Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1927-ci il mart ayının 15-də Bakı Uşaq Teatrı pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranmışdır.
1928-ci il sentyabrın 20-də Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başladı.
1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən «Azərbaycan Dovlət Gənc Tamaşaçılar Teatrı» adlandırıldı və ona Maksim Qorkinin adı verildi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səmərəli fəaliyyətinə görə 1979-cu ildə yüksək mükafata - SSRİ-nin «Şərəf nişanı" Ordeninə, 1978-ci ildə Respublika Lenin Komsomolu Mükafatı Laureatı adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi dekabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyini təntənəli şəkildə qeyd edib.
Yubiley gecəsində dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Yeri gəlmişkən bu il Mingəçevir və Sumqayıt Dövlət Dram teatrlarının 50 illik yubileyləri də yüksək səviyyədə qeyd edilib. Hər iki teatr Azərbaycan sovet mədəniyyətinin yetirməsidir.
Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti

0 Комментарии