Onilliklər ərzində sosializmin başlıca düşmən kimi təqdim olunduğu ölkədə dəyişikliklər baş verib.
2026-cı ilin sentyabr ayına aid Gallup sorğusunun məlumatlarına görə, amerikalıların 43%-i sosializmə müsbət münasibət bəsləyir. Bu, 2010-cu ildən bəri qeydə alınan rekord göstəricidir. 18–34 yaşlı gənclər arasında isə bu rəqəm artıq 57%-ə çatıb.
«Amerikanın Demokratik Sosialistləri» (DSA) təşkilatının üzvlərinin sayı 120 min nəfərə çatıb. Sosialistlər seçkilərdə qələbə qazanır, həmkarlar ittifaqlarında və yerli siyasətdə mövqelərini möhkəmləndirirlər.
Bu dəyişikliklərin səbəbləri, ilk növbədə, insanların maddi həyat şəraiti ilə bağlıdır: mənzil qiymətlərinin və tibbi xidmətlərin bahalaşması, iqtisadi bərabərsizlik və kapitalın təmərküzləşməsi.
Amerika kapitalizmi öz inkişafının doğurduğu ziddiyyətlərlə getdikcə daha açıq şəkildə üzləşir.
Hələlik söhbət, əsasən, demokratik sosializmin yüksəlişindən gedir; istehsal vasitələri üzərində ictimai mülkiyyət uğrunda kütləvi hərəkatdan deyil. Lakin başqa bir iqtisadi sistemin mümkünlüyü məsələsinin gündəmə gətirilməsi artıq siyasi tabu olmaqdan çıxır.
Tarix davam edir. Sinfi ziddiyyətlər isə heç yerə yox olmayıb.


0 Комментарии