Recents in Beach

GÜLNİSƏ MƏNSİMOVANIN YENİ İL TƏBRİKİ

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gülnisə Mənsimova xalqa ünvanladığı  yeni il təbrik məktubunu "Azərbaycan kommunisti"nə göndərmişdir.
Təbrikdə deyilir:"Əziz həmvətənlər! 2017-ci il arxada qalır. 2017-ci ildə kapital dünyasında  iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi. Kapitalizm çürüməkdə davam edir. Dünyada, ancaq sosializm təhlükəsiz həyatı təmin edə bilər. Xalqlar, ancaq sosializm şəraitində təhlükəsizlik, ictimai-siyasi sabitlik  şəraitində yaşaya bilər".
Təbrik məktubunda daha sonra deyilir:" Yetmiş ilin təcrübəsi göstərdi ki, sosialisit iqisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Ona görə də sosializm cəmiyyətində gəlirlər çox,  istehlak qiymətləri daim aşağı olur. Kapitalizm olan yerdə sosial məsələlər öz həllini tapa bilmir, çünki sosial proqramlar real deyil. Kapitalist  siyasətinin mərkəzində  insan yox, şəxsi qazanc dayanır. Ona görə də vətəndaşların rifahı kapitalizm üçün   heç vaxt  prioritet məsələ olmayıbdır".
"Azərbaycan Kommunist Partiyası 2018-ci ildə də zəhmətkeşlərin mənafeyi naminə mübarizəsini davam etdirəcəkdir" - Gülnisə Mənsimova təbrik məktubunda yazır: - " Mən başda kommunistlər olmaqla, bütün Azərbaycan vətəndaşlarını  Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun"!

Отправить комментарий

0 Комментарии