Recents in Beach


 Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı səfirliyin
                                                   
                                                   Bəyanatı

Azərbaycan Respublikasında akkreditə olunmuş Venesuela Bolivar Respublikasının səfirliyi  Bakı şəhərində olan bütün diplomatik missiyalara və beynəlxalq təşkilatlara məlumat verir ki, bu gün Venesuelada demokratik institusional quruluşa qarşı və Prezident Nikolas Maduro Morosun qanuni və konstitusional hökumətini devrmək məqsədi ilə dövlət çevrilişi fəallaşdı.
Dövlət çevrilişini etmək istəyənlərə  Amerika Birləşmiş Ştatları imperiyasının marioneti Xuan Quaidio və Venesuelada radikal sağçıların   lideri Leopoldo Lopes başçılıq edirlər. Bu cinayətkar şəxslər azsaylı silahlı hərbçilərlə birlikdə Venesuela Bolivar Respublikasında terror törətmək niyyətindədirlər.
Azərbaycan Respublikasında akkreditə olunmuş Venesuela Bolivar Respublikasının səfirliyi məlumat verir ki, hal-hazırda Venesuela Bolivar Silahlı Qüvvələri Venesuela xalqının dəstəyi ilə Karakas şəhərində Altamira yolpaylayıcısında olan konstitusiyamıza və respublikanın sülhünə qarşı dövlət çevrilişini törətmək istəyən az sayda xəyanətkar hərbçilərlə qarşı-qarşıya gələrək onları zərərsizləşdirməkdədir.
Venesuela Bolivar Respublikasının Müdafiə üzrə Xalq Hakimiyyəti Naziri Vladimir Padrino Lopes məlumat verib ki, Bolivar Milli Silahlı Qüvvələri Milli Konstitusiyanı və qanuni   hökuməti qorumağı davam etməkdə  qərarlıdır. Səkkiz regionda yerləşdirilmiş bütün hərbi bölmələr qanuni komandanlarının rəhbərliyi altında kazarmalarda və hərbi bazalarda vəziyyətin normal olduğunu məruzə edirlər.
Azərbaycan Respublikasında akkreditə olunmuş Venesuela Bolivar Respublikasının səfirliyi Bolivar Hökuməti adından beynəlxalq ictimaiyyətdən xahiş edir ki, bu zorakı, rəzil, terrorist və anti-demokratik  hərəkəti pisləyərək  suverenliyi, demokratiyanı və Prezident Nikolas Maduro Morosun konstitusional hökumətini dəstəkləsin.
                                                                                             Bakı, 30 aprel 2019-cu il

Отправить комментарий

0 Комментарии