Proletariat anlayışı marksist nəzəriyyənin mərkəzi anlayışlarından biridir. XX əsrdə bu nəzəriyyə bir sıra ölkələrdə siyasi praktikaya çevrildi, sonra isə həm uğurların, həm də ciddi böhranların tarixi ilə üzləşdi. Avtomatlaşdırma, süni intellekt, xidmət sektorunun böyüməsi, əməyin qeyri-sabit formaları, istehsalın qlobal miqyasda yenidın bölüşdürülməsi və gəlir bərabərsizliyinin artması klassik sinif təsəvvürlərinə yeni suallar verir. Fəhlə sinfi bu gün kimdir? Onun maraqları necə formalaşır? Sinfi şüur hansı şəraitdə yaranır və təşkilatlanmanın hansı formaları mümkündür?
Kitabdakı məqalələr bu suallara marksist-leninçi mövqedən cavab axtarır. Müəllif proletariatın tarixi vəzifəsinin klassik əsaslandırılmasını təkrar etməklə kifayətlənmir: onun müasir kapitalizm, texnoloji dəyişikliklər, demokratiya, mədəniyyət və beynəlxalq münasibətlər konteksində necə başa düşülməsini müzakirə edir.
E-kitabı aşağıdakı istinad vasitəsilə oxumaq olar:
https://drive.google.com/file/d/11gdPB5xGiAzXg3TYoSv9MpT3QfzE4dDu/view?usp=sharing


0 Комментарии