Recents in Beach

Beynəlmiləlçilik


“Bütün ölkələrin proletarları, birləşin!” şüarı nə deməkdir? Əgər bunu açsaq, təxminən belə bir məna alarıq: Bütün ölkələrin proletarları eyni dərəcədə kasıb və alçaldılmış vəziyyətdə yaşadıqları, bütün ölkələrin proletar uşaqlarının gələcəyi eyni dərəcədə qaranlıq və utancverici olduğu üçün, proletarların normal, insanami yaşayış formalarına qovuşmaq uğrunda mübarizədə birləşməsi zəruridir.

Əgər bütün ölkələrin proletarları özləri və övladları üçün daha yaxşı gələcək uğrunda mübarizədə birləşməsələr, sahibkarlar onları tək-tək sıxışdırıb istismar etməyə davam edəcək, ayrı-ayrı etirazlar zamanı isə onları bir-bir əzəcəklər. Buna görə də, bütün ölkələrin proletarları, istismarçılarınıza qarşı qəti şəkildə qalib gəlmək üçün birləşin!

Marksizmin klassikləri kommunist inqilabının həyata keçirilməsi üçün optimal variant kimi eyni vaxtda baş verən dünya kommunist inqilabı modelini nəzərdən keçirirdilər. Məlum olduğu kimi, metodoloji baxımdan dialektik materialist optimal, yəni ən məhsuldar nəzəri variantı ilk növbədə ona görə araşdırır ki, sonradan inqilabın hələ də mümkün olduğu ən minimal ilkin şərtlər - yəni ən pis şərait - müəyyən edilsin.

Məlumdur ki, Rusiya proletariatı birinci rus inqilabında məğlub oldu, baxmayaraq ki, Lenin proletariatın qalib gəlməsi üçün əlindən gələni etmişdi. Buna baxmayaraq, rus proletariyatı uduzdu. Bu qərarsızlıq və uyğunsuzluğun “mükafatı” kimi, qalib gəlmiş rus demokratik burjuaziyası onu birinci dünya müharibəsi cəhənnəminə atdı - üç milyon ölən və on milyondan çox şikəst olmuş insan.

Dünya proletariatının dünya kommunist inqilabı uğrunda mübarizədəki qərarsızlığı ona ikinci dünya müharibəsinə başa gəldi, yəhudi xalqına isə kompensasiya olunması mümkün olmayan Holokosta (soyqırım) üz verdi. Amma bu gün də dünya kommunist inqilabı şüarının humanist mahiyyətini anlamayan insanlar tapılır.

Nə deyək, bəlkə də müasir demokratik burjuaziya və “vətənpərvər” ziyalılar tərəfindən sürətlə hazırlanmaqda olan üçüncü dünya müharibəsi sağ qalanların beynini açar.

Ədalət Abdinov


Отправить комментарий

0 Комментарии