ABŞ-ın Ukrayna prezidenti Zelenskini Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı mövqeyinə yenidən baxmağa sövq etdiyini iddia edən Amerikanın nüfuzlu “Washington Post” qəzetinin nəşri maraq döğurur.
Bu mövzunu “zamantv.az”a şərh edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov demişdir ki, Ukrayna hakimiyyətinin Rusiya ilə hər hansı danışıqlardan imtina etməsi ilə bağlı bəyanatları şübhəsiz ki, Vaşinqtonun birbaşa göstərişi ilə verilib. Kiyev bu gün Amerikanın icazəsi olmadan bircə ciddi addım ata bilməz. Amma vəziyyət dəyişir. Qərb ölkələrinin hər yerində əhalinin Ukraynaya qeyd-şərtsiz dəstəyin lehinə olan payı azalır. Bu, digər məsələlərlə yanaşı, Kiyev rejiminin danışıqlardan imtina etməsi ilə bağlıdır. Qərb ölkələrinin vətəndaşları başa düşmürlər ki, Kiyev niyə tamamilə qeyri-konstruktiv mövqeyi ilə münaqişənin həllinə mane olur. Ona görə də ABŞ həqiqətən də Zelenskiyə təzyiq göstərə və onu danışıqlara vadar edə, ya da ən azından bununla bağlı müəyyən açıqlamalar verə bilər.
Digər tərəfdən, ABŞ münaqişənin real həllinə aparan hər hansı ciddi danışıqların olmasını istəmir - Azərbaycan KP MK-nın katibi Ədalət Abdinov vurğuladı - Bu onunla bağlıdır ki, böyük Amerika kapitalının çox nüfuzlu dairələri var ki, onlar hərbi əməliyyatların uzanmasından faydalanırlar. ABŞ-dan gələn aşağıdakı iqtisadi xəbərlərə diqqət yetirin. Dünyanın ən böyük korporasiyalarından biri olan Exxon neft şirkəti mövcud olduğu 152 il ərzində rekord gəlir əldə etdiyini bildirib. ABŞ-ın neft və qaz sektoru yüksək enerji qiymətlərindən rekord gəlir əldə edir. Amerika hərbi-sənaye kompleksi şirkətlərinin səhmləri 2022-ci ildə 15-20% artıb. Onların super mənfəətləri Ukraynaya və antirusiya isteriyası fonunda yenidən silahlanmağa tələsən Avropa ölkələrinə silah tədarükü ilə bağlıdır. Milyonlarla insan əziyyət çəkərkən, mənfur kapitalist quruluşu böyük pul qazanır.
Azərbaycan KP MK-nın katibi Ədalət Abdinov qeyd etmişdir ki, ABŞ-da həm hərbi-sənaye kompleksi, həm də neft-qaz sektoru ənənəvi olaraq əsasən Respublikaçılar Partiyası ilə bağlıdır. Bu o deməkdir ki, respublikaçıların seçkilərdəki uğurları Amerikanın Kiyev rejiminə hərbi yardımının əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilməz. Yalnız rus qoşunlarının cəbhədəki həlledici uğurları həm Kiyevin, həm də Vaşinqtonun mövqeyini dəyişdirə və onları real səmərəli danışıqlara getməyə məcbur edə bilər.
Sonda Azərbaycan Kommunist Partiyasının rəsmisi Ədalət Abdinov dedi: aydın başa düşmək lazımdır ki, Ukraynada nasist rejimi saxlanılmaqla, heç bir danışıqlar davamlı olmayacaq və davamlı sülhə gətirib çıxarmayacaq. Bu rejimin qorunub saxlanması Ukrayna üçün faciə olacaq. Hitler rejimi 1945-ci ildə bu və ya digər formada sağ qalsaydı, sülh davamlı olardımı? Əlbəttə, yox! Rusiya bu gün mümkün qədər ucadan və aydın şəkildə deməlidir: biz antifaşist mübarizə aparırıq. Bu onlara planetdə geniş dəstək verəcək, çünki bütün ölkələrdə faşizmin nə olduğunu anlayan və onun prinsipial əleyhdarları olan çoxlu insanlar var. O zaman atalarımız, babalarımız qırmızı bayraq altında faşizmi məğlub etdikləri kimi indiki ruslar də bu mübarizədə qalib gələcəyik.
Zamantv.az
0 Комментарии