Recents in Beach

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu haqqında

MƏLUMAT


23 oktyabr 2022-ci il tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilmişdir.

Plenumun gündəliyinə aşağıdakı məsələlər daxil idi:

I. Azərbaycan Kommunist Partiyasının 41-ci qurultayının cağırılması barədə. Məruzəçi: Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayev.

II. Azərbaycan Kommunist Partiyasının şəhər və rayon komitələrində üzvlük haqqının toplanması vəziyyəti.

III. 41-ci qurultayın maliyyə fondunun təşkili.

IV. Cari məsələlər

Azərbaycan Kommunist Partiyasının 41-ci qurultayının cağırılması ilə əlaqədər AKP MK-nın birinci katibi Telman Nurullayev geniş məruzə ilə çıxış etdi.

Məruzə ətrafında müzakirələrdə kommunistlərdən Rəhim Həsənov, Şıxbaba Rzayev, Rasim Zülfiyev, Atakişi Rəhimov, Ədalət Abdinov, Əlirza Cəfərov və Nadir Seyfullayev çıxış etdilər.
Plenumda müzakirə olunan msələlər barədə qərar qəbul edildi.

* * *

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 23 0ktyabr 2022-ci il tarixli plenumunda Azərbaycan KP MK-nın birinci katibi T.Nurullayevin məruzəsi       


Hörmətli plenum iştirakçıları!

AKP MK plenumunun gündəliyində duran əsas məsələ AKP-nin növbəti qurultayının çağırılmasına həsr olunmuşdur. Bu günkü çıxışlar,müzakirələr məhz bu ətrafda olmalıdır. Yerli ilk partiya təşkilatları qurultaya necə hazırlaşmalarından, partiya təşkilatları hansı problemlərlə qarşılaşmalarından və əhali arasında apardıqları təbliğat və təşviqat işlərindən söhbət açaraq partiya sıralarının möhkələndirilməsi istiqamətində aparılan fəaliyyətlərindən danışmalıdırlar.

AKP-nin qurultay qabağı hesabat - seçki yığıncaqları bir daha sübut etdi ki, son illərin çox gərgin keçməsi ilk partiya təşkilatlarının işinə də mənfi təsirini göstərmişdir. Belə ki, ilk partiya təşkilatları geriliyə yol verərk partiya-təçkilatı və ideoloji işlərdə müıyyən problemlər yaranmışdır. Düzdür, AKP MK rəhbərliyi, demək olar ki, hesabat-seçki yığıncaqların hamısında iştirak etmiş və yaranmış problemlərin həlli yollarını, kommunistlərlə birlikdə araşdıraraq partiya təşkilatlarına konkret təkliflər vermişlər. Çox yəqin ki, bu plenumda çıxış edən yoldaşlarımız bu barədə də məlumat verəcəklər.

AKP MK rəhbərliyini narhat edən ən başlıca məsələ ilk partiya təşkilatlarının sayının artırılması ilə yanaşı onların mütəşəkkilliklərinin də marksizm-leninizm prinsiplərinə uyğun olmasıdır. Biz çox istərdik ki, qurultaya qədər bu məsələ ilə, əlaqəli yoldaşlar ciddi məşğul olsunlar. Məlum məsələdir ki, AKP-nin orta yaş həddi, müəyyən səbəblərdən, getdikcə artmaqdadır. Bunun qarşısını almaq məqsədi ilə biz sıralarımızı gənclərlə artırmalıyıq. Baxmayaraq ki, bu məsələ dəfələrlə AKP MK plenumlarında, partiya aktivlərinin görüşündə müzakirəyə çıxarılıb, lakin ciddi irələyiş hələ ki, yoxdur. Burada istənilən arqumentlər gətirilə bilər, lakin bu məsələ ilə ciddi, daima və yorulmadan məşğul olunsa əlbəttə ki, naliyyət əldə etmək mümkündür.

Mən partiya-təşkilatı və ideoloji məsələlər ətrafında geniş danışmayacam. Bu barədə AKP MK katibi R. Həsənov məlumat verəcəkdir. Təkcə onu qeyd etmək istəyirəm ki, AKP-nin qurultayının noyabr ayında keçiriləcəyi nəzərdə tutulmuşdur. Bu plenumda qurultayın gününün təsdiqi sizlər tərəfindən müəyyənləşəcəkdir. Lakin qeyd etmək istərdim ki, əgər münasib görsəniz AKP-nin qurultayının vaxtını dəyişə də bilərik. Fəqət məlumunuzdur ki, “Siyasi partiyalar haqqında qanun”a bu yaxınlarda yenidən baxılacaqdır. Məhz bu səbəbdən AKP qurultayının keçirilməsi münasib vaxta təsadüf etməlidir. Əgər noyabır ayına qədər, adı gedən qanunda, dəyişikliklər baş tutarsa, onda qurultayın vaxtının təyin edilməsini AKP MK bürosunun iclasının qərarı ilə təsdiqlənməsi münasib olardı. Hər nə olursa olsun, AKP-nin qurultayı keçiriləcəkdir.

Yodaşlar!

AKP-nin qurultayında ötən illər ərzində AKP MK-nın fəaliyyətinin müzakirəsi ilə yanaşı AKP MK katibliyi AKP-nin Nizamnaməsində müəyyən dəyişikliklər nəzərdə tutmuşdur. Bu barədə ətraflı məlumat AKP MK katibi R. Həsənov danışacaqdır. Sizlərdən xahiş edirik ki, təklif olunan dəyişiklik və əlavələri diqqətlə izləyib partiyanın qurultayına qədər öz təkliflərinizi AKP MK-ya çatdırasınız.

Icazənəzlə bir neçə məlumatı nəzərinizə çatdırım. Bildiyiniz kimi kommunist və fəhlə partiyalarının Beynəlxalq görüşləri hər il bu və ya digər ölkələrdə keçirilirdi. Bizim rəhbərlik etdiyimiz partiya 2011-ci ildən belə möhtəşəm forumlara dəvət almaqda davam edir. Son illərdə Covid-19 virusunun  yaratdığı fəsadlarla əlaqədar 2020-2021-ci illərdə bu Görüşlər təxirə salınmışdır. Nəhayət bu ilin oktyabır ayının sonunda keçiriləcək kommunist və fəhlə partiyaların Beynəlxalq Görüşü Kubanın Havana şəhərində keçiriləcəkdir. Əlbətdə AKP MK rəhbərliyi də bu Görüşə dəvət alıbdır. Lakin obyektiv səbəblərdən mən Kubaya gedə bilməyəcəm. Amma orada ediləcək çıxış, rus və ingilis dillərində, bu Görüşü keçirən təşkilat komitəsinə çatdırılmışdır. Bizim nümayəndənin getməməsinə əsas səbəb isə maliyyə vəsaitinin olmamasıdır.

Yeri gəlmişkən, qurultaya hazırlıqla əlaqədar maliyyə vəsaiti barədə hamınız məlumatlısız. Ancaq nədənsə ilk partiya təşkilatları bu məsələni yaddan çıxarıblar. İlk partiya təşkilatlarına bir vəzifə kimi tapşırılır ki, noyabr ayının 1-nə kimi verilən tapşırıqlar yerinə yetirilsin. Unutmayın ki, kommunist partiyası digər siyasi partiyalardan məsuliyyətli nizam-intizamla fərqlənir!

Yoldaşlar!

Bir qədər beynəlxalq vəziyyət barədə. XX! əsrin əvvəllərindən başlayan iqtisadi böhran artıq siyasi böhrana keçməkdədir! İri inhisarçi kapitalizm dünyası nəinki beynəlxalq ictimai prosesləri nizamlaya bilir, onlar, hətta öz daxili münasibətlərini də “bazara” çeviriblər. İqtisadi problemlərinin həlli yollarını millitarizmdə axtaran Qərb dairələri isti münaqişələr yaradılmasında maraqlıdırlar! İstər Ukrayna olsun, istərsə də digər münaqişəyə əlverişli ölkələr, məqsəd birdir: lazımı qədər mənfəət əldə etmək! İri inhisarın mahiyyəti digər “lazımsız” ölkələri öz himayəsində saxlamaqdan ibarətdir! Artıq məlum olur ki, kapitalizm münasibətləri cəmiyyətin idarə olunmasında əngəlliklərlə qarşılaşırlar. Demək müasir ictimai prosesləri idarə etmk üçün başqa, müasir idarəçilik formalarından istifadə edilməlidir! Bu idarəçilik formasını “Afrika cəngəlliklərində” axtarmaq lazım deyil. Müasir cəmiyyətlərin idarə olunmasının yolu marksizm-leninizm nəzəriyyəsindədir! Bunu kapitalizm dünyası nə qədər tez başa düşsə, bir o qədər tez bizim planet bəlalardan qurtular! 

Ukraynada gedən müharibənin aqibəti müəyyən olmasa da, təkcə o məlumdur ki, dünya dəyişəcəkdir. Lakin istərdik ki, dünya dəyişikliyi sosial-ədalət prinsiplərinə uygun dəyişsin! Bunun bərqərar olması üçün isə bütün proqressiv qüvvələrin birləşməsi çox vacib məsələdir! Artıq beynəlxalq kommunist hərəkatının beynəlxalq proseslərin tənzimlənməsinə istiqamətlənən fəaliyyətini artirılmalıdır!

 Yoldaşlar!

 Bu ilin dekabr ayının 30-da SSRİ-nin yaradılmasının 100-illik yubileyi qeyd ediləcəkdir. SSRİ-nin yaradılması XX əsrin dövlətçilik quruculuğunun ən müasir, mütərəqqi formalarından olub bəşər tarixində dərin iz buraxmışdır. Bizim respublika SSRİ tərkibinə, əvvəlcə ZaqFederasiya formasında, sonralar, yəni 1936-cı ildə, müstəqil respublika statusunda daxil olmuşdur. Cəmiyyətdə SSRİ-nin yaradılmasına birmənalı baxılmasa da SSRİ dünyada müsbət dəyişikliklərin əsasının qoyulmasında mütəsna rol oynamışdır. Bunu tarixdən heç bir qüvvə silə bilməz! SSRİ-nin yaranma tarixindən və onun beynəlxalq əhəmiyyətindən biz dekabr ayında SSRİ-nin yaradılmasının 100-illiyinə həsr olunan tədbirdə danışacağıq. İndi isə 8 noyabr 2020-ci ildə, rəşadətli ordumuzun erməni faşizmi üzərində parlaq qələbəmizin əhəmiyyətindən danişmaq yerinə düşərdi. 30 ilə yaxın bir zamanda ərazimizin 20%-ni zəbt etmiş erməni faşizminin törətdiklərini görmək istəməyən Qərb dairələri nədənsə respublikamızın sərvətlərindən bəhrələnirlər, amma heç bir faydası olmayan Ermənistana havadar çıxırlar. Çox qəribədir!? Burada “Qanun naminə” filmindəki Kamilovun “tərəzisi” yada düşür: bax bu tərəzi – Azərbaycanın  nefti, qazı və s.  Qərb dairələrinin Ermənistanı dəstəkləməsi heç bir məntiqə uyğun deyildir. Aydın məsələdir: “əlimizin duzu yoxdur” deyirlər!!! Bunlar hamısı aydındır!

İndi icazənizlə sizləri qarşıdan gələn 7 noyabr BOSİ-nın ildönümü və 8 noyabr şanlı qələbəmizin ildönümü münasibəti ilə AKP MK-sı adından təbrik edim!

Əminliklə bildirmək istəyirəm ki, ilk partiya təşkilatları deyilənlərdən düzgün nəticə çıxararaq, AKP-nin qurultayına lazımı töhfələrini verəcəklər!

Diqqətinizə qarşı minnədaram!

                                                                     * * *


          Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 23 oktyabr 2022-ci il tarixli plenumunun

                                                       QƏRARI


Plenum qeyd edir ki hesabat seçki yığıncaqların təhlili bunu deməyə əsas verir ki, fəaliyyətdə olan təşkilatlar tərəfindən partiyanın gücləndirilməsi və inkişafı istiqamətində nəticələr əldə etmək əvəzinə, 1995 –ci illərə qədər əldə olunan olunmuş müsbət işləri də zəiflətmişlər.

İndiki iqtidar qüvvələrinin əmək kollektivlərini parçalayaraq, proletar qüvvələrin birliyini zəiflətmiş və bu da kütlə arasında aparılacaq işin zəifləməsinə gətirib çıxarmışdır. Partiya nizam – intizamında zəiflik baş vermiş, xüsusən gənclərin partiya işinə cəlb olunmasında axsamalar vardır.

Plenum hesab edir ki, qarşıda duran əsas vəzifələrdən biri kimi partiyanın strateji məqsədi olaraq, kommunist prinsiplərinin inkişafına nail olmaq, hər kəsin kollektivin və ümumilikdə cəmiyyətin yaradıcılıq bacarığının tam açılmasını təmin etməkdir.

Bununla yanaşı xalqları dağıdıcı reformalardan qorumaq üçün, kapital diktaturasının əmək diktaturası ilə əvəz olunması, yəni başda fəhlə sinfi olmaqla - proletar diktataturasının qurulmasıdır.

Partiya özünü o vaxt güclü sayar ki, onun güclü bazası olsun, əqidəcə möhkəm və partiya yolunda heç bir çətinlikdən qorxmayan fədakar üzvləri arxa dursun , maliyyə imkanları lazımınca olsun ki, nəzərdə tutulan tədbirlərin keçirilməsinə şərait yaradılsın. Artıq illər keçdikcə kapitalizm quruluşu öz ayaqlarını yerə möhkəm dayayır. İnsanlar yaddaşlarını dəyişirlər.

Plenum o faktı da təsdiqləyir ki, zamanın hökmü ilə dövlətçilik, müstəqillik, demokratiya, xalqçılıq anlayışlarına marksizm - leninizm nəzəriyyəsi baxımından yanaşılması vaxtı çatmışdır. Sosializm cəmiyyətinin sinfi düşməninin iç üzü açılmalı, burjua quruluşunun xarakterik əlamətləri olan inhisar gərginliyi, bazar monopoliyası, valyuta axını infilyasiyası tənqid hədəfinə tutulmalıdır.

Zəhmətkeş sinfin kapital əsarətindən xilası üçün irəliliyə doğru hərəkət taktikası marksizm- leninizm nəzəriyyəsinə əsaslanmalıdır.

Plenum hesab edir ki, kommunist hərəkatı dünyada artmaqdadır. Bir çox ölkələrin parlamentlrində artıq sol qüvvələrin sayı çoxalır. İqtisadi və digər sahələrdə sosializmə xas olan idarəetmə üsulları tətbiq olunur.

Artıq qüvvələrin səfərbər olunub, vahid bir təşkilata çevrilmə vaxtıdır. Qüvvələrin bölünməsi və ayrı- ayrı qruplar halında fəaliyyətini heç də sol qüvvələrin çoxluğuna dəlalət etmir. Əksinə bu hal hərkatı zəiflədir və müxalif qüvvələr üçün şərait yaradır. Hakim qüvvələr bu halda gücü olmayan müxalifətə qarşı istədiyini edir və dağıdıcı fəaliyyətini günişləndirir. Bunu son seçkilər bir daha sübut etdi.

Plenum bunlara əsaslanaraq, partiya təşkilatlarının öz işlərini yenidən nəzərdən keçirməsini və lazımı tədbirlər görüləsini vacib sayaraq, Azərbaycan Kommunist Partiyasının qruplarında müzakirələr keçirilməsini əsas tutaraq, AKP 41-ci qurultayının keçirilməsini məqsədə uyğun hesab edir.


PLENUM QƏRAR ALIR:



1. Azərbaycan Kommunist Partiyasının 41-ci qurultayının çağrılması barədə Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayevin məruzəsi nəzərə alınsın.

2. Azərbaycan Kommunist Partiyasının 41-ci qurultayı 2022-ci ilin noyabr ayının 27-də Bakı şəhərində çağırılsın.

3. Qurultayın əsas çağırışı 2023-cü ilin partiyada dönüş ili elan edilməsi olsun. 4. Azərbaycan Kommunist Partiyasınn qurultayına hazırlıq və keçirilməsi Azərbaycan Kommunist Partiyası işçi qrupuna həvalə edilsin və tədbirlər planına uyğun hazırlıq görülsün.

5. Qurultayın keçirilməsi üçün məkan nəzərə alınaraq, qurultayın nümayəndəlik hesabat - seçki iclasların nəticələri ilkin olaraq, 50 nümayəndə təsdiq olunsun. Qurultaya hazırlıq dövründə əlavələr olarsa, nəzərə alınsın.

6. Qurultayın keçirilməsi ilə əlaqədar olaraq, şəhər, rayon təşkilatlarında keçirilmiş iyul ayındakı hesabat yığıncaqlarının materialları 2022 –ci ilin sonuna- 30 oktyabr tarixinədək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə təhvil versinlər.

7. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin işçi qrupuna həvalə olunsun ki, təşkilatlarda iclaslarda deyilən fikir və rəylərə görə tədbirlər planı hazırlanmasına köməklik etsinlər.

8.Şəhər, rayon təşkilat rəhbərlərinə tapşırılsın ki, 10 noyabr tarixinədək nümayəndələrin qurultayda iştirakı imkanları araşdırılsın, üzürlü səbəblərdən imkanı olmayanların əvəzlənməsi üçün tədbirlər görülsun, yerli təşkilatın iclaslarnda təsdiq olunsunlar. Yeni əvəz olunmuş şəxslər haqqında məlumatlar qurultaya bir həftə qalmışa qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin işçi qrupuna xəbər verilsin.

9. Qərarın icrası Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinə və işçi qrupuna tapşırılsın.



 


Отправить комментарий

0 Комментарии