Azərbaycan
torpağı üzərində Sovet hakimiyyətinin al bayrağının qalibiyyətlə dalğalandığı
tarixi gündən indi 99 il ötür. Sovet Azərbaycanın
bu ilki 99-cu baharı xüsusilə əlamətdardır; bu bahar bu yaxınlarda qeyd etdiyimiz dünyada birinci fəhlə-kəndli dövlətinin banisi
V.İ.Leninin anadan olmasının 149 illiyi bayramının şöləsi ilə nurlanmışdır.
Azərbaycan
Kommunistlər Birliyi Azərbaycan Kommunist Partiyası ilə birlikdə Sovet Azərbaycanın
99 illiyini təntənə ilə qeyd etmişdir.
Bu əlamətdar
hadisə münasibətilə tədbir iştirakçılarınını təbrik edən Azərbaycan Kommunistlər
Birliyinin sədri Ədalət Abdinov dedi:
“Oktyabrın
böyük rəhbəri V.İ.Lenin həmişə bolşeviklərin qalası sayılan Azərbaycanın zəhmətkeşlərinin
inqilabi ruhunu və sinfi yetkinliyini yüksək qiymətləndirirdi. Leninçi
“Vperyod” qəzeti 1905-ci ildə yazırdı: “Bakı hadisələri bütün Qafqazı inqilabiləşdirir”.
V.İ.Lenin birinci rus inqilabı illərində Rusiya proletariatının sinfi
vuruşmalarına yekun vuraraq Bakı fəhlələrinin “kütləvi siyasi tətilin son nümayəndələri”
adlandırmışdı. Lenin ideyalarının yayılmasında Bakıdakı gizli “Nina” mətbəəsi
mühüm rol oynadı. N.K.Krupskayanın dediyi kimi, Bakı “iskraçı” təşkilatın dayaq
məntəqəsi idi. Bakı mətbəəsi az qala bütün Rusiyanı “İskra ilə təchiz edirdi”.
Lenin Zaqafqaziya partiya təşkilatlarının, xüsusən Azərbaycan partiya təşkilatının
gözəl beynəlmiləl ənənələrini yüksək qiymətləndirirdi. İliç onlarda milli məsələnin yeganə düzgün həlli olan millətlərarası qardaşlıq nümunəsini görürdü”.
“Azərbaycanda
Sovet hakimiyyətinin qələbəsi Böyük Oktyabrın əks-sədası idi, proletar inqilabı
haqqında Lenin ideyalarının daha da qalibiyyətli inkişafı demək idi” – Ədalət
Abdinov vurğuladı -
Ədalət
Abdinov daha sonra qeyd etdi: “ Sədaqətli leninçi, inqilabın alovlu tribunu
S.M.Kirov xatırlayırdı: Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra ikinci gün
Lenin yoldaş deyirdi ki, biz bu ölkəni Şərq xalqları üçün hər cəhətdən nümunəvi
respublikaya çevirməliyik, bu, bütün çoxmilyonlu Şərqdə işimiz uğrunda ən yaxşı
təşviqat, ən yaxşı təbliğat olar”.
Azərbaycan
KP MK-nın sədri Gülnisə Mənsimova dedi: - Azərbaycan xalqının inqilabi mübarizəsinin
qəhrəmanlıq tarixində, onun əmək hünərlərinin salnaməsində elə bir səhifə
yoxdur ki, orada Leninin ölməz adı öz bariz ifadəsini tapmasın. V.İ.Lenin Azərbaycan
Kommunist Partiyasının yaradılmasının ilhamçısı idi. Azərbaycan Kommunist
Partiyasının 99 illiyi Sovet Azərbaycanın yaranma tarixi ilə bir vaxta düşür.
Lenin Sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda Azərbaycanın əməkçi
kütlələrinin mübarizəsinə rəhbərlik edirdi. İliç Azərbaycan xalqını həyatı
sosialistcəsinə qurmağın geniş proqramı ilə silahlandırdı. Leninin ideyaları bu
gün də respublikamızın kommunist və fəhlə hərəkatının yolunu parlaq mayak kimi
işıqlandırır.
İctimai fəallara
mükafatların və partiya biletlərin təqdim olunması tədbirin bayram əhval-ruhiyyəsinə
yeni şən ovqat qatmışdır. Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri
doktoru, SSRİ-nin əməkdar mədəniyyət işçisi Əsədulla Qurbanov layiqli ictimai fəaliyyətinə
görə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Fəxri Fərmanı ilə təltif
olunmuşdur. Tədbirdə çıxış edən Əsədulla Qurbanov Sovet İttifaqı Kommunist
Partiyasını özünün mənəvi atası, sovet dövlətini isə mənəvi anası
adlandırmışdır. O, kommunistlərin sırasında olduğunu böyük qürurla bildirmiş və
həyatda qazandığı bütün uğurlara görə Kommunist Partiyasına minnətdar olduğunu
vurğulamışdır.
Marksizm-leninizm
ideologiyasının fəal təbliğatçısı Bəhram Sadiqi Azərbaycan Kommunist
Partiyasına üzv qəbul olunmuşdur. Bəhram Sadiqinin tədbir iştirakçılarına
müraciətlə söylədiyi “Kommunist üçün, leninçi üçün özünün bütün səyini, zəkasını
və iradəsini uğrunda Leninin mübarizə apardığı gələcəyi yaxınlaşdırmaq üçün sərf
etməkdən daha müqəddəs bir şey yoxdur” sözləri alqışlarla qarşılandı.
Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti

Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti
0 Комментарии