
Qloballaşma
—ümumdünya iqtisadi, siyasi və mədəni
inteqrasiya və unifikasiya prosesidir.
Qloballaşma bu yaxınlara kimi bir-biri ilə beynəlxalq əmək bölgüsü sistemi, iqtisadi və siyasi münasibətlər ilə bağlı olan
milli təsərrüfatlar kimi başa düşülən dünya təsərrüfatının dünya
bazarına birləşməsi və onların transmilliləşdirmə və regionallaşdırma
prosesidir. Bu əsasda bazar
iqtisadiyyatının vahid dünya şəbəkəsi formalaşır — geoiqtisadiyyatın və onun
infrastrukturlarının, çox əsrlər boyunca beynəlxalq münasibətlərin əsas siması olmuş dövlətlərin milli müstəqilliyinin
dağıdılması yolu ilə. Qloballaşma
prosesi dövlət tərəfindən rəsmilləşdirilmiş bazar sistemlərinin təkamülünün nəticəsidir.
Dünyəvi əmək bölgüsü, bütün
planet miqyasında kapitalın, işçi qüvvəsinin, istehsal
resurslarının miqrasiyası,
qanunvericiliyin, iqtisadi və texnoloji proseslərin standartlaşdırılması, həmçinin müxtəlif ölkələrin mədəniyyətlərinin bir-birilə qarışması
qloballaşmanın əsas nəticələridir. Bu
sistemli xarakter daşıyan obyektiv prosesdir,
yəni cəmiyyət həyatının bütün
sferalarını əhatə edir. Qloballaşma nəticəsində dünya onun bütün subyektlərinə
daha bağlı və onlardan daha çox
asılı olur. Dövlətlər qrupu üçün ümumi problemlərin miqdarının artması, həmçinin
inteqrasiya edən subyektlərin tiplərinin sayının genişlənməsi kimi.
Qloballaşma mənbələrinə baxışlar mübahisəlidir.
Tarixçilər bu prosesə kapitalizmin inkişaf mərhələlərindən biri kimi baxır. İqtisadçılar maliyyə bazarlarının
transmilliləşdirilməsindən hesablama aparırlar. Politoloqlar demokratik təşkilatların
yayılmasına dayaq hesab edirlər. Kulturoloqlar qloballaşma təzahürlərini amerikan iqtisadi istismarı da daxil olmaqla
mədəniyyətin vesternizasiyası ilə bağlayırlar. Qloballaşma proseslərinin
izahına informativ-texnoloji
yanaşmalar var. Qloballaşma
siyasi və iqtisadi növlərinə görə fərqlənir . Qloballaşma subyekti kimi
iqtisadi və texnoloji inkişafın dünyəvi
qütblərinin formalaşmasına güclü ümumi effekt verən regionallaşdırma çıxış edir.
Bununla belə, "qloballaşma" sözünün mənşəyi onu göstərir ki, bu və ya digər
tarixi mərhələlərdə baş vermiş beynəlxalq
ticarətin sürətli artımı bu prosesdə aparıcı rol oynayır. "Qloballaşma"
sözünü ("intensiv beynəlxalq ticarət" mənasında) ilk dəfə Karl Marks
1850-ci ilin sonunda Engelsə yazdığı məktublardan birində istifadə edib. Marks
məktubda yazırdı: "İndi dünya
bazarı həqiqətən mövcuddur. Kaliforniyanın və Yaponiyanın dünya bazarına
çıxışıyla qloballaşma baş verdi". Qloballaşma proseslərində beynəlxalq
ticarətin həmin aparıcı rolunu həm də o fakt göstərir ki, Marksın
dövründə başlanmış qloballaşma
1930-cu illərdə, bütün inkişaf etmiş ölkələr beynəlxaq ticarətin kəskin
laxtalanmasına səbəb olan ağır
proteksionizm siyasətinə keçdikdən sonra bitdi.
Siyasət və idarə etmə
Qloballaşma idarə etmə subyektlərinin mərkəzləşdirilməsi
prosesiylə (hakimiyyətin mərkəzləşdirilməsi) sıx bağlıdır.
Siyasətdə qloballaşma milli dövlətlərin zəiflənməsidir və onların dəyişməsinə və müstəqilliyinin
ixtisarına imkan yaradır. Müstəqil dövlətlərin
postmodern dövlətlərə transformasiyası
müşahidə olunur. Bir tərəfdən, bu ona görə baş verir ki, müasir dövlətlər BMT, Ümumdünya Ticarət Təşkilatı, Avropa
İttifaqı, NATO, BVF və Dünya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlara daha çox
səlahiyyətli nümayəndə göndərir. Digər tərəfdən, iqtisadiyyata və vergilərin
azaldılmasına dövlət müdaxiləsinin ixtisarı hesabına müəssisələrin (xüsusilə
böyük millətlərarası korporasiyaların) siyasi təsiri böyüyür. Həmçinin
insanların xaricə asan
miqrasiyasına və kapitalın sərbəst
hərəkətinə görə dövlətlərin öz vətəndaşları
üzərində hakimiyyəti azalır.
XXI əsrdə qloballaşma prosesiylə yanaşı regionallaşdırma prosesi də
baş verir, yəni region amil kimi beynəlxalq münasibətlər sisteminin vəziyyətinə böyük təsiri göstərir, dünya siyasətinin
qlobal və regional hissələri arasında
münasibətlər dəyişir, həmçinin regionun
dövlətin daxili işlərinə təsiri güclənir.
Həm də regionallaşma təkcə federativ
quruluşlu dövlətlər üçün deyil, həm də unitar dövlətlər, bütöv qitələr və dünya
hissələri üçün xarakterik olur. Avropa
İttifaqı regionallaşmanın aşkar nümunəsidir.
Qlobal siyasətin problemləri əsasən Böyük səkkizlik
və Böyük iyirmilik kimi iki klub tərəfindən həll edilir.
İqtisadiyyat
İqtisadiyyatın qloballaşması — dünya inkişafının
qanunauyğunluqlarından biridir. İnteqrasiyayla müqayisədə ölçüyə gəlməz dərəcədə
artmış müxtəlif ölkələrin iqtisadiyyatlarının qarşılıqlı asılılığı sahələr üzrə
strukturu, informasiya və texnologiya
mübadiləsi, istehsal güclərinin yerləşdirilmə coğrafiyası dünya şəraitini nəzərə alaraq təyin edilən iqtisadi
zonanın formalaşması ilə bağlıdır, iqtisadi yüksəliş və tənəzzül isə planet
miqyası alır.
İqtisadiyyatın artan qloballaşması kapitalın yerdəyişmə
miqyasının və tempinin kəskin artımında ifadə edilir. Son onilliklər
ərzində yaradılmış informasiya sistemi maliyyə kapitalının hərəkətini çox gücləndirmişdir.
İqtisadiyyatın qloballaşması — mürəkkəb və zidd
prosesdir. Bir tərəfdən, o dövlətlər
arasında iqtisadi qarşılıqlı əlaqələri
yüngülləşdirir, ölkələrin bəşəriyyətin qabaqcıl nailiyyətlərinə girişi üçün şərait yaradır, resurslardan qənaətli
istifadəni təmin edir, dünya inkişafını
stimullaşdırır. Digər tərəfdən, qloballaşma mənfi nəticələrə gətirir:
iqtisadiyyatın periferiya modelinin möhkəmləndirilməsi, "qızıl
milyard"a daxil olmayan ölkələrin
öz ehtiyatlarını itirməsi.
Qloballaşma bütün iştirakçılara rəqabət mübarizəsi yayır, həmçinin də zəif ölkələrə, hansı ki,
kiçik biznesin iflasına, əhalinin həyat səviyyənin aşağı düşməsinə və s. gətirir.
Mədəniyyət
Mədəni qloballaşma üçün dünyanın müxtəlif ölkələri arasında işgüzar və istehlak mədəniyyətinin
yaxınlaşması və beynəlxalq ünsiyyətin artması tipikdir. Bir tərəfdən, bu bütün
dünyada milli mədəniyyətlərin
ayrı-ayrı növlərinin populyarlaşmasına
gətirir. Digər tərəfdən, məşhur beynəlxalq mədəni hadisələr milli fenomenləri sıxışdırıb aradan çıxara və ya onları beynəlmilələ çevirə bilər.
Çoxları bunu milli mədəni dəyərlər itkisi kimi qiymətləndirir və milli mədəniyyətin
dirçəlişi üçün mübarizə aparır.
Müasir filmlər dünyanın bir çox ölkələrində eyni
zamanda ekranlara çıxır, kitablar tərcümə edilir və dünyanın müxtəlif ölkələrində oxucular arasında məşhurlaşır. Hər yerdə
yayılmış internet mədəni qloballaşmada
böyük rolu oynayır. Bundan başqa, beynəlxaq turizm ildən-ilə daha da genişlənir.
Qloballaşmanın tənqidi
Qloballaşmanı
təkcə antiqlobalistlər və bəzi
siyasətçilər (məsələn, Uqo Çaves) deyil,
həmçinin bir sıra iqtisadçılar və alimlər tənqid edir. Məsələn, məşhur
iqtisadçı Cozef Stiqlis qloballaşmanını kəskin tənqid edildiyi bir neçə kitab
yazıb. Stiqlis çoxsaylı faktlar və nümunələrlə qloballaşmanının sənayeni
dağıtdığını, işsizliyin, yoxsulluğun
artmasına imkan yaratdığını, elmi-texniki inkişafı tormozladığını və
planetdə ekoloji problemləri dərinləşdirdiyini sübut edir. O qlobal
institutların siyasətini tənqid edir: Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq
Valyuta Fondu, — hansılar ki, onun fikrinə görə, qloballaşmadan və onun
ideologiyasından bir neçə ən inkişaf etmiş dövlətlərin xeyrinə, əksəriyyətinin zərərinə
istifadə edirlər. Əksəriyyət iddia edir ki, qloballaşma öz geosiyasi rəqiblərinin zəiflədilməsi və ya
məhv edilməsi üçün ABŞ tərəfindən alət
kimi istifadə olunur. Digərləri qeyd
edirlər ki, qloballaşma spekulyativ iqtisadiyyatın, istehsalın və malların satışının inhisarına və sərvətlərin
kiçik insan qrupunun ("dünyanı idarə
edən sinifin") xeyrinə yenidən bölüşdürülməsinə imkan yaradır.
Qloballaşma tərəfdarları iddia edirlər ki, bütün
müasir proseslər və onlarla bağlı neqativ hadisələr təbii xarakterə malikdir və
onları idarə etmək mümkün deyil,
qloballaşma tənqidçiləri isə, əksinə, əmindirlər ki, böyük dövlətlər neqativ təsirləri əhəmiyyətli dərəcədə azalda bilərlər. Onların fikrincə, buna bütün sahələrdə ağıllı proteksionist (himayədar) siyasət vasitəsi ilə nail olmaq olar: xarici ticarət
sahəsində, kapitalın hərəkəti,
immiqrasiyalar, — həmçinin valyuta sisteminin
reformasiyası vasitəsi ilə.
eco-socialistsofazerbaijan.blogspot.com
0 Комментарии