Recents in Beach

KOMMUNİSTLƏR 29 SENTYABR MİTİNQİNƏ “YOX” DEYİRLƏR


                                               Ədalət Abdinov

Senatyabrın 29 keçirilməsi nəzərdə tutulan Qrabağın azadlığı uğrunda  mitinq beynəlxalq imperializmin yerli əlaltılarının növbəti şousudur. Mitinqə gedənlər Qərbin oyunçularıdır.
Qarabağın taleyi Məhsul stadionunda həll oluna bilməz. Bu məğlubiyyətin çözümü biranlamlı olaraq savaş yoludur.
Ermənistan adlanan dövlət Rusiyanın yardımı ilə Azərbaycan torpaqlarını ələ keçirib - deyə bağıranlar beynəlxalq imperializmin çirkin siyasətinə dəstək vermiş olurlar.
Milli ədavəti qızışdırmaqla əbədi və əzəli torpaqlarımız olan Qarabağ Azərbaycanın sərvətlərini talamaq üçün beynəlxalq imperializmin çirkin planlarının tərkib hissəsidir.
Qarabağın bu günkü ağır vəziyyəti sosializmin məhvi və kapitalizmin bərqərar olmasına hesablanmış siyasi gedişin tələblərinə uyğundur, aparıcı kapitalist güclərin istəklərinə görədir.
BMT, Aİ, ATƏT Azərbaycan torpaqları üzərində alver edən beynəlxalq imperializmin siyasi birlikləridir.
Azərbaycan xüsusi mülkiyyət zəhəri ilə insanlara fəlakət gətirən imperialist dövlətləin təpkisi qarşısındadır. Qarabağ bu təpkinin kontrudur.
Liberallar mitinqdə yəqin ki, yenə də “Biz türkük”- deyə qışqıracaqlar. Çığır-bağır onlara qalacaq, çünki türk dövlətlərinin Dağlıq Qarabağla bağlı ağzı bir deyil!
Qarabağ problemi regionda kapializmin tam qələbəsinə xidmət edən rüsvayçı məğlubiyyətimizdir.
Qarabağ basılmasına Azərbaycan-Rusiya davası donu geydirmək hiyləgər Qərbin alçaq fəndgirliyidir və ustalıqla xalqımızı əzirlər. 
Qarabağ “milli problem” yox, “beynəlxalq problem” statusundadır.
Biz kommunistlər fikrən və qəlbən sosializm ideallarına – istismardan və zülmdən azadlığa, əmək adamlarının tam hakimiyyətinə, sosialist demokratiyasının inkişafına, mədəniyyətin tərəqqisi və ən geniş xalq kütlələrinin rifahının yüksəlməsinə, bütün xalqların və millətlərin bərabərliyi və qardaşlığına yaxınıq.
Azərbaycan kommunistləri sentyabrın 29 keçirilməsi nəzərdə tutulan Qarabağın azadlığı uğrunda  mitinq - şouda liberalların ənənəvi siyasi çərənçiliyini rədd edirlər.


Отправить комментарий

0 Комментарии