Azərbaycan
kommunistləri Azərbaycan
Kommunist Partiyası ilə birlikdə Böyük Vətən müharibəsində faşizm üzərində
Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Sovet İttifaqı Qəhrəmanı,
Azərbaycan xalqının igid oğlu, misilsiz qəhrəmanlıqlar əfsanəvi partizan Mehdi
Hüseynzadənin abidəsi önündə təntənəli mərasim keçirdiblər.
Mərasimdə respublikanın digər ictimai-siyasi təşkilatların – AMAC hərəkatı və “Vətən naminə xalq hərəkatı” İctimai Birliyin nümayəndələri də iştirak edirdi.
Tədbir
Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlayıb.Mərasimdə respublikanın digər ictimai-siyasi təşkilatların – AMAC hərəkatı və “Vətən naminə xalq hərəkatı” İctimai Birliyin nümayəndələri də iştirak edirdi.
Azərbaycan
Kommunistlər Birliyinin sədri Ədalət Abdinov mərasimdə xalqımızın Böyük Vətən
müharibəsindəki misilsiz qələbəsi ilə bağlı nitq söylədi. O dedi: - Azərbaycan
xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya
müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə çox böyük payı olan Azərbaycan
xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu
döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123
nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və
zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları
Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan
dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol
oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç
hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi
Azərbaycanın payına düşürdü.
Azərbaycanın
əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna,
Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. - Ədalət Abdinov vurğuladı
- Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli
diviziyalar Simferepolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın
azadlığı uğrunda döyüşlərdə fəal iştirak ediblər. İkinci Dünya müharibəsində
şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri
yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir.
Azərbaycanın tanınmış
ictima xadimi, sabiq millət vəkili Hacı Əbdül cıxışında qeyd etdi ki, Böyük
Vətən müharibəsindəki tarixi qələbəmiz keçmişimizin, eləcə də bu günümüzün
parlaq səhifəsidir. Son vaxtlar respublikamızda Böyük Vətən müharibəsində həlak
olanların xatirəsinə ucaldılmış abidələrin dağıdılması – Masallı rayonunun
Qızılavar kəndində məhz belə olmuşdur – faktı məni çox narahat edir. Hər
birimiz belə vandalizmə qarşı qətiyyətlə mübarizə aparmalayıq.
AMAC hərəkatının lideri,
filologiya elmləri doktoru Tahir Cəfərli, fəlsəfə elmləri doktoru, professor
Əsədulla Qurbanov və AKP-nin üzvü Əlləz Həsənov bildirdilər ki, müasir gənclik xalqımızın
qəhrəmanlıq tarixini mükəmməl öyrənməlidir. Tariximizin qəhrəmanlıq səhifələri
isə çox zəngindir. Böyük Vətən müharibəsindəki şücaətlərimiz isə buna parlaq
misaldır.
Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti

0 Комментарии