Recents in Beach

MÜBARİZƏDƏN ƏTALƏTƏ: İTİRİLMİŞ NÜFUZ

                                             
                                                                   Ədalət Abdinov,                         
                                         
Azərbaycan Kommunistlər Birliyinin sədri


11-12 fevral 1920-ci ildə Azərbaycan Kommunist Partiyası təsis edilmişdir. Baxmayaraq ki, Rusiya Sosial Demokrat Fəhlə (bolşevik) Partiyasının Bakı Komitəsi, “Hümmət” və “Ədalət” təşkilatların birgə qurultayında (birinci qurultayında) birləşərək Azərbaycan Kommunist (bolşeviq) Partiyası yaradılmışdır, lakin Azərbaycanda kommunist yönümlü partiyanın yaranması XIX əsrin axırlarına təsadüf edir.
    Ən mühüm faktlardan biri də budur ki, lenin qvardiyası sayılan peşəkar inqilabçıların əksər hissəsi məhz Bakı inqilabi hərəkatı məktəbində püxtələşmişdir.
Onu də qeyd etmək lazımdır ki, materialist baxışları və solçuluq ideyası Azərbaycan ərazisində hələ bizim eradan əvvəl Zərdüşçiliklə (X-IX əsr b.e. qabaq) meydana gəlmişdir. Bu barədə ətraflı məlumat Moskvada çap olunan “Akademiçeskie zapiski” jurnalının 2006-cı il, 5-ci nömrəsində dərc olunmuşdur. (“Некоторые вопросы истории философии и общественно-политической жизни в Азербайджане»)
XVIII və XIX əsrlərdə digər Qafqaz xalqları kimi azərbaycan xalqı da yadelli təcavüzə məruz qalma təhlükəsi ilə yaşayırdı. Türkiyə və İran çalışırdı ki, Azərbaycan xanlıqlarının parçalanması nəticəsində bu ərazilərdə öz siyasi-hərbi mövqeylərini möhkəmləndirsinlər.
Azadlıq və istiqlaliyyət uğrunda mübarizə aparan Azərbaycan xalqının uzaq görən, müdrük insanları kömək məqsədi ilə Rusiyaya müntəzəm olaraq müraciət etmişlər və hesab etmişlər ki, böyük Şimal qonşusu olan Rusiya onların təhlükəsizliyini və dinc yaşamalarını təmin edəcəkdir!
1813-cü il  Gülüstan və 1828-ci il tarixli Türkmənçay müqavilələri əsasında Azərbaycanın şimal hissəsi Rusiyanın himayəsinə keçir. Onu də qeyd etmək lazımdır ki, 1828-ci ildə Rusiya çarı (hökmüdarı) I Nikolayın hakimiyyəti (1825-1854-ci illər) dövründə İrandan qovulan ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşdirildilər.
Azərbaycanın Rusiyaya birləşməsi nəticəsində iqtisqdi, ictimai-siyasi həyat sürətlə inkişaf etməyə başlayır.
Hələ qədimlərdən Abşeronda çıxan neft XIX əsrin sonlarında, dünya bazarlarında neftə böyük eytiyac nəticəsində beynəlxalq aparıcı şirkətlərinin maraqlarına səbəb olmuşdur.
Bakı  “Neft qışdırması” (neft lixoradkası) nəticəsində, qısa bir müddətdə, Rusiya eləcə də dünya kapitalisləri Bakıya üz tutaraq iş qurmağa başladılar. Bunun nəticəsində Rusiyanın hər yerindən və eləcə də Gürcüstandan, Ermənistandan və Dağıstandan minlərlə işçi qüvvəsi Bakı neft mədənlərinə (Balaxanı, Suraxanı) üz tutdular.
Rus, Azərbaycan, erməni kapitalistlərinin: Kokorye, Qubonin, Mirzoyevlər, Vermişev, Benmindorf, Tağıyev, Nağıyev, Mentaşov, Şibayev və başqalarının firmaları iri şirkətlərə çevrilərək minlərlə fəhlələri öz müəssisələrində cəmləşdirirdilər. Bunlarla yanaşı XIX əsrin 70-ci illərində, Bakıda, Nobel qardaşları və fransız bankiri Rodşild, 90-cı illərdə isə ingilis kapitalistləri məskunlaşdılar.
V.İ. Lenin “Rusiyada kapitalizmin inkişafı” əsərində qeyd edib: “ Cənubla yanaşı Qafqazı da yada salmaq lazımdır. Harda ki, dağ sənayesi, islahat dövründə, xeyli inkişaf etmişdir.... Demək olar ki, bütün neft Bakı quberniyasında çıxarılırdı və xırda Bakı Rusiyanın birinci sənaye şəhərlərindən birinə şevrilmişdi.” (V.İ.Lenin s.ə. c. 3 səh 491)
Azərbaycanın çoxmillətli proletarları Rusiyanın fəhlə sinfinin tərkib hissəsi olaraq onun böyük bir dəsdəsinə çevrilmişdi. Buna baxmayaraq çar Rusiyası xalqlar üçün türmə idi. Çoxsaylı qeyri rus xalqları çar Rusiyasında heç bir hüququ olmayan insanlar kimi bu və ya digər alçağlığa, təhqirə məruz qalırdılar.Rusiyada baş qaldıran inqilabi hərəkatı boğmaq üçün çar hökuməti rus əhalisinə digər milli vilayətlərin yerli əhalisini aşağı sort (növ) irq kimi qəbul edilməsini aşılayırdı. Çar hökuməti bilərəkdən milli ədavəti qızışdıraraq bir xalqı digər xalqa qarşı qoyurdu: yəhüdi- gürcü, tatar (azərbaycanlı)- erməni qırğınlarını təşkil edirdi.
Milli vilayətlərdə bütün dövlət vəzifələrində rus məmurları olmalı idi. Bütün idarələrdə və məhkəmə orqanlarında işlər rus dilində aparılırdı. Milli dildə qəzet və jurnal buraxmaq, məktəblərdə ana dilində dərs keçmək qadağan olunmuşdu. Milli mədəniyətin inkişafına yol verilmirdi, qeyri millətləri ruslaşdırma prosesinə məruz edirdilər. Çarizm qeyri rus xalqları üçün əzabkeş və cəllada çevrlimişdi.
Fəhlə hərəkatı Azərbaycanda rus proletar mübarizəsinin tərkib hissəsi olaraq bütun fəhlələrin sinfi maraqları, ümumi vəziyyətlərinin eyniliyi ilə fərqlənmirdi.
Peterburqda, Moskvada və digər sənaye şəhərlərində baş verən fəhlə çıxışları Azərbaycana da gəlib çatırdı. Tətillər, nümayişlər mübarizəsinin təcrübəsini və məlumatını Azərbaycana çatdırmaqda iş axtarmaq üçün Mərkəzi Rusiyadan gələn rus fəhlələrinin böyük xidmətləri olmuşdur. Onların arasında fəhlə hərəkatının aktiv üzvləri də var idi. Onlar yerli fəhlələrin sinfi birliyinin yaradılmasında, istismarçılara və zülmkarlara qarşı mübarizədə, onların mütəşəkilləşdrilməsində misilsiz rol oynamışlar.
    Azərbaycanda fəhlə hərəkatının ilk addımları XIX əsrin 70-ci illərində başlanmışdır. Mübarizənin tətil formasından ilk olaraq, nəinki Azərbaycanda, eyni zamanda Qafqazda ən iri sənaye müəssisi olan,  Gədəbəyin misəritmə zavodunun fəhlələri istifadə etmişlər.
Bununla yanaşı qeyd etmək lazımdır ki, marksizmin Azərbaycana ilkin keçməsi və sonradan sürətlə inkişaf etməsində əsas amillərdən biri Azərbaycanın Rusiya tərkibinə keçməsi olmuşdur.
Marksizmin Azərbaycanda yayılmasının digər səbəbi isə o vxtlar Azərbaycanın ictimai fikrində hökm sürən demokratik, proqressiv ideya daşıyıcıları olan mütəfəkkir ziyalılar oımuşlar. Onlar əsasən Rusiya şəhərlərində: Peterburq, Moskva, Kiyev və digər şəhərlərin universitetlərində təhsil almış ziyalılardır. Onlardan  V.İ. Leninin şagirdi və silahdaşlarından olmuş Nəriman Nərimanov, Məşədi Əzizbəyov və başqalarını göstərmək olar.
Bakıda ilk fəhlə dərnəklərinin yaranması 1888-ci ildən başlanmışdır. Bu dərnəyi tornaçı İ. Çepurnoy təşkil etmişdir. Dərnəyin əsas məqsədi fəhlələrdə sinfi təfəkkürün inkişafına xidmət etmək olmuşdur və fəaliyyəti çox da uzun sürməmişdir.
Azərbaycanda və Rusiyada bu dərnəklərin sonradan  açılmasında və inkişaf etməsində V.İ. Leninin 1895-ci ildə təkil etdiyi və inqilabi, marksist partiyasının əsasını qoyan “Fəhlə sinifinin azadlığı uğrunda mübarizə İttifaqı”nın böyük xidməti olmuşdur.
Ölkənin və əyalətlərin fəhlə hərəkatı tarixində ən başlıca hadisələrdən sayılan və marksist partiyasının yaranması istiqamətində mühüm rol oynayan, 1898-ci ildə Minsk şəhərində keçirilən, RSDFP-nin birinci Qurultayının da rolu mühüm yer tutur.
Sürgün edilmiş rus inqilabçılarının Bakıda, Tiflisdə, Batumidə, Kutaisidə yerləşdirilməsi və eyni zamanda Rusiya azadlıq hərəkatında iştirak edən Qafqaz sosial-demokrat nümayəndələri Rusiyanın fəhlə mərkəzlərinin sosial-demokratları ilə sıx inqilabi əlaqələri yaratmışdılar.
Peterburqda oxuyan M.Əzizbəyov demokratik tələbələr hərəkatının fəal iştirakçısı olmuşdur. Odessada həmçinin N. Nərimanov tələbələrin nümayişləri arasında  öndə gedənlərdən sayılırdı. İlk marksistlərdən biri sayılan Ə.D.Axundovu da qeyd etmək lazımdır.
Bakıda sosial-demokrat təşkilatlarının yaranması XIX əsrin 90-cı illərində fəhlə dərnəklərinin yaranması ilə başlanmışdır. Bu barədə V.İ.Lenin yazırdı: “Vaxtı ilə dərnəklərin yaradılması lazım idi və onlar müsbət rol oynadılar. Sosialist fəhlə partiyaları mütləqiyyət ölkəsində - ümumiyyətlə o şəraitdə dərnəklərdən savayı başqa cür yarana bilməzdi.” (V.İ.Lenin sə c. 16, səh.105)
1898-ci ildə Qara şəhərdə, Nobel firmasının neft emalı zavodunun qabaqcıl fəhlələri dərnək yaratdılar. Digər dərnək Kokorevin neft mədənlərinin fəhlələri Balaxanıda təşkil etmişdilər. 1898-ci ilin əvəllərində Bakıda artıq 6 dərnək fəaliyyət göstərirdi. Bu dərnəklərin təşkilində, işinin qaydaya salınmasında İ.P.Vatsekin, N.P.Kozerenkonın, İ.Popovun, İ.V.Sturuanın, O.K.Tidemanın və başqa qabaqcıl fəhlələrin böyük əməyi olmuşdur. Dərnək üzvlərinin tərkibi müxtəlif millətlərdən ibarət idi. Sosial-demokrat dərnəklərində qabaqcıl Azərbaycan fəhlələrindən – M.M.Məmmədyarov, B.A.Dadaşov, M.B.Qasımov və başqaları cəlb olunmuşdular. Onlar gizli inqilabi məktəbi keçdikdən sonra özləri fələlərin təşkilatçılarına və rəhbərlərinə çevrilərək RSDFP-nın Bakı təşkilatının yaradılmasında böyük işlər görmüşlər.
1901-ci ildə Bakı sosial-demokratları bu dərnəklərin birləşməsi üçün cox çalışmışlar. Həmin ilin yazında sosial-demokrat dərnəklərinin koordinasiya olunması üçün  Mərkəz yaradıldı. Bu təşkilatı Mərkəzin əsasında RSDFP-nin Bakı komitəsi təşkil edildi. Bu komitənin aktivlərindən Ə.D.Axundovu, A.E.Qolperini, E.B.Qolikovu, A.S.Yenikidzeni, V.Z.Ketsxovelini, M.M.Məmmədyarovu, A.Q Eyzenbeti, L.B.Krasini və başqalarını  göstərmək olar.
RSDFP-nın Bakı komitəsinin yaradılması Azərbaycanda sosial-demokratik fəhlə hərəkatının canlanmasının təməl daşı sayılmaqla, dərnəklər dövrünə xitam verilməsi ilə Bakı partiya təşkilatında fəhlə hərəkatına sosialist təfəkkürü aşılamaqla proletariatın şüurlu sinfi mübarizəsində partiya rəhbərliyinin yeni dövrü başlandı.
Eyni zamanda Bakı partiya təşkilatının formalaşmasında “İskra” qəzetinin Bakıda çapının təşkili ilə məşğul olan, gizli “Nina” mətbəəsinin təşkil edilməsinin böyük rolu olmuşdur.
1901-ci ilin yayında (“İskra” qəzeti 1900-cü ildə V.İ.Lenin tərəfindən təsis edilmişdi) “Nina” mətbəəsi artıq rus, gürcü dillərində sosial-demokrat vərəqələrini çap edirdi. 1901-ci ilin sentyabrında bu mətbəədə gürcü sosial-demokrat qəzeti olan “Brodizla” (Mübarizə) buraxılmışdır.
Nəşriyyat fəaliyyətinə görə, xaricdən gələn marksist ədəbiyyatının yayılmasında Bakı iskraçıları, Tiflis, Btumi, Samara, Həştərxan, Kiyev, Moskva, Xarkov və digər şəhərlərin iskraçıları ilə sıx əlaqə yaratmışdır. N.K.Krupskaya bu barədə belə yazırdı: “O zaman Bakı iskra təşkilatının dayaq məntəqəsi idi.” (N.Krupskaya Xatirələr küllüyatı m-l 1928 il səh.138)
Bakı iskraçılarının qəhrəmancasına fəaliyyəti bütün gizli inqilabi fəaliyyətlə məşğul olan yoldaşların rəğbətini qazanmışdılar. 1900-cu ildə ilk dəfə Bakıya gələn M.İ.Kalinin qeyd etmişdi: “Bakı çoxdan inqilabi mərkəz kimi şöhrət qazanmışdır. Və hər bir çar Rusiyasının inqilabçı fəhlələri Bakını inqilabçıların daimi yuvası kimi yaxşı tanıyırdılar.”
RSDFP-nın Bakı komitəsinin leninçi-iskra müntəzəm mövqeyi onu nəinki Azərbaycanda, eyni zamanda bütün Zaqafqaziyada nüfuzlu təşkilata çevirmişdi!
1902-ci ilin axırlarında Bakl təşkilatında 5 rayon komitəsi; Balaxanı, Bibi-Heybət, Qaraşəhər, Ağşəhər və Şəhər komitələri fəaliyyət göstərirdilər.
Azərbaycanda inqilabi hərəkat RSDFP-nin II Qurultayından (1903-cü il) sonra daha da genişləndi. Rus, gürcü və digər qardaş xalqların nümayəndələri ilə birlikdə proletarların sinfi mübarizəsində azərbaycanlılar də aktiv fəaliyyət göstərirdilər.
Leninçi “İskra”nın göstərişinə əsasən Bakı bolşevikləri sosial, mədəni, məişət xüsusiyyətlərini nəzərə alaraq siyasi-partiya  işlərinində münasib təşkilatı formalardan istifadə edirdilər.
1904-ce ilin payızında Bakıda, əsasən ziyalı gənclərdən ibarət kiçik bir qrup, RSDFP-nın Bakı komitəsinin dəstəyi ilə, Azərbaycan dilində “Hümmət” qəzetinin buraxılmasını təşkil etdilər. Bakı komitəsi bu təşəbbüsdən istifadə edərək müsəlman zəhmətkeşləri arasında iş aparmağı həmin qrupa həvalə etdi. Bu qrupun ilk fəaliyyəti dövründə S.M.Əfəndiyev, M.Əzizbəyov, Mir-Əsədulla Mir-Qasımov, Musa Qasımov, Əsədulla Axundov, Muxtar Hacıyev və digərləri xüsusi xidmət göstərmişlər. 1905-ci ildə Odessadan Bakıya qayıdan N. Nərimanov bu qrupun heyyətinə daxil olmuş və sonralar onun rəhbərlərindən birinə çevrilmişdir.
“Hümmət” qrupu Bakı partiya təşkilatının ayrılmaz tərkib hissəsi olmaqla müsəlman fəhlələri arasında geniş təbliğat işi aparırdı. Azərbaycanlı fəhlələrlə yanaşı onlar Dağıstandan və Volqaboyu tatar və digərlərini də inqilabi hərəkata cəlb edirdilər.
 “Hümmət” qrupu nəşriyyat fəaliyyətini gücləndirərək Azərbaycan dilində ilk bolşevik dövrü mətbuat orqanı kimi “Hümmət” qəzütini çap etməyə başladılar.
1905-ci il inqlabı ərəfəsində Bakıda Fəhlə Deputatları Soveti meydana gəldi. Məlum olduğu kimi V.İ.Lenin dahiyanə uzaqgörənliklə Sovetlərə yüksək qiymət verərək onları üsyan təşkilatı və inqilabi hakimiyyətin əsası kimi görürdü. Baki Soveti 25 noyabr 1905-ci ildə 226 nəfərin iştirakı ilə keçirilən neft - mədən və zavod komissiyalarının ümumi yığıncağında təsis edildi.   
Sosial-demokrat partiyası Cənubi Azərbaycandan gələnlər arasında inqilabi iş aparılmasına böyük diqqət yetirirdi. 1916-cı ildə Bakı komitəsinin göstərişi ilə bu işlə bir qrup bolşeviklər; B.D.Ağayev, K. Ağazadə və başqaları məşğul olurdular. Nəticədə onlar sosial-demokratlardan ibart “Ədalət” təşkilatının əsasını qoydular.
1917-ci ilin Fevral inqilabına qədər RSDFP Bakı komitəsi, “Hümmət” və “Ədalət” təşkilatları mitinqlərin, tətillərin və hətta silahlı üsyanların təşkil edilməsində böyük təşkilatı və ideoloji iş aparmışdılar.
Fevral (1917) inqilabından sonra Azərbaycan bolşevikləri kütlə arasında geniş siyasi və təşkilatı işlərini davam etdirməklə fəhlə sinfini sosialist inqilabına hazırlaşdıraraq, əks inqilaba qarşı çıxış edərək xalqın demokratik tələblərinin yerinə yetirilməsini təmin etmək üçün mübarizəni daha da genişləndirirdilər. Bu mübarizədə İ.V.Stalinin əvəzedilməz rolu olmuşdur.
Leqal fəaliyyətə keçən bolşeviklər partiya təşkilatlarının möhkəmləndirilməsi ilə məşğul olurdular. Partiya üzvlərinin əsas hissəsinin maraqlarını nəzərə alaraq Bakı bolşevikləri vahid sosial-demokrat təşkilatını yaradılmasını qarşıya məqsd qoydular.
1917-ci ilin martında 300 nəfərdən ibarət RSDFP-nın üzvlərinin ümumi yığıncağında RSDFP-nın Müvəqqəti Bakı komitəsi yaradıldı. Bu komitəyə beş nəfər daxil idi: iki bolşevik (İ.İ.Anaşkin və L.Y. Baltin) və üç nəfər menşevik.
Bu arada “Hümmət” təşkilatı öz fəaliyyətini gücləndirmək məqsədi ilə mart ayında fövqəladə konfrans çağıraraq  təşkilatı saxlamaq qərarını qəbul etdi. “Hümmət”in Müvəqqəti komitəsinə, M.Əzizbəyov, D.Bünyadzadə, M.İsrəfilbəyov (Qədirli), N. Nərimanov, H.Sultanov seçildilər.
Böyük Oktyabr Sosialist İnqilabının xəbəri Bakıya 26 oktyabrda çatmışdı. Elə həmin gün Bakl Sovetinin İcrayyə komitəsinin geniş iclasında hakimiyyətin Bakı Sovetinə keçməsi məsələsi müzakirə edildi. Menşeviklərin və daşnaqların təxribatı nəticəsində məsələ həll olunmamış qaldı. 27- 31 oktyabrda keçirilən konfransda da məsələ həllini tapa bilmədi. Onda bolşeviklər fəhlə, əskər və matroslardan təşkil olunmuş izdihamlı mitinq təşkil etdilər. Mitinq iştirakçıları bolşeviklərin qətnaməsini müdafiə edərək Oktyabr inqilabını alqışladılar. Bolşeviklərin qətnaməsi digər mitinqlərdə də bəyənildi.
Nəhayət 2 noyabr 1917-ci ildə Bakı Sovetinin geniş konfransında hakimiyyət Bakı Sovetinə verildi.  Beləliklə Bakıda Sovet hakimiyyəti elan edildi!
1918-ci ilin yanvarında N. Nərimanov “Biz nə etməliyik” məqaləsində fəhlə və kəndlilərə  müraciətlə bildirdi:”Öz hüquqlarını başa düşüb və onu müdafiə edən müsəlmanlar! Bu gün inqilab və Qafqaz təhlükədədirsə gələcəyimizin təhlükəsindən narahat olan ata və analarımıza biz deyirik: Sizin yeganə ümüdünüz yeni hakimiyyətə hərtərəfli köməyinizdir. Sizin nicat yolunuz bütün münasibətlərdə- Lenin proqramındadır!...”
Təəssüflər olsun ki, Bakı Sovetinin heyyətində olan menşeviklər eser (sosialist inqilabçılar) və daşnaqlarla əlbir olaraq Sovet hakimiyyətinə qarşı təbliğat aparırdılar.
1918-ci ilin yazında xarici müdaxilə güclənməyə başladı. Bu əlverişli şəraitdən istifadə edən əksinqilabçılar Azərbaycana ingilis qoşunlarını dəvət etməyə nail oldular.
Bakı Sovetinin növbəti iclasında bolşeviklər bütün xalq komissarları vəzifələrindən imtina etdilər. Bu əlbəttə ki, səhv addım idi. 31 iyulda, Bakı Sovetinin iclasında, Bakı Soveti Xalq Komissarlığı hakimiyyətini təhvil verdi. Buna baxmayaraq   Sovet hakimiyyətinin 1917-1918-ci illərdəki, Kommunistlərin rəhbərliyi ilə əldə olunan naliyyətlərinin tarixi əhəmiyyəti danılmazdır. Azərbaycan bolşeviklərinin rəhbərliyi ilə proletar Bakısı Zaqavqaziyada Sovet hakimiyyətinin istinadgahına və bütün Şərqdə sosialist inqilabının dayaq nöqtəsinə çevrildi. Baki kommunası Sovet hakimiyyətinə, eyni zamanda Sovet Rusiyasına qarşı xarici hərbi    müdaxilənin qarşısını alan hərbi istehkam idi.
Bakı Soveti Xalq komissarlığı səlahiyyətlərini yerə qoyandan dərhal sonra, 1 avqust 1918-ci ildə, eserlər, menşeviklər, musavatçılar və daşnaqlar hakimiyyəti ələ keçirərək, əksinqilabi hökumət sayılan “Mərkəzi Kaspi Diktaturası” (Diktatura Tsentrokaspiya) yaratdılar.
1918-ci ilin sentyabrın 19-dan 20-nə keçən gecə, eserlərin başçılığı ilə ingilis müdaxiləçiləri Bakı kommunasının 26 xadimini Türkmənstanın Ağca-Qum səhrasına apararaq onları vəhşicəsinə güllələmişdilər.
1918-ci ilin sentyabrında musavat əksinqilabçıları Türk müdaxiləçiləri ilə Bakıda hakimiyyəti ələ keçirərək onu 1920-ci ilin aprelinə kimi saxladılar.
Bütün bu illər ərzində Azərbaycan bolşevikləri gizli iş şəraitində xalqı əksinqilabçılara qarşı mübarizəyə qaldırırdılar. RSDFP-nın Bakı komitəsinin mərkəzi “Hümmət” və “Ədalət” təşkilatları Həştərxan şəhərinə köçürüldü. Onlar öz fəaliyyətini Mərkəzlə razılaşdıraraq Azərbaycanda inqilabi partiya işini getdikcə gücləndirirdilər. Beləliklə də çoxmillətli Bakı proletarlarının siyasi şüuru və təşkilatlanması durmadan möhkəmlənirdi. Bu işlər əlbəttə ki, əksinqilabçılara qarşı aparılan ardıcıl, qətiyyətli mübarizənin nəticəsində əldə olunurdu.
Kommunistlər gənclər arasında da inqilabi iş aparırdılar. 1919-cuilin martında “Beynəlmiləl Gənc fəhlələr İttifaqı” Bakıda və onun rayonlarında yaradıldı.
1919-cu ilin iyulunda Bakı komitəsinin qərarı ilə partiya məktəbi açıldı. Eyni zamanda Rusiya Kommunist (bolşeviklər) Pariyasının, Qafqaz əyalət komitəsinin qərarı ilə, Moskvadakı fəhlə-kəndli Universitetinə “Hümmət” təşkilatından 10, “Ədalət” və Bakı komitəsindən isə 4 nəfər oxumağa göndərildi.
1918-ci ilin axırlarından başlayaraq Azərbaycanda əməkçi kəndlilərin inqilabi hərəkatı gücləndi. Musavat rejiminə və yadelli müdaxiləçilərə qarşı Şamaxı, Şəki (Nuxa) və əsasən də Gəncə qəzalarının əhalisi mübarizəyə qalxmışdılar. 1919-cu ulin fevralında Qatır Məmmədin (Məmmədov Məmməd Əli oğlu) silahlı dəstəsi Gəncə qəzasının polis bölməsinə hücum etmişdi. Kəndlilərin hərəkatına başçılıq edən xalq qəhrəmanının dəstəsi öz mütəşəkkilliyi ilə fərqlənirdi.
Azırbaycanda,o vaxtlar, inqilabi hərəkatın ən geniş vüsət aldığı yer Muğan düzü və Lənkəran rayonu olmuşdur.
1919-cu ilin əvvəllərində burada siyasi vəziyyət xeyli kəskinləşmişdi. Rayonda denikin əksinqilabçıları özləri üçün əlverişli yer tapmışdılar. Ağqvqrdiya zabitləri yerli mülkədarlara arxalanaraq Lənkəranı öz isdədikləri kimi idarə edirdilər. Bundan əlavə musavat hökumətinin dəstəyini alan ingilis generalı Tomson Lənkərana, onun əlaltılarından olan erməni polkovniki Avetisov və Makarov bu zonada vəhşiliklər törədildilər. Musavat hökumətinə və eləcə də türk qoşunları komandanı Ənvər paşaya yerli ziyalıların müraciətinə baxmayaraq, onların heç biri  bu vəhşiliklərin qarşısını almamışdı.
Muğan zəhmətkeşləri, kommunistlərin rəhbərliyi ilə, denikinçilər və musavat əksinqilabçılara qarşı çıxış edirdilər.
1919-cu ilin 25 aprelində silahlanmış əskərlər, şəhər yoxsulları və kənd əməkçiləri ağqvqrdiya zabitlərini həbs edəeək Lənkəran Ölkə idarəsini ləğv etdilər. Hakimiyyət inqilab Komitəsinin əlinə keçdi və Muğan Sovet hakimiyyəti elan olundu.
Lənkəranda yerləşən Muğan Sovet hakimiyyəti 4 ay əksinqilabçıların təziqini dəf edə bildi. Muğan kommunistlərinin əzmkarlıqla müdafiə olunmalarına baxmayaraq sayca çox böyük qüvvəyə malik olan düşmən tərəfindən Muğan Sovet Respublikası devrildi. Buna baxmayaraq Lənkəran hadisələri Azərbaycanda inqilabi hərəkatın genişlənməsinə təkan verdi və Azərbaycanda Sovet hakimiyyətinin bərqərar olnasının təməlini qoydu.
Muğanda  Sovet hakimiyyəti uğrunda mübarizədə yerli kommunistlərlə yanaşı, digər millətlərdən olan görkəmli bolşeviklər də qəhrəmancasına həlak oldular. Bunlardan T.İ.Ulyantsev (Otradiyev) İ.O.Kolomiytsev, S.L.Kandelaki və başqaları.
Cürbəcür bəhanələrlə, faktiki olaraq isə, ingilis imperialistlərinin təsiri altında musavat hakimiyyəti Sovet Rusiyası ilə hərbi ittifaq yaratmaqdan boyun qaçırırdı. V.İ.Lenin bu haqqda belə yazmışdı: “Biz Azərbaycan və Gürcüstana Denikinə qarşı müqavilə bağlamağı təklif etdik. Onlar, guya digər ölkələrin işlərinə qarışmamaq bəhanəsi ilə razılıq vermədilər. Biz baxaq görək bu barədə Azərbaycan və Gürcüstan fəhlələri nə deyəcəklər.”
 Bakıda Mərkəzi Fəhlə klubunda keçirilən zəhmətkeşlərin çoxsaylı mitinqi qətnamə qəbul etdi: “Əgər Azərbaycan hökuməti Denikinə qarşı çıxış etməyə razılıq verməsə, onda Bakı proletarları Azərbaycan kəndliləri ilə birlikdə musavat hökumətinin başı üzərindən, bəlkə də onların  
meyidləri üzərindən keçərək inqilabi Rusiyaya qarşı dünya və rus təcavüzü ilə mübarizədə, öz qardaş əlini uzadacaqdır!” ( “Novıy mir” qəzeti N-7, 11 yanvar 1920-ci il).
Azərbaycan zəhmətkeşlərinin proletar həmrəyliyinə canlı sübut gənc sovetlər respublikasının neftlə təmin olunmasını göstərmək kifayətdir. 1919-cu ilin avqustundan 1920-ci ilin aprelinə qədər  Bakı fəhlələri Sovet Rusiyasına 3,5 min pud benzin, 500 pud motor yağı  göndərmişdilər. Bu işlərin təşkilində İ.D Əliyev, Əli Bayramov, M.D.Hüseynov, İ.İ.Dövlətov, Ç. İldrım, A. Lakuyanenko, V.Neneyşvili, və digərləri aktiv iştirak etmişlər. Böyük qəhrəmanlıq göstərməklə qəhrəmancasına həlak olanlardan isə F.K.Qubanov, N.F.Roqov, B.M. Sərdarov, İ.S.Saraykin və başqalarını göstərmək olar.
Qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyətdə olan bütün kommunist təşkilatları faktiki olaraq bir mərkəzdən, yəni RK(b)P-nın Diyar və Bakı komitələrinin rəhbərliyi altında fəaliyyət göstərirdilər. Onlar lenin partiyasının vahid proqramı və taktikasını əldə rəhbər tutaraq kütlə arasında durmadan inqilabi iş aparırdılar. Ona görə də formal olaraq fəaliyyət göstərən  RK(b)P-nin Bakı komitəsi, “Hümmət” və “Ədalət” təşkilatlarının parakəndə fəaliyyəti zamana uyğun gəlmirdi. Azərbaycanda Sovet hakimiyyətinin bərpa edilməsi uğrunda mübarizədə bu təşkilatların birləşməsinə zəmin yaranmışdı.    
 Azərbaycan Kommunist Partiyasının yaranmasına zəruriyyət olsa da bəzi müxtəlif fikirlilər də əmələ gəlmişdi. Lakin 1919-cu ilin axırları və 1920-ci ilin əvvəllərində bu üç təşkilatın üzvlərinin əksər hissəsi AK(b)P-nin yaradılmasının zəruri olduğunu bildirdilər Bunun əsasında Qafqaz inqilabi Komitəsinin Bakı bürosu RK(b)P-nın Bakı Komitəsi, “Hümmət” və “Ədalət” təşkilatlarının təklifi ilə bu üç təşkilatın bazasında Azərbaycanda ümumi təşkilatı kimi  AK(b)P nın yaradılmasının qərarını verdilər.
Qafqazda və Azərbaycanda RK(b)P-nın təşkilatları haqqında RK(b)P-nın Siyasi bürosunun 14 noyabr və 20 dekabr 1919-cu il tarixli iclasında müzakirə edilmişdi.
1920-ci ilin yanvarın 3-də V.İ.Leninin sədrliyi ilə keçirilən RK(b)P-nın Mərkəzi Komitəsinin Siyasi bürosunda Qafqaz partiya təşkilatı haqqında məsələ müzakirə edilmiş və bu barədə qərar qəbul edilmişdir. Qərarda deyilir: “ Bütün Qafqaz ərazisində kommunist təşkilatlarının işinə RK(b)P-nın Qafqaz Əyalət Komitəsi rəhbərlik edir. Qafqaz Komitəsinin qərarı “Hümmət”, Gürcü kommunist təşkilatı və Ermənistan təşkilatı üçün eyni hüquqa malikdir. Qafqazda milli kommunist partiyalarının maliyyələşməsi Əyalət Komitəsi tərəfindən aparılır. Əyalət Komitəsinə Vilayət Komitəsi səlahiyyəti verilir.” (MPA. JML, f1,  125 D1, səh.15)
Azərbaycan kommunistləri RK(b)P-nın VIII qurultayının qərarlarını rəhbər tutaraq Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının və Azərbaycan Sovet Sosialist Rspublikasının yaradılması üçün yorulmadan iş aparmağa başladılar. Bu məsələnin həlli üçün təsis qurultayının çağrılması qərara alındı.
Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı 11-12 fevral 1920-ci ildə gizli olaraq Bakıda, Fəhlə klubunda keçirilmişdi ( Fəhlə klubu indiki Sabir bağında yerləşirdi). 4 min kommunistləri təmsil edən 120 nümayəndə qurultayda iştirak etmişdir. Birinci qurultay təşkilatı məsələ üzrə D.X.Bünyadzadənim və Y.Q. Yeqorovun məruzələrini dinləyərək qətnamə qəbul etdi. Qətnamədə deyilirdi: “Yerli şəraiti və kommunizm uğrunda birgə mübarizə aparmaq məqsədi ilə, qurultay taktiki baxımdan bütün kommunist partiyaları Azərbaycan Kommunist (bolşeviklər) Partiyası adı altında birləşməyi zəruri hesab edir.” (Azərbaycan Kommunist Kommunist Partiyası, Qərarlar, qətnamələr, Qurultay və plenum qərarlarında, MK c.1 cəh.11)
AK(b)P-nin əsas özəyini və sutununu bütün Azərbaycan kommunist təşkilatlarının yetişdirdiyi və bəslədiyi Baki partiya təşkilatı təşkil edirdi. Qurultaydan bir gün sonra AKP(b)P-n- Mərkəzi Komitəsinin I plenumunda MK-nın Rəyasət heyəti və büro seçildi. AK(b)P MK Rəyasət heyətinin sədri M.D Hüseynov seçildi.
AK(b)P qurultaydan sonra, tez bir zamanda, həm say etibarı ilə və eləcə də təskilatı-siyasi cəhətdən möhkəmlənməyə başladı. Proletar beynəlmiləlçiliyin lenin prinsipləri əsasında RK(b)P-nın ayrılmaz hissəsi kimi AK(b)P Azərbaycan tarixində yeni mərhələ açdı. Məhz Azərbaycan kommunist təşkilatlarının  birləşməsi nəticəsində bütün respublika kommunistləri bir mərkəzdən təlimlənərək Azərbaycanda sosializmin bərqərar olmasını təşkil etdi.
Böyük mübarizə ənənəsi olan Azərbaycan Kommunist Partiyası hazırda çox acınacaqlı vəziyyətdədir.
1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyası və Azərbaycan Kommunist Partiyasının  fəaliyyəti kommunistlərin iradələrinin ziddinə qanunsuz olaraq dayandırılandan sonra 27 oktyabr 1993-cü ildə bir qrup kommunist Azərbaycan Kommunist Partiyasının bərpa edilməsi ilə bağlı qurultay keçirmiş, partiyanın fəaliyyəti bərpa edilmiş, 4 mart 1994-cü ildə ona Şəhadətnamə verilmiş, Nizamnaməsi qeydiyyatdan keçirilmişdir. Lakin  1996-cı ildə  Azərbaycan Kommunist Partiyası 2 qrupa parçalanmış, daha sonra 3, iki ilə yaxındır ki, 4 qrupa bölünmüşdür. Lakin bu qrupların hər biri ayrı-ayrılıqda siyasi fəaliyyətlə məşğul olsalar da, onların heç biri indiki və keçmiş fəaliyyətləri hazırda qiymətləndirilməyən və bir növ unudulmuş, yaddan çıxarılmış veteran kommunistlərin, onların ailə üzvlərinin, əmək qəhrəmanlarının qayğısına qalmamış, onlarla əlaqə saxlanılmamış, onlar taleyin ümudinə buraxılmış, onların əmək, sosial, iqdisadi hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, müdafiə edilməsi ilə məşğul olmamışdır.                                                            
Həm də dörd yerə parçalanmış bu qrupların hər biri özünü qeydiyyatdan keçmiş Azərbaycan Kommunist Partiyasınin varisi hesab etsə də, onlardan heç biri digər qrupun siyasi fəaliyyətini kommunist partiyasının adına layiq bilmədiklərini iddia etdikləri halda, bu qrupların Azərbaycan Kommunist Partiyası adından istifadə etməsini hüquqi müstəvidə araşdırılmasını tələb etmir, beləliklə də onlardan hansının qeydiyyatdan keçməsi məlum olmadığından, bu məsələnin qeyri-müəyyən olması səbəbindən kommunist partiyası seçkilərdə iştirak etmək imkanından məhrum olmuşdir. Belə ki, zəhmətkeşlərin haqq işi uğrunda mübarizə aparan Azərbaycan Kommunist Partiyası siyasi partiya kimi 1998-ci ildən sonra Prezident, 2000-ci ildən sonra Milli Məclisə keçirilmiş seçkilərdə iştirak etməmişdir.    
Belə bir partiyanın mövcud olması yalnız bu qrupların rəhbərləri arasında kütləvi informasiya vasitələrində, sosial şəbəklərdə təhqiredici yazılar veriləndə və bir də onlar ildə bir neçə dəfə görkəmli kommnistlərin ad və anım günlərində keçirtdikləri tədbirlər zamanı yada düşür. Bu qruplardan heç biri partiyadakı bu acınacaqlı vəziyyətə, özbaşınalığa, hərc-mərcliyə son qoymağa çalışmamış, bu vəziyyətlə razılaşmış və əslində faktiki olaraq Azərbaycan Kommunist Partiyasının Proqram və Niazamnaməsində elan edilmiş məqsəd və prinsiplərdən, siyasi mübarizə meydanından əl çəkmişlər.                                                    
Bunlan əlavə 1991-ci ildən sonra fəaliyyəti ləğv edildiyinə görə o vaxta kimi iş yerləri üzrə təşkil edilən və fəaliyyət göstərən ilk partiya təşkilatları ləğv ediləndən sonra, bir təşkilatda, idarədə işləyən, çalışan kommunistlər müxtəlif ərazilərdə, ünvanlarda yaşadıqlarına görə ilk təşkilatlarını bu və digər obyektiv səbəblərdən yaşayış yerləri üzrə yarada bilməmişlər. Azərbaycan Kommunist Partiyası fəaliyyətini bərpa etsə də xalq kütələrin içərisinə getməmiş, ilk illərdə kommunistlərin sayı müəyyən qədər çox olsa da, partiya daxilində baş verən qrupbazlıq, çəkişmələr, səriştəsiz rəhbərlik, idarə etmə bacarığının olmaması və sair bu kimi obyektiv və subyektiv səbəblərdən həmin kommunistlərin böyük bir qismi partiya sıralarını tərk etməyə məcbur olmuş və bu vəziyyət, həm də  Azərbaycan Kommunist Partiyasının sıralarına daxil olmaq istəyənlərin də qarşısını almışdır.                                    
Hazırda dörd hissəyə parşalanmış bu partiya qruplarının bu qaydada fəaliyyət göstərmələri 1991-ci ildə fəaliyyəti qanunsuz dayandırılmış kommunist partiyasının üzvü olan şəxslərin çox cüzi bir hissəsi ilə əlaqə yarada bilmiş, qalan kommunistlərlə əlaqə yarada bilməmiş, onların hazırkı şəraitdə sosializm ictimai quruluşuna, kommunist partiyasına, kommunistlərə münasibətləri öyrənilməmiş, onların əmək, sosial, iqtisadi və digər hüquqlarının qorunması, müdafiə edilməsi ilə, bir sözlə, vaxtı ilə bir sırada olmuş kommunistlərə kommunist kimi yanaşmamış, onlara qayğı göstərilməmiş, kommunist adı nüfuzdan salınmış, cəmiyyətin kommunistlərə rəğbət və hörməti azalmışdır. Bütün bunlar nəticəsində də gənc nəslin demək olar ki, böyük əksəriyyətinin sosializm cəmiyyəti və onu qurmaq uğrunda uzun illər ərzində qətiyyətlə mübarizə aparmış bolşevik-kommunistlər haqqında, sosializm, kommunizm nəzəriyyəsi, onun elmi əsasları barədə anlayışları yoxdur.
Partiyanın parçalanmış qrupları bütün dünya proletarlarını, zəhmətkeşlərini insanın insan tərəfindən istismarına son qoymağa, insanları dostluğa, bərabərliyə, qardaşlığa, dünyada ən ədalətli cəmiyyət olan sosializm cəmiyyəti qurmaq uğrunda mübarizəyə səsləyib birləşməyə çağırdıqları halda, öz aralarında dil tapa bilməmiş, rəhbərləri sosial şəbəkələrdə və digər kütləvi informasiya vasitələrində bir-birilərinin ünvanına etik qaydalardan uzaq olan son dərəcə təhqiedişi yazılar, məlumatlar yerləşdirməklə müqəddəs kommunist adını hörmətdən salmışlar. Bu hal indi də davam etməkdədir. Bunun nəticəsində də partiyanın sıraları artmaq əvəzinə ilbəil azalmış, bütün bunlar respublikamızda kommunist hərəkatına sarsıdıcı zərbə vurmuş, zəhmətkeş insanların haqq işi uğrunda ən mübariz bir partiya olmuş kommunist partiyasının tamamilə nüfuzdan düşməsinə səbəb olmuşdur.                                            Bu diqqətsizliyə, hərc-mərciliyə, özbaşınalığa, pərakəndəliyə, son qoymağın vaxtı çoxdan çatdığı üçün 20 oktyabr 2016-cı ildə  kommunistin şərəfli, mübariz adını ona qaytarmaq üçün bütün vicdanlı, saf əqidəli kommunistlərin və onlara rəğbət bəsləyən təəssübkeşlərin fəaliyyətlərini bir yerdə birləşdirmək məqsədi ilə Azərbaycan Kommunistlər Birliyini təsis edilmişdir. Bunun üçün onun məqsədlərinin ümumi prinsiplərini, fəaliyyətinin və inkişaf istiqamətlərini müəyyən edən Proqramı, iş prinsiplərini və qaydalarını müəyyən edən Nizamnaməsi qəbul edilmiş, respublikada və ondan kənarda beynəlxalq aləmdə daha geniş və səmərəli surətdə fəaliyyət göstərməsini təmin etmək üçün tədbirlər görülmüşdür.            
Azərbaycan Kommunistlər Birliyinin təsis edilməsində əsas məqsəd də  bazar iqtisadi münasibətlərin mövcud olduğu indiki şəraitdə kommunist birliyi üzvlərinin, veteran kommunistlərin, onların ailə üzvlərinin qayğısına qalmaq, iş qabiliyyətli kommunistlərin işlə təmin edilməsinə, ixtisaslarının artırılmasına çalışmaq, birlik üzvlərinin, xüsusən də gənclərin materialist elmi dünyagörüşünə yiyələnmələrinin qayğısına qalmaq, onları dünyada baş verən iqtisadi, siyası proseslərin mahiyyəti ilə ətraflı tanış etmək, beynəlxalq kommunist və fəhlə hərəkatının yaranması, inkişafı və hazırkı vəziyyəti barədə geniş məlumatlar vermək, daha ədalətli sosial cəmiyyətin iqdisadı, siyasi, hüquqi aspektlərini işləyib hazırlamaq, indiyə kimi əldə edilmiş milli və bəşəri mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanılmasını və onların daha da inkişaf etdirlməsini təmin emək, birlik üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanunla qorunan mənafelərinı dövlət hakimiyyət və bələdiyyə orqanlarında, eləcə də özəl bölmələrdə və ictimai təşkilatlarda qorumaq, müdafiə etmək, maddi sıxıntı çəkənlərə imkan daxilində maddi yardım göstərmək, mənəvi dəstək vermək, eləcə də əhalinin maddı-rifah halının yaxşılaşdırılması məqsədilə ictimai həyatın bütün (sosial, iqtisadi, siyasi, hüquqi və digər) sahələrində, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlayb dövlət hakimiyyət orqanlarına təkliflər vermək, qüvvədə olan qanunvericiliyə zidd olmayan digər məsələlərin həll edilməsi və birliyin Proqramında təsbit edilmiş digər vəzifələrin həyata keçirilməsi istiqamətində kommunistlərin səy və bacarıqlarını birləşdirməkdən ibarətdir.

Отправить комментарий

0 Комментарии