"Tarixi bilənlər və tarixi sənədlərlə tanış olanlar bilirlər ki, o vaxt Nərimanov Qarabağa görə necə mübarizə aparıb... Tarixçilərə o da məlumdur ki, Moskvada, Tiflisdə, Zaqafqaziya Federasiyasında Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırılanda Nəriman Nərimanov ciddi bəyanatla çıxış edərək bildirib ki, belə olan təqdirdə biz Rusiyaya neft tədarükünü dayandıracağıq."
Heydər Əliyev
9 fevral, 1999-cu il.
Bunu sıradan bir tarixçi deməyib. Ya da ömründə 3-5 səhifə əlinə özlərinə sərf edən arxiv sənədləri almış biriləri də deməyib. Birbaşa Azərbaycanın tarixi arxivi əlində olan, ən üst xüsusi xidmət orqanlarından siyasi hökumət rəhbərliyinə qədər səlahiyyətləri olmuş Heydər Əliyev deyib.
Nərimanov haqqında həmin dövrdəki bir çox tarixi məğzi bilirəm, ancaq bu Rusiyaya neft göndərməmək şərti və iradəsi mənə ayrıca maraqlıdır.
Yəni, Azərbaycan necə tam asılı olub və ya müstəqil
olmayıb ki, ayrıca Lenin və Stalin necə əzazil diktator olub ki, Nərimanov
birbaşa Moskvaya nota verərək Bakı neftini göndərməyəcəyi şərtini irəli sürüb?
Azərbaycan dövlətçiliyində hakimiyyətlər dəyişmişdir,
ancaq dövlətimiz 103 ildir ki mövcuddur.
M.Rəsulzadə, N.Nərimanov, M.Bağırov və H.Əliyev 20-ci
əsr Azərbaycan dövlətçiliyinin nəhəngləridir.
Kiçik dövlətik, ancaq böyük şəxslər yaradan
məmləkətik.
Modern Azərbaycan dövlətinin 103 ildir ki mövcud
olduğunu hər zaman dərk etmək lazımdır.


0 Комментарии