Recents in Beach

Azərbaycan kommunistləri ilə Rusiya kommunistləri arasında əlaqələr inkişaf edir


İyunun 22-də Azərbaycan Kommunistlər Birliyinin Rusiya Federasiyasındakı nümayəndəsi Vüsal Vəliyev Rusiya Kommunistləri Kommunist Partiyası Tver Vilayət Komitəsinin birinci katibi, Rusiya Kommunistləri Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi İlya Kleymenovla görüşmüşdür.             
Azərbaycan kommunistini qədim rus şəhərində salamlayan  Tver kommunistlərin lideri İlya Kleymenov söhbət zamanı bildirmişdir ki, Rusiya Kommunistləri Kommunist Partiyasının  cəmiyyətdə rolu və əhəmiyyəti getdikcə artır. Bu heç də rus burjua təbliğatının iddia etdiyi kimi, kommunistlərin özlərinin subyektiv arzusu ilə deyil, cəmiyyət inkişafının obyektiv tələbatı nəticəsində baş verir. Sosializmi bərpa etmək   naminə vəzifələr nə qədər mürəkkəbləşirsə, mütəşəkkillik prinsipi cəmiyyətin həyatında bir o qədər böyük əhəmiyyət kəsb edir. Bu prinsipin canlı mücəssəməsi Rusiya Kommunistləri Kommunist Partiyasıdır.             
Azərbaycan Kommunistlər Birliyinin Rusiya Federasiyasındakı nümayəndəsi Vüsal Vəliyev tverli kommunistlərə AKB-nin sədri Ədalət Abdinovun salamını çatdırmış və qeyd etmişdir ki, ölkəsində də kommunist hərəkatının problemləri az deyildir. Azərbaycan Kommunist Partiyası dörd qrupa bölünmüş, hər qrupun rəhbəri də özünü orda-burda partiya lideri kimi təqdim edir. Əslində isə Azərbaycan Kommunist Partiyasının birliyi yoxdur, pozulmuşdur. Buna baxmayaraq sıravi kommunistlər mübarizəni davam etdirir, xüsusilə  Azərbaycan Kommunistlər Birliyi bu istiqamətdə mühüm işlər görür.                                     
Görüş iştirakçıları qeyd ediblər ki,  tərəflər arasında əməkdaşlıq haqqında Memorandumun imzalansa bu  münasibətlərin inkişafında mühüm rol oynaya bilər.                                           
Görüşdə Rusiya kommunistləri ilə Azərbaycan kommunistləri arasında əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub.

Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti









Отправить комментарий

0 Комментарии