Recents in Beach

Rusiya: mərkəz-sola dönüş zəruriyyəti

Ədalət Abdinov,

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi

Bu günlərdə Rusiya liderlərindən biri ukraynalıları qardaş xalq adlandıra bilməyəcəyini söylədi. Əlbəttə, bu tam cəfəngiyatdır! Ukraynanın özü ABŞ tərəfindən əsir götürülüb. Lakin bu da həqiqətdir ki, nasizm və faşizmlə mübarizə son dərəcə çətin bir işdir. Sovet ölkəsi on il ərzində keçmiş faşist Reyxinin işğal etdiyi ərazilərdə denasifikasiya həyata keçirdi. Sovet İttifaqı Kommunist Partiyası Almaniya Demokratik Respublikasında, Finlandiyada nasizmə qarşı mübarizədə unikal təcrübə nümayiş etdirdi. Yeri gəlmişkən, Finlandiyanın iki rəsmi dili var - İsveç və Fin. Baxmayaraq ki, burada isveçlilər cəmi 3 faizdir. Ukraynada çoxluq təşkil edən ruslar birdən “yerli olmayan” xalq oldular və öz dillərində danışmaq qadağasına məruz qaldılar. Bu, Donbasda başlayan münaqişənin tətikçisi oldu. 

Rusiyanın hərbi-siyasi əməliyyatları artıq ibrətamiz və təəccüblü, eyni zamanda, möhtəşəm nəticələr verib. Bandera və nasizmin mahiyyəti hər kəsə yenidən aydın oldu. Lvovdan tutmuş Alma-Ataya qədər amerikalıların Rusiyanın sərhədlərinin bütün perimetri boyu tikdirdiyi o bioloji laboratoriyalarla bağlı parlament araşdırılmasına başlanmalıdır. Rusiya bu sualı BMT Təhlükəsizlik Şurası qarşısında açıq şəkildə qoymalıdır. Rusiya bunun təkcə Ukrayna və öz ölkəsi üçün deyil, bütün Avropa, bütün bəşəriyyət üçün real təhlükə olduğunu göstərməyə və sübut etməyə qadirdir.

Artıq hər kəsə məlumdur ki, sivilizasiyalararası müharibə gedir. Rusiyada olduğu kimi elə Azərbaycanın özündə də bir çox məktəbli və tələbələrimiz xarici proqramlar və Soros dərslikləri ilə təhsil alırlar. Bu məsələyə yenidən baxılmalıdır. Çünki insanları səfərbər etmək, onların hərbi-siyasi və vətənpərvərlik tərbiyəsi zərurəti ilə bağlı vəzifələrin həllini gecikdirmək olmaz.

Bir daha təkrar edirəm: bu gün sivilizasiyalar müharibəsi gedir. Qərb 500 il ərzində başqa ölkələri qarət edib, onların hesabına qazanc əldə edib. Və bu gün o, təkcə Ukraynanı deyil, Rusiyanı da soymaq qərarına gəlib. Ona görə də nəinki Rusiya, postsovet respublikaların hamısı ona kollektiv cavab verməlidir.

Son hadisələr Avropanın tam acizliyini göstərdi. Avropa Şurası Çeçenistan, Belarusiya, Baltikyanı ölkələr, Serbiya, Yaxın Şərq üçün Rusiyanın qarşısına əsassız tələblər irəli sürməkdən yorulmurdular. Ancaq bu platformada bir dənə də olsun substantiv məsələyə düzgün baxılmadı.

Amma bu gün Avropaya bunu deməkdə haqlıyıq ki, o, amerikalıların ayağının altındadır, baxmayaraq ki, o, belə bir taleyə layiq deyil. Avropa sivilizasiyası bütün dünyaya, xüsusən də intibah dövründə çox şey verdi.

***

Ukraynadakı bioloji laboratoriyalar çox təhlükəli məsələdir. Bunlar təkcə elmi laboratoriyalar deyil. Onlar hər cür dəhşətli cüzam və infeksiya yetişdirirlər ki, bu da istənilən xalq və istənilən ölkə üçün ölümcül zərbədir. 

Amerikalılar Rusiyanı hər tərəfdən 700 hərbi baza ilə mühasirəyə alıblar. Rusiyanın bütün cənub sərhədi boyunca bir sıra bioloji laboratoriyalar qurublar ki, orada hazırlanan təhlükəli bakteriya və viruslar bütün canlı orqanizmlərə təsir edə bilir. 

Xatırladaq ki, yaponlar İkinci Dünya Müharibəsi illərində 731 saylı dəstəni yaratmış, bu komanda bioloji silahların insanlar üzərində sınaqlarını həyata keçirmişdir. Müharibədən sonra amerikalılar tam gücü ilə bu dəstəni ABŞ-a təxliyə etdilər. Yeri gəlmişkən, Amerikadakı bu laboratoriya eyni adla qorunub saxlanılıb. Onu da xatırladım ki, amerikalılar sonralar Koreya və Vyetnam müharibələri zamanı zəhərli maddələrdən istifadə ediblər.

Bu gün amerikalılar ictimai rəyi çaşdırmağa və onu rusofobiyaya yönəltməyə çalışırlar. Amma bacarmırlar və bacarmayacaqlar da!

Rusiyadan başqa banklara köçürülmüş 300 milyard dolların hara və hansı səbəbdən yoxa çıxdığını araşdırmaq son dərəcə vacibdir. Son iki ildə hasil edilən 600 ton qızılı Rusiyadan çıxarmağa kim icazə verib? Bəs, qızıl-valyuta gəlirlərinin xarici banklarda saxlanması qərarını kim verib?

Amerika Rusiyanı 1933-cü ildə tanıdı. 1929-cu ildə isə kommunistlərin qorxusundan depressiyaya düşmüşdülər. Rusiya səfiri Forda gələndə ona deyiblər ki, Rusiya ilə ABŞ arasında diplomatik münasibətlər yoxdur. Rus diplomatları sovet qızılına Amerika avadanlığı almağı təklif edəndə kapitalistlər dərhal razılaşıblar. Bu şeytanların canı, qanı kapitaldadır!

Əminliklə deyə bilərəm ki, bu gün xarici kapital Rusiyaya qarşı sanksiyalarda maraqlı deyil. Amerika və Avropada elektrik enerjisi və yanacağa görə artan qiymətlər onların iqtisadiyyatlarına ciddi təsir edir.

Hindistan əla dərmanlar istehsal edir, bu ölkə Rusiya bazarını iki-üç həftəyə doldura bilər. Çinlilər rusların elektronika sifarişlərini bir neçə günə yerinə yetirəcəklər.

Rusiyada mərkəz-sola dönüş olmasa, dostluq, ədalət və sosializm olmasa, kapitalistlər tərəfindən hiyləgərliklə itələndikləri çuxurdan çıxmayacaqlar.

***

Rusiya Federasiyası Müdafiə Nazirliyi “Arxivlər hər şeyi xatırlayır... Ukrayna millətçilərinin cinayətləri unudulmaz” tarixi layihəsi çərçivəsində Ukrayna millətçilərinin Böyük Vətən Müharibəsi illərində qanlı kütləvi cinayətləri və vəhşilikləri barədə arxiv sənədlərini dərc edib.

Almaniya hərbi və mülki orqanları ilə əlaqələrini Ukrayna əhalisindən gizlədən Bandera əslində almanların diktəsi ilə hərəkət edir, onlardan silah, uniforma və digər hərbi əmlak alırdı – sənədlərdə yazılır.

Müharibə dövründə SSRİ rəhbərliyi və sovet ordu komandanlığı nasist işğalçılarının cinayətlərinin araşdırılması zamanı ukrofaşistlər tərəfindən dinc əhalinin soyqırımı ilə bağlı çoxsaylı faktlar üzə çıxarıb. Onlar ruslara qarşı xüsusi aqressiya nümayiş etdiriblər.

Qırmızı Ordunun Baş Siyasi İdarə rəisinin Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinə verdiyi 13 noyabr 1945-ci il tarixli siyasi məruzəsində deyilir ki, Kurinov kəndində nasist banderaçılar keşişin oğlunu “rus olduğuna görə” asıblar.

Məxfilikdən çıxarılmış arxiv sənədləri göstərir ki, 1942-ci ildə SSRİ Xalq Müdafiə Komissarlığına məlum idi ki, alman hərbi idarəsi Ukrayna Sovet Sosialist Respublikasının işğal olunmuş ərazilərində “Ukrayna ordusu” yaradıb.

Ukrayna millətçilərinin Ternopolskiy vilayətinin, Strusovski rayonunun Nova – Brikulya kəndininin yüzdən çox dinc sakininin güllələnməsinə faktlar şahidlik edir. Səhər saat 7-də banderaçılar kəndi mühasirəyə almış və işçi qüvvəsi yığmaq adı ilə 150 nəfəri bir yerə toplayıblar. Ukronasistlər günahsız insanları “kəndin bir kilometr cənubuna” aparıblar. Həmin gün sağ qalan digər sakinlər həmkəndlilərini axtarmağa başlayıb və kənddən bir kilometr aralıda onların edam edildiyi yeri aşkar ediblər.

Kosuv kəndində isə ukraynalı barbarlar günahsız insanları xüsusi qəddarlıqla qətlə yetiriliblər: “Meyitlərin müayinəsi göstərdi ki, vətəndaşlar... işgəncələrdən sonra ağır əşyalarla döyülüb öldürülüb – arxiv sənədlərində bildirilir.

Ukrayna millətçilərinin hərbi qulluqçulara, ərzaq maşınlarına davamlı basqını və təhsil müəssisələrinin yandırılması faktları qeydə alınıb. “Oktyabrın 11-də gecə vaxtı banderaçı quldurlar Kosovoski rayonunun ən yaxşı məktəbini yandırıblar”. 

İndi təbliğatçılar qışqırırlar ki, Ukraynada heç vaxt nasist olmayıb, amma siz tarixi yenidən yaza bilməzsiniz və arxivlər həqiqətən hər şeyi xatırlayır. Mövcud hadisələrin mənşəyi Böyük Vətən Müharibəsi illərindən götürülüb, hansı ki o zaman Ukrayna millətçilərinin dəstələri xüsusi qaniçənliklə günahsız mülki insanları məhv edirdilər – arxiv sənədləri bu vəhşiliyi təsdiqləyir.

Son bir neçə ildə biz Kiyevin mərkəzində Stepan Banderanı dəstəkləyən məşəl yürüşlərinin şahidi olmuşuq ki, Kiyev elitası bunu bəyənir. Aksiya iştirakçıları Ukrayna bayraqlarını dalğalandıraraq, əllərində nasistlərlə əməkdaşlıqda sovet qoşunlarına qarşı vuruşan əclaf Banderanın portretlərini tutublar. İnsanlar bu gün Ukraynada siyasət formalaşdıranların ideyalarını başa düşmək üçün həqiqəti bilməlidirlər.

***

Biz postsovet respublikaların birliyinə doğru gedirik. Rusiya və Belarus  tarixin sınağından uğurla çıxmış bu prosesdə nümunə göstərirlər. 28 ittifaq proqramının təsdiqindən çox əvvəl Belarus və Rusiya müəssisələri ümumi sənaye siyasətini kifayət qədər uğurla qururlar.

İttifaqda olan hər iki ölkənin bazarı bir-birinə açıqdır. Minsk Traktor Zavodu Rusiyanın aqrar bölməsini müvafiq texnika ilə təmin edir. Rusiya-Belorus birgə müəssisələrin sayı sürətlə artmaqdadır. Bunlardan biri də Rusiyanın Tatarstan Respublikasındakı Yelabuqa şəhərində açılmışdır ki, yeni birgə müəssisədə traktor istehsal ediləcəkdir. Belə əməkdaşlıq  Qərbin sanksiyalarını uğurla dəf etməyə imkan verir.

Minsk Avtomobil Zavodunun da  Rusiya bazarındakı işinin nəticələri  müvəffəqiyyətlidir.. 2021-ci ildə onun yük maşınlarının satışları 44,5% artaraq 5410 ədəd təşkil edib. Bu zavodun istesal etdiyi  avtobuslar  Rusiya şəhərlərinin bələdiyyələri tərəfindən keçirilən tenderlərdə bərabər şəkildə iştirak edir. Zavod  Sankt-Peterburqdan təbii qaz yanacağı ilə orta və iri sərnişin tutumlu 896 avtobusun tədarükü üçün irimiqyaslı sifarişlər alıb. Artıq 300-dən çox nəqliyyat vasitəsi göndərilib.  Minsk Avtomobil Zavodunun "Belkommunmaş" trolleybuslarına da Rusiyada  tələbat var.

İki qardaş ölkənin uğurlu sənaye əməkdaşlığına misal olaraq çoxmənzilli binaların əsaslı təmirində geniş istifadə olunan liftlər istehsal edən “MLM Nevski Lift” Rusiya – Belorus birgə müəssisəsini göstərmək olar. Yeddi il ərzində Belarus istehsalı olan 7,7 min lift  quraşdırılıb ki, bu da Rusiyanın digər bölgələrində də tələb olunur. Belə ki, Başqırdıstanın “Alqa” xüsusi iqtisadi zonasında lift istehsalının başlanılması  planlaşdırılır.

Yaxın və qarşılıqlı faydalı əməkdaşlıq 2024-cü ildə artıq qardaş dövlətlərin vahid iqtisadi məkanda yaşayacağına tam əminlik yaradır.

 

 



 

Отправить комментарий

0 Комментарии