Recents in Beach

Kapitalizm, din və kütləvi şüurun idarə olunması


Xalq üçün mənəvi tiryək olan dindən kapitalizm bir silah kimi stifadə edir. Dinin torundan xilas olmaq lazımdır. Son günlər dovdaq dindarların hicab oyunu bunu xüsusilə tələb edir.
Sovet vaxtı dindarların öz dini etiqadından kütləvi surətdə uzaqlaşmaları sosializmin təbiətindən irəli gəlirdi. çünki sosializm "dini mövhumatın ən böyük mənbəyi olan yoxsulluq və avamlığı" (V.İ.Lenin) ləğv etmişdir.
Lakin kapitalizm ayrı-ayrı adamların fərdi şüurunda keçmişin qalıqlarını, xüsusilə dini qalıqları bərpa etmişdir. Bu da kapitalizmin yaşaması üçün vacib faktorlardan biridir.
Məscid dövlətdən, məktəb isə məsciddən ayrı olsa da, kapitalizmin hər bir dinə etiqad etməkdə insanlara verdiyi vicdan azadlığı məcrasından çıxmaqdadır. Dindarların şüuruna öz mnafeyi naminə təsir etmək üçün kapitalizmin geniş imkanları vardır. Təəssüf ki, dinə və məscidə münasibət məsələsində kapitalizm qanunçuluğu mollaların zərərli fəaliyyətinin genişlənməsinə şərait yaradır.
Kapitalizm üçün zəruri olan dini hislərin canlamasının əsas səbəblərindən biri də eimi-ateizm təbliğatının aradan qaldırılmasıdır. Kapitalizmin insanlarda tərbiyə etdiyi dini psixologiya nəticəsində məscidlərə gedənlərin sayı artırmaqdadır.
Dini görüşlərin qalıqları vətəndaş cəmiyyəti quruculuğu vəzifələrin yerinə yetirilməsinə kölgə salır. Mənasız dini bayramların, mərasimlərin keçirilməsi insanlarda elmi dünyagörüşünün formalaşmasını ləngidir. Belə bir şəraitdə kapitalizm ateizm tərbiyəsi, dini xurafat və mövhumat əleyhinə mübarizəni "unudur".
Dindarları dini mövhumatın zərərli təsirindən xilas etmək üçün elmi-ateizm təbliğatına böyük ehtiyac var. Dini mövhumata qarşı mübarizə, elmə zidd olan dini görüşlərə qarşı elmi, materializm dünyagörüşünün ideoloji mübarizəsinə çevrilməlidir. Bu da yırtıcı kapitalizmə sərf etmir.
Kapitalizmdə dindarların heysiyyatına toxunmadan dini mövhumatı aradan qaldırmaq üçün ideya təsiri vasitələri arxa plana keçib. Burada yük əsasən işıqlı solçu ziyalıların çiyninə düşür. Onlar dini etiqadın əsassızlığını səbrlə xalqa izah etməlidirlər.
Hesab edirəm, respublikada elmi-ateizm şurası yaradılmalıdır. Təhlükəli vəziyyət almış hazırki şəraitdə ölkədə elmi-ateizm təbliğatının ideya məzmunu, forma və metodları hərtərəfli müzakirə edilməli və onu səmərəli etmək üçün geniş tədbirlr hazırlanmalıdır.
İdeologiya forması olan din dünya haqqında baxışların müəyyən sistemidir. Lakin K.Marksın təbirincə, din "saxta dünyagörüş"dür.
V.İ.Lenin Maksim Qorkiyə yazdığı məktubların birində göstərir ki, "allah ideyası hımişə "ictimai duyğuları" süstləşdirmiş və kütləşdirmişdir, canlını meyitlə əvəz etmişdir, həmişə köləlik ideyası olmuşdur".

Отправить комментарий

0 Комментарии