“İnsanın öz davranışına yüksək tələbkarlıq göstərməsi, öz-özünü tərbiyə etməsi, özündə kommunist baxışları yaratmağı bacarması yeni əxlaqın formalaşmasının olduqca mühim bir cəhətidir.
V.İ.Lenin
İmperializmin bərabərliyi bərli-bəzəkli bəhrəsiz vədlərdən,
fəlakətlərdən, zəhmətkeş sinifin maddi və mənəvi ehtiyaclarına rişxənd və təhqirlə
baxmaqdan başqa bir şey deyildir.
Yoldaşlar, az-çox ardıcıl olan hər bir dünya görüşün
bir başlanğıcı, bir kökü vardır. Kommunistlərin ümumi ideologiyası hər bir
insanın özünü bir insan kimi dərk etdiyi zamandan bəri düşündüyü və yaxud da
arzuladığı insanın insan tərəfindən istismarı olmadığı qruluşun ümumi
ideologiyasını özündə birləşdirən marksizm-leninizm ideologiyasıdır.
İmperializm onun ümumi düşməni, sosializm və kommunizm isə ümumi məqsədidir. Dünya
kommunist hərəkatının sıx birliyi uğrunda mübarizənin müqəddəm şərtləri
bunlardır. Hal-hazırda bütün dünya kapitalizmi ümumi böhran keçirir. Bu
imperializm mərhələsində kapitalist istehsal üsulunun daxili ziddiyyətlərinin
genişlənməsinin qanuna uyğun nəticəsidir. Götürək hal-hazırda başda Amerika
olmaqla, bir sıra kapitalist dövlətlərinin burjuaziyasını. Onlar az xalqlı, yaxud da maddən müəyyən daxili sərvətlərinə görə ümumdünya
ehtiyaclarının bəzi vacib ehtiyatlarının mənbəyi olan məzlum xalqların həm
daxili sərvətlərində həm də məsuldar qüvvərində axtaraq öz daxili ziddiyyətlərini
boğmağa çalışırlar. Bunun da müqabilində daxili və xarici ziddiyətlər birləşərək
böhran yaradır. Böhran hər hansı bir ölkənin burjua cəmiyyətinin hər hansı bir
sahəsini deyil, bütünlüklə bu cəmiyyəti sarsıtmışdır. Kapitalizmin ümumi
böhranı onu dünya miqyasında süqutu dövrünün, onun inqilabi surətdə sosializmlə əvəz
olunması dövrünün başlanması deməkdir. Kapitalizmin ümumi böhranı öz
inkişafında bir sıra mərhələdən keçmişdir.
Birinci mərhələnin başlanğıcını birinci dünya müharibəsi və Böyük Oktyabr sosialist inqilabı qoydu. Oktyabr inqilabı nəticəsində Sovet Sosialist dövləti yarandı və kapitalizm bütün dünyanı bürüyən yeganə sistem olmaqdan qaldı.

Ümumi
böhranın ikinci mərhələsinin başlanmasını ikinci dünya müharibəsi ilə, Avropa və
Asiyanın bir sıra ölkəsində sosialist inqilablarının qələbəsilə əlaqədardır. Beynəlxalq
imperializmin zərbə qüvvəsi olan alman faşizmi və yapon millitarizm darmadağın
edildi. Nəticədə dünya sosializm sistemi yaranmağa başladı. Dünya miqyasında
sosializm və demokratiyanın mövqeləri möhkəmləndi.
Ötən əsrin 50-ci
illərin axırında kapitalizmin ümumi böhranının 3-cü mərhələsi başlandı. Bu mərhələnin
xüsusiyyəti bundan ibarətdir ki, o, dünya müharibəsi ilə əlaqədar deyil, iki
sistemin dinc yanaşı və mübarizəsi şəraitində meydana gəlmişdir. Kapitalizmin
ümumi böhranının 3-cü mərhələsinin başlanmasını dünya inkişafındakı hansı dəyişikliklər
müəyyən etmişdir?
Birincisi,
bir qrup ölkədə sosalizmin təntənəsi, bütün dünya sosializmi uyğrunda mübarizə
edən qüvvələrin olduqca artmasıdır. Kapitalizmin hökmranlıq dairəsi daha da
kiçildi, onun təsiri azaldı. Eyni zamanda dünya hadisələrinin gedişində sosializmin
təsiri artdı.
İkincisi,
milli azadlıq inqilabları nəticəsində imperializmin müstəmləkə sisteminin
dağılması və əvvəllər zülm edilən bir çox ölkələrin müstəqil inkişaf yoluna çıxmalarıdır.
Üçüncüsü,
imperializmin bütün ziddiyətlərini ilk növbədə isə məhsuldar qüvvələrlə istehsal
münasibətləri arasındakı ziddiyətlərin kəskinləşməsidir. Bu isə kapitalizm
dünyasının daxili çətinliklərini dərinləşdirmiş və zəhmətkeşlərin inqilabi
mübarizəsinin daha da yüksəlməsinə səbəb olmuşdur.
Yoldaşlar,
mən bütün bu proseslərin elmi əsasının düzgün həllini sizə çatdırmaq üçün
elmi-kommunizm nəzəriyyəsinə istinad edirəm. Biz hal-hazırda
dünya imperializmin zəhmətkeş sinifə qarşı apardığı iyrənc siyasətin iç üzünü
elmi-kommunizm nəzriyyəsinə düzgün formada yiyələnməklə aça bilərik. Bunun da
müqabilində kapitalizmin ağır-acınacaqlı zülmü altında inləyən bəşəriyyətin sosializmə
gedən yolunu daha da sürətləndirmiş olarıq. Ikinci dünya müharibəsindən sonra
sosializm sisteminin genişlənməsini görən dünya burjuaziyası öz hökmranlığının
vaxtını uzatmaq üçün yeni-yeni planlar qurur. Yəni, birinci növbədə həmişə
olduğu kimi, dini, dili, irqi ayrı-seçkilik və bunun da müasir formalarından başlıcası
olan hər hansı dinin daxilində təriqətlərin artırılması müqabilində nəinki
başqa-başqa dinlərə sahib olan xalqlar arasında düşmənçilik toxumlarının əkilməsi,
hətta eyni dilə və dinə məxsus olan bir xalqın daxilində düşmənçilik
toxumlarının səpilməsinə çalışır ki, bununla
da zəhmətkeş sinifin istismara qarşı birgə mübarizəsini zəiflətməyə çalışırlar.
Bir sözlə, imperializm öz iyrənc niyyət və məqsədini qoruyub saxlamaq üçün
yeni-yeni planlar qurur. Zəhmətkeş sinifin inqilabi mübarizəsi nəticəsində kapitalizm
quruluşunu məhvə aparan tarixi prosesin pozulmaz qanunları qarşısında qorxu imperializm
ideoloqlarının böhtan və saxtakarlıqla dolu olan bütün iliyinə qədər işləmişdir.
Ancaq, ey mənim zəhmətkeş qardaşlarım, siz bircə şeyi yaddan çıxarmayın ki, sosalizmin az-çox bəhrəsini görmüş “Sovet xalqı bu bərli-bəzəkli, əslində ən iyrənc əməllərlə dolu olan kapitalizmin ən yüksək mərhələsi olan imperializmi qabığına nəinki sığmayacaq, hətta onu darmadağın edərək dünya sosializm sistemi yaradacaq. Bununla da bütün zülmlərə, istismara, müharibələrə son qoyacaq. Sosializmi, kommunizmi yaşamaq btün xalqların haqqıdır. Yer kürəsi hər birimizin vətənidir. Şərqindən, qərbindən, cənubundan, şimalından asılı olmayaraq. Hal-hazırda dünyanın bir çox ölkələri ilə yanaşı Azərbaycanda da bir çox opportunist, reformist dünya görüşünə sahib olanlar burjuaziyanın köməyi sayəsində özlərini kommunist hərəkatının liderləri adlandıraraq kommunist düşüncəli insanların, kommunist ideologiyasının ətrafında birləşməyə əngəl törədirlər. Mən isə üzümü bu üzdən iraq liderlərə tutaraq deyirəm ki, əgər siz doğurdan da kommunist ideologiyasının kommunizm quruculuğu uğrunda mübarizə aparırsınızsa marksizmi-leninizmi ideologiyasını təbliğ edərək zəhmətkeş sinifə öz haqlarını əldə etmək yolunu burjua ideoloqları kimi yox, marksistcəsinə göstərin. Bircə şeyi yaddan çıxarmayın ki, kommunist əqidəsi, kommunist ideologiyası kor-koranə etiqad deyildir. Bu əqidə, bu nəzriyyə marksizm-leninizmi bütün bəşər fəlsəfəsinin ən yüksək nailiyyətlərini özündə birləşdirərək, ictimai inkişaf qanunları haqqında verdiyi biliyə əsaslanır.
Mən də sizə birinci növbədə köhnə burjua əxlaqından uzaqlaşmağınızı tövsiyyə edirəm. İkinci növbədə, cəmiyyətin, bəşəriyyətin parlaq gələcəyində sizin əbədi diletant siyasi portretinizin cizgilərini görürüəm.

Vüsal Həsənoğlu

0 Комментарии