Ədalət Abdinov
Almaniya və beynəlxalq kommunist hərəkatı xadimi, Almania Kommunist Partiyasının banilərindən biri Klara Setkin 5 iyul 1857-ci ildə Saksoniy Viderau anadan olmuşdur. O, inqilabi hərəkata XIX əsrin 70-ci illərinin sonlarından qoşulmuş, 1881-ci ildə Almaniya Sosial-Demokrat Partiyasına daxil olmuşdur. Sosialistlərə qarşı müstəsna qanunun qüvvədə olduğu dövrdə (1878-1890) mühacirətdə yaşamağa məcbur olmuş, Fransa, Avstriya və İtaliyanın socialist hərəkatında fəal iştirak etmişdir. İkinci İnternosialının təsis konqresinin (Paris, 1889) hazırlanmasında mühüm rol oyanmışdır. Klara Setkin 1890-cı ildə vətənə qayıdaraq Almaniyada social-demokrat qadınlar hərəkatına başçılıq etmişdir. O, Birinci rus inqilabını (1905-1907) hərarətlə qarşılamışdır. Özünün təşəbbüsü ilə 1907-ci ildə keçirilmiş qadınların birinci beynəlxalq konfransında Beynəlxalq Qadınlar Katibliyinə seçilmişdi.
Klara Setkinin təşəbbüsü ilə socialist qadınların beynəlxalq Kopenhagen konfransı (1910) hər il martın 8-ni Beynəlxalq Qadınlar bayramı kimi qeyd etməyi qərara aldı. İnqilabi fəaliyyətinə görə K.Setkin 1915-ci ildə həbs edilmişdi. Həbsdən buraxıldıqdan sonara yenidən inqilabi işi davam etdirmişdir. Klara Setkin “Spartak İttifaqı”nın bani və rəhbərlərindən olmuşdur. Almaniya Kommunist Partiyası yaradıldıqdan sonar isə 1919-cu ildə onun MK-sının üzvü seçilmişdi. Bu mübariz qadın Böyük Oktyabr sosialist inqilabını şadlıqla qarışlamışdı. 1921-ci ildən Kominterinin İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü, həmçinin Kominterinin Beynəlxalq Qadın Katibliyinin, 1925-ci ildən isə İnqilab Mübarizlərinə Beynəlxalq Yardım Təşkilatı MK-sının sədri seçilmişdi.
Mətin inqilabçı K.Setkin V.İ.Lenin və N.K.Krupskaya ilə yaxın dost olmuşdur. 1920-ci ildən reyxstaqa seçilən Klara Setkin faşizmə qarşı qəti mübarizə aparmışdır. 1932-ci ilin avqustunda qocaman deputat kimi yeni seçilmiş reyxstaqın iclasını açarkən söylədiyi nitqində Klara Setkin faşist təhlükəsinin artdığını qeyd edərək vahid proletar cəbhəsi yaratmağa çağırmışdı.
Klara Setkin 1922-ci ilin mayında Zaqafqaziya zəhmətkeş qadınlarının Bakıda keçirilən qurultayında Kominterinin İcraiyyə Komitəsinin Beynəlxalq Qadınlar Katibliyi adından teleqram göndərmişdir. 1924 –cü il oktyabrın 20-21-də Bakıda olmuş Əli Bayramov adına Qadınlar klubunun fəaliyyəti ilə tanış olmuş. Həmçinin Baki Soveti və AHİŞ-in birgə iclasında iştirak etmişdir. Sonralar yazdığı “Azad olmuş Qafqazda” kitabında Azərbaycan təəssüratlatrından geniş bəhs etmişdir. O, müntəzəm olaraq “Şərq qadını” jurnalında çıxış etmişdir.
Klara Setkin 20 iyun 1933-cü ildə Moskva yaxınlığındakı Arxangelskoye rayonunda vəfat etmiş, Qızıl meydanda Kreml divarı yanında dəfn olunmuşdur. Sovet hökuməti onun fəaliyyətini yüksək qiymətləndirmiş, Lenin ordeni və Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir. Keçmiş Almaniya Demokratik Respublikasında onun adına medal təsis edilmişdir. Dünya sosialist hərəkatının qadın öncüllərindən biri, şərəfli adı, ictimai-siyasi fəaliyyəti kommunist tariximizə qızıl hərflərlə yazılmış ölməz inqilabçı Klara Setkinin həmişə əziz olan parlaq xatirəsi sülh, azadlıq, bərabərlik arzusu ilə yaşayan insanların qəlbində yaşayır.
0 Комментарии