ-nin saxlanılmasına səs verdi. Bu vaxta qədər Ermənistanın tərəfini saxlayan Mixail Qorbaçov onlardan üz döndərdi və Azərbaycan rəhbərliyinə "erməni silahlı dəstələrinin Azərbaycandan təmizlənməsi məqsədi ilə "Koltso" əməliyyatının keçirilməsi əmrini verdi. Nəticədə, Nuru Paşanın ala bilmədiyi Kamo və Çaykəndi azad etdik. Bundan əlavə, Azərbaycanda olan bütün erməni rayon və kəndlərini boşaltdıq". Küçə vətənşüvənləri - xalq Cəbhəsi və müsavat cütlüyünə isə bu böyük uğur sərf etmirdi, çünki nəyin bahasına olursa olsun, hakimiyyəti ələ keçirmək istəyirdilər.
Sovet İttifaqını xilas etmək mümkün idimi? Bəli, mümkündür - və bunu etmək lazım idi. 1991-ci il martın 17-də keçirilən Ümumittifaq referendumunda xalqın əksəriyyətinin iradəsi ifadə olundu və SSRİ və Rusiyanın dövlət rəhbərləri, əgər onlar Amerika Birləşmiş Ştatlarının nökərləri deyil, öz Vətənini ehtirasla sevən vətənpərvər idilərsə, xalqın iradəsini yerinə yetirməyə borclu idilər. Əgər bacarmasalar, istefaya getməli idilər. Bu baş vermədi.
Belovej razılaşmaları iqtisadiyyata sarsıdıcı zərbə vurdu və hər bir ittifaq respublikasını öz inkişafında çox geriyə atdı. Onlar bu gün də vahid xalqlar ailəsində azad yaşamaq istəyən on milyonlarla sovet xalqına saysız-hesabsız və düzəlməz itkilər, müsibətlər və iztirablar gətirdilər. Keçmiş sovet respublikalarında və hər şeydən əvvəl Rusiya Federasiyasında bir çox siyasi elitaların müxalifəti olmasaydı, belə birləşmə çoxdan baş verərdi.
Xalqların yenidən birləşməsinin tutarlı səbəbləri var, ilk növbədə Belovej sazişlərinin hüquqi əhəmiyyətsizliyi və onların RSFSR Ali Soveti tərəfindən ratifikasiya edilməsinin hüquqi etibarsızlığı mövcuddur.
Ədalət Abdinov
0 Комментарии