Recents in Beach

Azərbaycan kommunistləri Fransa zəhmətkeşləri ilə həmrəydirlər

Ədalət Abdinov

Artıq bir neçə həftədir ki, Fransada pensiya yaşının artırılmasına, hökumətin xalqı yoxsulluğa məhkum edən digər tədbirlərinə etiraz edən zəhmətkeşlərin genişmiqyaslı nümayişləri davam edir. E.Makron rejiminin maliyyə və iqtisadi sıxıntıların yükünü əhalinin çiyninə yükləmək cəhdi, bir ovuc istismarçının cəmiyyətin şirəsini sıxıb sovurması, sosial problemlərin kəskinləşməsi, dövlət xərclərinin ukraynalı nasistlərə yardıma yönəlməsi - bütün bunlar Fransa zəhmətkeşlərin səbr kasasını daşdırdı. Ümidsizliyin son həddinə çatan sadə xalq ədalətsizliyə, zülmə qarşı kəskin etirazlarını bildirirlər. Fransada əmək və kapital arasındakı antaqonist ziddiyyət son həddə çatıb.

Azərbaycan kommunistləri Fransanın zəhmətkeş xalqının qətiyyəti, sona qədər getməyə hazır olması ilə həmrəyliyini bildirir. Burjua yırtıcılarının antisosial və xalq əleyhinə planlarına qarşı sədd çəkməyin və uzunmüddətli perspektivdə kapitalizmi darmadağın etməyin, zəhmətkeş xalqın iqtisadi və siyasi hakimiyyətini bərqərar etməyin yeganə yolu budur. Burjuaziyadan ədalətə çıxmaq üçün onların saraylarının darvazalarını tüfəngin qundağı ilə döymək lazımdır!
Fransa xalqı sosial hüquqların müdafiəsi üzrə hərəkətləri ilə, burjua irticası ilə mübarizədə hücuma keçməyə hazır olması ilə bütün dünyaya nümunə göstərdi. Zalımlarla, özbaşınalıq, qanunsuzluq, ədalətsizlik ocaqları ilə mübarizə təcrübəsindən dərs ala bilənlər var. Axı, fransızların indi etiraz etdiyi dağıdıcı hadisələr dünya ölkələrinin böyük əksəriyyətində müşahidə olunur. Bu, ilk növbədə, sakinləri “bazar islahatları” müəllifləri tərəfindən taleyin mərhəmətinə buraxılan, sosial soyqırıma məruz qalan bütün postsovet respublikalarına aiddir. Bu əsas məqsədə ancaq əmək əhlini sosializm uğrunda mübarizədə birləşdirmək, kütləvi aksiyalara mütəşəkkil və məqsədyönlü xarakter verməklə nail olmaq olar. Fransa etiraz hərəkatının qəhrəman iştirakçılarının təcrübəsindən öyrənməyin vaxtı çatıb.
İflas etmiş kapitalist sistemin apoloqları ictimaiyyətə nə qədər yanlış məlumat versələr də, istismarçıların hakimiyyətinin yıxılacağı təqdirdə fəlakət ehtimalı ilə onları nə qədər qorxutsalar da, fakt faktlığında qalır. Burjua sistemi xalqları çoxdan həyat perspektivlərindən məhrum edib, onları bitki örtüyünə çüvirib, məhvə doğru aparır, “qlobalistlərin” cinayətkar planlarını həyata keçirmək üçün alət rolunu oynayır. Zəhmətkeş xalqın, burjua demokratiyasının xəmirindən başqa itirəcək heç nə yoxdur! Və yalnız sosializm şəraitində, SSRİ təcrübəsinin göstərdiyi kimi, onlar sosial nemətlərdən istifadə etmək, ləyaqətlə yaşamaq və sərbəst inkişaf etmək imkanı əldə edə bilərlər.
Azərbaycan kommunistləri zəhmətkeş xalqın soyğunçularına, dünya müharibəsinin təhrikçilərinə qarşı başlayan mübarizə işində Fransa xalqının qətiyyətli hərəkətlərini dəstəkləyirlər. Fransız zəhmətkeş xalqının nümunəsi bütün mütərəqqi qüvvələri, müvəqqəti olaraq dağılmış SSRİ xalqlarını, bütün zəhmətkeşləri ruhlandırır. Müxtəlif ölkələrin xalqlarının sosialist gələcəyi uğrunda mübarizəsinin daha da inkişafı böyük ölçüdə başlayan mübarizənin nəticəsindən asılıdır.
Rədd olsun, kapitalizm!
Yaşasın sosializm!

Отправить комментарий

0 Комментарии