Recents in Beach

AZƏRBAYCAN KOMMUNİSTLƏR BİRLİYİNİN SƏDRİ ƏDALƏT ABDİNOVUN QƏLƏBƏ BAYRAMI TƏBRİKİ

Əziz yoldaşlar!

Böyük Vətən müharibəsində sovet xalqının parlaq qələbəsi münasibəti ilə Sizi təbrik edirəm!
XX əsr ərzində SSRİ iki dəfə dünyanın simasaında böyük dəyişikliklərə yol açmışdır. 1917-ci ildə Oktyabrın qələbəsi bəşəriyyətin yeni tarixi mərhələyə qədəm qoyduğunu elan etmişdi. 1945-ci ildə isə Sovet İttifaqının həlledici rol oynaması sayəsində faşizmin darmadağın edilməsi planetin hər yerində qüdrətli sosial-siyasi dəyişikliklər dalğası qaldırmış, bütün dünyada sülh qüvvələrinin möhkəmlənməsinə səbəb olmuşdu.
Odur ki, Böyük Vətən müharibəsində sovet xalqının hünəri bu qədər böyük, əzəmətli görünür. Bu hünər tarixə düşmüşdür və heç vaxt unudulmayacaqdır.
Böyük Vətən müharibəsindəki vuruşmalarda qazanılmış qələbə qəhrəman fəhlə sinfimizin, kolxozçu kəndlilərimizin, ziyalılarımızın qələbəsidir, bütün çoxmillətli sovet xalqının qələbəsidir. Bu, sovet hərb elminin, bütün sovet qoşun növlərinin döyüş ustalığının, xalq içərisindən çıxmış sovet sərkərdələrinin məharətinin qələbəsidir.
Əziz müharibə veteranları, Sizə cansağlığı, uzun ömür arzulayıram!
Böyük qələbənin varisləri, Sizin əzmkarlığınız sayəsində qəhrəmanlıq ənənəmiz daim yaşayacaqdır!

Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
Bakı şəhəri, 9 may 2017-ci il.



Отправить комментарий

0 Комментарии