Recents in Beach

Sumqayıt kommunistlərin sayı artır



Beynəlxalq kommunist hərəkatında çox ciddi fəallıq var. Azərbaycan Kommunist Partiyası da bu prosesdən kənarda qalmayıb. Sol qüvvələrin mötəbər araşdırma mərkəzlərinin tədqiqatlarında müasir Azərbaycan Kommunist Partiyası mübariz təşkilat kimi dəyərləndirilir. Bu barədə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin partiya fəallarının yığıncağında təşkilatın strateji hədəflərinin gerçəkləşməsi naminə fikirlər söylənildi.

Sumqayıt Şəhər Partiya Komitəsində innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik kommunistlərin sayı artmaqdadır. Bütün fərqli baxışları ilə onlar ilk növbədə xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərirlər. Müasir tendensiyalara və siyasi trendlərə cavab verən təşkilat kimi Sumqayıt Şəhər Partiya Komitəsi həm də milli hədəflərin reallaşdırmasına daim səy göstərirlər. Yeni siyasi konfiqurasiyanın formalaşması və siyasi dialoq prosesinin dərinləşməsi prosesində Sumqayıt kommunistlərinin rolunu xüsusilə qeyd etmək lazımdır.

Sumqayıt şəhər partiya təşkilatı ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməyə çalışır. Siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.

Toplantıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev, AKP MK katibləri Rəhim Həsənov, Ədalət Abdinov, AKP nəzarət-təftiş komissiyasının sədri Şıxbaba Rzayev, kommunistlərdən Taleh Məmmədov, Nəbi Zeynalov və Rasim Zülfiyev çıxış etmiş, qeyd olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi barədə təkliflərini vermişlər.

Azərbaycan KP MK-nın mətbuat xidməti

Отправить комментарий

0 Комментарии