Recents in Beach

SSRİ-də sərhədlər bağlı idi - yalanına aydınlıq


Bu gün SSRİ ilə bağlı uydurulan məqamlardan biri də güya Sovet vətəndaşlarının xarici ölkələrə səfər edə bilməməsidir.  Belə cəfəngiyyatı dilə gətirənlər böyük sosialist vətənimizi gözdən salmaq, gəncləri şüurlarını yalanlarla işğal etməkdən başqa bir məqsəd güdmür.  Məlum uydurmadan  belə fikir formalaşmışdır - SSRİ ilə xarici ölkələr arasında "Dəmir pərdə" var idi. Ümumiyyətlə, “Dəmir pərdə” termini 1920-ci illərdə sovet ölkəsi ilə hər hansı ticarət əlaqəsinə qoyulan qadağanı nəzərdə tutur. Bunu da SSRİ deyil, müxtəlif Qərb dövlətləri tətbiq edib. "Dəmir Pərdə" termini 5 mart 1946-cı ildə Çörçill tərəfindən Fulton çıxışında aktiv dövriyyəyə daxil edilmiş və “Soyuq Müharibə”nin başlanğıcını qeyd edən siyasi klişedir. Sovet İttifaqı və digər sosialist ölkələrini Qərbin kapitalist ölkələrindən təcrid edən informasiya, siyasi və sərhəd maneəsini ifadə edirdi.

SSRİ-nin həm dövlətin yaranma mərhələlərində, həm də onun dağılmasından əvvəl tərk etmək mümkün idi. NEP (Yeni İqtisadi Siyasət) dövründə hər bir vətəndaş pasport alıb gedə bilərdi. Bu imkanlar 1959-cu ilə qədər dəyişmədi. Sonra vəziyyət dəyişdi və sadələşdi. Məsələn, sosialist düşərgəsi ölkələrinə getmək üçün artıq viza lazım deyildi.

Məhdudiyyətlər yalnız 1970-ci ildə “Soyuq Müharibə” pik həddi dövründə ortaya çıxdı, lakin buna baxmayaraq, milyonlarla vətəndaş səyahətə davam etdi. Beləliklə, 1990-cı ildə təxminən 9 milyon insan turizm, iş və şəxsi məqsədlər üçün xaricə getdi. Onlardan yalnız 37%-i əsir düşərgəsi ölkələrinə səfər edib.

Bəli, bütün dünyada turizm indiki kimi SSRİ-də geniş yayılmırdı, amma o zaman buna heç ehtiyac da yox idi. SSRİ-də yaşayan hər kəs pullu məzuniyyət və torpağın 1/6 hissəsinə malik ölkənin istənilən guşəsinə getmək imkanı var idi. Xaricə səfər isə insanları məcbur edirdi ki, bunun pulunu ödəyəsən, dili, qanunları biləsən və s.

Bəs indi hər bir vətəndaşın məzuniyyət və ya səyahət üçün pulu varmı? Bəli, indi bizdə iqtisadi köləlik var, bu fərqlidir. Bu gün dünyanın açıq olmasına baxmayaraq, MDB sakinlərinin əksəriyyətinin hələ də pasportu yoxdur və heç vaxt xaricdə olmayıb. Neçə ildir quru sərhədlərimizin bağlı saxlanılması isə ayrıca mövzudur...

P.S Ən azında bu gün cahillərin, məddahların, miskinlərin söydüyü SSRİ-də quru sərhədlər bağlanılmırdı...

Ədalət Abdinov

Globkom.info

Отправить комментарий

0 Комментарии