Recents in Beach

Azərbaycan Kommunist Partiyası və Azərbaycan Kommunistlər Birliyinin bəyanatı

                                                   

Biz, Azərbaycanın Kommunist Partiyasının və Azərbaycan Kommunistlər Birliyinin həmrəylik qrupları, sosial hərəkatları, fəalları və vətəndaşları keçən cümə günü 7 mart tarixində Venesuela Bolivar Respublikasının elektrik sisteminə qarşı törədilmiş kriminal sabotaj və buna görə də respublika ərazisinin 80% -nə xidmətin göstərilməsində yaranan problem nəticəsində əziyyət çəkən Venesuela xalqına dəyən ciddi ziyan barəsində dünyaya bəyan edirik. Söhbət yüksək texnologiyalar vasitəsi ilə elektrik enerjisinin verilməsinə zərər vurmaq məqsədini daşıyan kiber hücumdan gedir.

Sosial şəbəkələrdən göründüyü kimi, Amerika Birləşmiş Ştatlarının yüksək vəzifəli şəxsləri onların arasında Dövlət katibi Mike Pompeo və senator Marko Rubio, dinc Venesuela vətəndaşlarını 36 saatdan çox elektrik enerjisiz qoyaraq, onlara qarşı törədilmiş bu terrorist mənşəli hərəkatı faktiki olaraq bəyan ediblər.

Dinc əhaliyə zərər gətirərək, Prezident Nikolas Maduro Morosun qanuni hökumətini devirmək məqsədi ilə Donald Tramp hökuməti və onun Venesuelada olan marionet siyasətçiləri tərəfindən planlaşdırılmış hərəkətlərdən biri olan Venesuela xalqına qarşı bu aqressiya barəsində bəyan edirik.

Bütün ölkədə qısa zamanda xidməti qismən bərpa edən və hal-hazırda bütövlüklə bərpa olunması üzərində fasiləsiz çalışan Venesuela elektrik şirkətinin işçilərinin effektiv işini vurğulamaq istərdik.

Ölkədə sülh şəraitinə qarşı törədilmiş yeni kriminal hadisə zamanı özlərini təmkinli apardıqları üçün Venesuela xalqına Azərbaycan Kommunist Partiyası və Azərbaycan Kommunistlər Birliyi adından təşəkkürümüzü bildiririk. Həmçinin, dinc əhalinin, xəstəxanaların və digər sağlamlıq mərkəzlərinin müdafiəsi üçün həyata keçirilən tədbirlərə görə Bolivar Hökumətinə və Prezident Nikolas Maduroya dəstəyimizi və minnətdarlığımızı bildiririk.

Bir daha cəsur Venesuela xalqına həmrəyliyimizi bildiririk. Terrorizm baş tutmayacaq. Venesuelada demokratiya və sülh qalib gələcək!

Azərbaycan Kommunist Partiyası 
Azərbaycan Kommunistlər Birliyi

Bakı, 10 mart 2019-cu il.

Отправить комментарий

0 Комментарии