1958-ci ildən 1959-cu ilə qədər Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi işləyib. Hələ Partiya Tarixi İnstitutunda çalışarkən əvəzçilik qaydası ilə 1959-cu ilin yanvarından 1961-ci ilin iyununa qədər Bakı Ali Partiya Məktəbində Sov.İKP tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. 1961-ci ildən 1970-ci ilə kimi Bakı Ali Partiya Məktəbinin rektoru işləyib.
Danil Quliyev 1967-ci ildə Azərbaycan KP MK-nın üzvü, 1968-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
"Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri", "Azərbaycan tarixi" kitablarının hazırlanmasında yaxından iştirak edib. 1989-cu ildə onun redaktorluğu ilə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixinə dair sənədlər toplusu buraxılıb. Böyük ictimai-siyasi xadim Nəriman Nərimanov barədə monoqrafiya yazıb.
Danil Quliyev 1987-ci ildə tarix elmləri doktoru adına layiq görülüb.
1970-ci il avqustun 24-də Azərbaycanın ali və orta ixtisas təhsili naziri vəzifəsinə təyin edilib. Bu vəzifədə çalışdığı 1970-1971-ci illərdə müəyyən səmərəli işlər görüb. 1971-1976-cı illərdə Azərbaycan KP MK-nın ideologiya üzrə katibi işləyib.
1995-ci ildə təqaüdə çıxan Danil Quliyev ömrünün sonuna kimi Almaniyada yaşayıb. Almaniya Kommunist Partiyası ilə sıx əlaqə saxlayıb. 2001-ci ildə dünyasını dəyişib, Berlində dəfn olunub.
0 Комментарии