Recents in Beach

Belovejsk sazişi – qanun, yoxsa siyasi oyun?


8 dekabr 1991-ci ildə imzalanmış və SSRİ-nin dağılmasına hesablanmış Belovejsk sazişinin ABŞ və Qərb dairələrinin gizli təlimatı ilə Mixali Qorbaçov tərəfindən hazırlanmış planın tərkib hissəsi olması fikri postsovet məkanında geniş yayılmışdır. Ciddi elmi-tarixi təhlil prizmasından qiymətləndirəndə SSRİ-nin rəhbəri kimi M.Qorbaçovun sovet xalqının iradəsinə zidd olan bütün yaramaz hərəkətləri bu fikri dəstəkləyən mötəbər sübutlardır.

SSRİ M.Qorbaçov tərəfindən yaradılmış daxili böhran nəticəsində dağıldı. O, islahatlar adı altında planlı iqtisadiyyata zərbə vurdu. Kommunist Partiyasının legitimliyini məhv etdi. Qeyd etdiyim kimi milli respublikalarda separatizm üçün şərait yaratdı. Amma bu prosesdə maraqlı olan ABŞ və Qərbdə iddia edirlər ki, SSRİ struktur olaraq zəif idi və dağılmağa meylli idi. Halbuki burada satqın Qorbaçovun timsalında liderlik faktorları həlledici oldu.
Artıq sübut olunub ki, SSRİ qəsdən dağıdılıb. Qərb xüsusi xidmət orqanları prosesə rəhbərlik edib. Mixail Qorbaçov və onun siladaşı Boris Yeltsin bilərəkdən İttifaqı məhv ediblər.
Hər iki satqının - Qorbaçov və Yeltsinin qərb liderləri ilə yaxın münasibətləri, Qərbin SSRİ-nin zəifləməsində maraqlı olması və Belovejsk sazişinin “gizli şəkildə” imzalanması da bunu təsdiq edir.
Belovejsk sazişi hüquqi baxımdan mübahisəlidir. Amma faktiki vəziyyəti rəsmiləşdirdi, ona görə də ABŞ və Qərbdə bu sazişi tarixi qaçılmazlıq ideyası ilə əsaslandırırlar.
Qərb (xüsusilə ABŞ) M.Qorbaçovu dəstəkləyirdi. İqtisadi və siyasi təzyiqi (silahlanma yarışı, sanksiyalar və s.) dolayısı ilə zəiflədirdi.
ABŞ rəhbərliyi SSRİ-nin dağılmasını təcili və nəzarətsiz şəkildə istəyirdi. ABŞ Prezidenti Corc Buş sözdə daha çox “stabil keçid” tərəfdarı idi, əməldə isə SSRİ-də baş verən bütün təxribatları dəstəkləyirdi.
Qərb isə idarə edən gizli ssenari rolu ilə SSRİ-yə təsir edirdi.
8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belorusiya dövlət başçıları (Boris Yeltsin, Leonid Kravçuk, Stanislav Şuşkeviç) tərəfindən "Belovejskaya Puşşa" adlanan yerdə, Viskuli bağ evində imzalanıb . Müqaviləyə əsasən Sovet İttifaqının buraxılması və yerində Müstəqil Dövlətlər Birliyinin yaradılması elan olunub. 25 dekabr 1991-ci ildə Mixail Qorbaçovun SSRİ prezidenti kimi istefaya gedərək hakimiyyəti Boris Yeltsinə təhvil verməsi ilə Sovet İttifaqının dağılması de-fakto qəbul edilib.
Düzdür, bu sənəd SSRİ-nin dağılmasının səbəbi deyil, daha çox nəticəsi idi. Satqın M.Qorbaçov hakimiyyəti SSRİ-də iqtisadi böhran yaratmış və ölkəni planlı iqtisadiyyatın iflasına gətirib çıxarmışdır.
M.Qorbaçov SSRİ-yə zərbə vurnaq üçün milli respublikalarda separatizm və suverenlik hərəkatları yaranması və genişlənməsi üçün şərait yaratmışdır. Onun islahatları (yenidənqurma, aşkarlıq) ölkədə nəzarətsizliyə səbəb olan əsas daxili faktorlar idi.
M.Qorbaçovun gizli planına əsasən 18–21 avqust 1991-ci ildə baş verən Avqust çevrilişi (GKÇP) mərkəzi hakimiyyəti zəiflətdi.
M.Qorbaçov hakimiyyəti elə şərait yaratdı ki, artıq 1991-ci ilin sonuna yaxın “ittifaq de-fakto dağıldı” və Belovejsk sazişi bu vəziyyəti hüquqi formada rəsmiləşdirdi.
Daxili sistem böhranının müəllifi Qorbaçov qəsdən SSRİ-ni dağıtmaq istəyirdi. O, bunu Qərbin maraqları ilə uzlaşdırmışdı.
Qorbaçov sovet xalqının diqqətini yayındırmaq üçün müxtəli oyunlar qururdu. O, SSRİ-ni qorumaq üçün Yeni İttifaq Müqaviləsi hazırlayırdı (ittifaqı federasiyadan konfederasiyaya çevirmək).
Qorbaçov artistlik edərək Belovejsk sazişini qanunsuz və təhlükəli adlandırmışdı. Hətta deyirdi ki, bu qərar bütün respublikaların iştirakı ilə verilməli idi.
Qorbaçovun əsas məqsədi SSRİ-ni transformasiya etmək idi fikri cəfəngiyyatdır. O, ABŞ və Qərbin sifarişi ilə SSRİ-ni dağıdırdı və bunun üçün bilərəkdən prosesə nəzarəti itirmişdi.
ABŞ və Qərbə SSRİ-nin zəngin təbii sərvətləri lazım idi və onlar satqın Qorbaçovun əli ilə buna nail oldular!
Haqlı sual ortaya çıxır: Qorbaçov niyə Belovejsk sazişini dayandırmadı? Ən çox istifadə olunan arqumentlərdən biri: “əgər qarşı deyildisə, niyə Yeltsini həbs etmədi?”
Qorbaçovun öz izahına görə, bu addım vətəndaş müharibəsinə səbəb ola bilərdi. Ona görə də o, qan tökülməsinin qarşısını almaq üçün istefa verdi.
Bu, Qorbaçov fırıldağının yaramaz, xoşagəlməz, pis bir səhifəsidir. Çirkin məqsədinə doğru onun növbəti ləyaqətsiz addımı idi!
Bu, siyasi seçimi onun “gizli planı” üçün sübutdur!
SSRİ-nin 1977-ci il Konstitusiyasına əsasən İttifaq suveren respublikaların birliyi idi. Respublikaların ittifaqdan çıxmaq hüququ vardı (maddə 72). Amma bu çıxışın konkret proseduru 1990-cı ildə ayrıca qanunla tənzimləndi. Bu qanuna görə referendum keçirilməli idi. Keçid dövrü nəzərdə tutulurdu. Digər respublikaların maraqları nəzərə alınmalı idi
Üç respublika bütün SSRİ-ni ləğv edə bilməzdi. SSRİ 15 respublikadan ibarət idi. Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç yalnız öz respublikalarını təmsil edirdilər. Yəni onlar bütün ittifaq adından qərar vermək səlahiyyətinə malik deyildilər
1991 mart referendumunda əhalinin əksəriyyəti SSRİ-nin saxlanmasına səs vermişdi. Bu baxımdan: Belovejsk sazişi xalqın iradəsinə zidd sayılır
SSRİ prezidenti M.Qorbaçov hələ vəzifədə idi. Onun razılığı olmadan ittifaqın ləğvi hüquqi baxımdan problemli idi.
Düzdür, Belovejsk sazişi “Faktiki legitim idi” arqumentləri söyləyənlər də var. Bu mövqeni daha çox müasir burjua ideoloji daşıyıcıları müdafiə edirlər. Onların əsas arqumentləri odur ki, SSRİ artıq de-fakto mövcud deyildi. Respublikalarda mərkəzi hakimiyyət işləmirdi. Bir çox respublika artıq müstəqilliyini elan etmişdi. Hüquqi struktur faktiki olaraq çökmüşdü
SSRİ-nin əsas sütunu Rusiya idi. Boris Yeltsin ittifaqdan çıxmaqla sistemi dağıtdı. Bu, “daxildən ləğv” effekti yaratdı.
Ukrayna referendumu həlledici oldu. 1 dekabr 1991-də Ukraynanın müstəqillik referendumunda böyük əksəriyyət “bəli” dedi. Ukraynasız SSRİ-nin qalması real deyildi.
Digər respublikalar da MDB-yə qoşuldu. SSRİ Ali Soveti faktiki olaraq fəaliyyətini dayandırdı. M.Qorbaçov 25 dekabrda istefa verdi Bu, sazişi de-fakto legitimləşdirdi.
Hüquqi baxımdan Belovejsk sazişi konstitusiyaya zidd idi. Siyasi baxımdan real vəziyyəti rəsmiləşdirən qərar olması da qəbuledilməzdir.
SSRİ hüquqi prosedura uyğun şəkildə deyil, M.Qorbaçov və B.Yeltsinin siyasi parçalanma, hüquqi mexanizmləri oldürmək yolu ilə dağıldı.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии