Recents in Beach

AZƏRBAYCAN – YUNANSTAN KOMMUNİST PARTİYALARIN ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏNİR

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos ilə görüşmüşdür.
Hər iki tərəfin nümayəndələri  ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin bundan sonra daha da gücləndirilməsi arzusunu ifadə etmişlər.
Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayev bildirmişdir ki, Yunanıstan ilə qardaşlıq münasibətləri həm Azərbaycan, həm də Yunanstan kommunistləri üçün prinsip və əqidə məsələsidir. Azərbaycan Kommunist Partiyası dostluğumuzun daim möhkəmlənib dərinləşməsi naminə öz qüvvəsini əsirgəməyəcəkdir.
Yunanıstanın Azərbaycandakı səfiri  Nikolaos Kanellos isə qeyd etmişdir ki, dostluq və qarşılıqlı yardım xalqlarımız üçün birlikdə və onların hər biri üçün ayrılıqda bir növ yeni qüvvət mənbəyi açır. Biz bu mənbədən nə qədər çox faydalansaq, bir o qədər çox zənginləşərik.

"Kommunist" internet qəzeti



Отправить комментарий

0 Комментарии