Recents in Beach

Saxta burjua və həqiqi sosialist demokratiyası

Sosialist demokratiyası cəmiyyətin sosial-iqtisadi tərəqqisinin mühüm şərti, zəruri vasitəsidir. Əlbəttə, sosialist ədalət prinsipinin alternativi yoxdur. Sosialist demokratiyasının inkişaf məntiqi isə sosial-iqtisadi tərəqqinin tələbləri ilə bağlıdır. Üstünlüyü xalqın sosialist özünüidarəsinin dərinləşməsində, demokratiyanın sosial bazasının ardıcıl genişləndirilməsində idi.

Sosializm cəmiyyətində demokratik prinsp xalqın iqtisadi, mədəni, sosial həyat sahələrində, dövlətin və ictimai işlərin idarə edilməsində çoxcəhətli yaradıcı fəallığının üzə çıxması prosesi ilə əlaqədardır. Kapitalizmdən fərqli olaraq, sosialist demokratiyasının bərqərar olduğu şəraitdə istehsal vasitələri üzərində ictimai mülkiyyət, dövlətin, bütün siyasi üstqurumun zəhmətkeşlərin mənafeyinə xidmət etməsi, idarəetmə işlərində onların iştirakının getdikcə artmasıdır.

Marksizm-leninizm demokratiya anlayışında əsl çevriliş edərək onun mahiyyətini və cəmiyyət həyatındakı rolunu materialist nöqteyi-nəzərdən izah etmişdir. Siyasi və ictimai hadisə kimi meydana çıxan demokratiya cəmiyyətin tarixi inkişafında bazis və üstqurum arasında olan mürəkkəb dialektik münasibətlərlə əlaqədardır. K.Marks və F.Engels demokratiya haqqında məsələni cəmiyyətin dövlət qurluşu və ictimai qurluşu ilə əlaqədar olan məsələ hesab edirdilər.

K.Marks və F.Engelsin bazis və üstqurum haqqında təlimini demokratiyaya tətbiq edərək V.İ.Lenin demokratiyanın öz bazisi tərəfindən müəyyən edilən və öz bazisinə xidmət edən üstquruma aid olduğunu göstərmişdir. Bu barədə V.İ.Lenin yazmışdır: "Ümumiyyətlə, hər bir siyasi üstqurum (siniflərin aradan qaldırılması başa çatdırılmayınca, sinifsiz cəmiyyət qurulmayınca labüd olan üstqurum) kimi hər bir demokratiya, nəticə etibarılə istehsalata xidmət edir və nəticə etibarilə müəyyən cəmiyyətdəki istehsal münasibətləri ilə müəyyən olunur".

Marksizm-leninizm klassikləri qeyd etmişlər ki, cəmiyyətin siyasi üstqurumunun əsas ünsürü olan demokratiya cəmiyyətin iqtisadi inkişaf qanunauyğunluqları, iqtisadi inkişafın tələbləri ilə müəyyən olunur. Demokratiya dövlət forması kimi iqtisadi bazislə, hakim sinifin iqtisadi mənafeləri ilə qırılmaz surətdə əlaqədardır. Mövcud cəmiyyətdə hakim sinifin və digər siniflərin demokratiya ilə əlaqədar olan və və onunla müəyyən olan siyasəti, V.İ.Leninin dediyi kimi, iqtisadiyyatın cəmləşdirilmiş ifadəsidir.

Demokratiyaya münasibətdə iqtisadiyyatın müəyyənedici rolu haqqında marksizm-leninizm müddəasını necə başa düşmək lazımdır.

Hər şeydən əvvəl, marksizm-leninizm klassikləri sosial hadisələri tarixi materializmin əsas məsələsi olan ictimai varlığın ictimai şüura münasibəti prizmasından nəzərdə keçirmişlər. İqtisadiyyat ictimai varlığa, bazisə, demokratiya isə üstquruma aiddir. Bu münasibətdə marksizm-leninizm klassikləri ictimai varlığın, bazisin (deməli, iqtisadiyyatın) üstquruma, o cümlədən demokratiyaya münasibətdə böyük rolunu qeyd etmişlər.

F.Engels göstərmişdir ki, iqtisadiyyat üstqurumu müəyyən edir, lakin iqtisadiyyatın müəyyənedici rolu dialektik xarakter daşıyır. Bazis və üstqurum arasında dialektik qarşılıqlı əlaqənin çoxcəhətli xarakterini aşkar etmək üçün F.Engels "son nəticədə" ifadəsini işlədir. İqtisadiyyat son nəticədə cəmiyyətin bütün sosial strukturuna, habelə demokratiyaya təsir edir. Bu, o deməkdir ki, demokratiya, demokratik institutlar iqtisadiyyatı və iqtisadi tələbatları avtomatik şəkildə, birbaşa əks etdirmir. Demokratiyanın iqtisadiyyatla idarə olunması, iqtisadiyyatın siyasi ifadəsi olması o demək deyildir ki, demokratiya iqtisadiyyatı sadəcə, mexaniki və passiv şəkildə əks etdirir. Demokratiyanın bütün tipləri bütövlükdə ictimai hadisələrə, o cümlədən iqtisadiyyata da təsir edir.

Marksizm-leninizm klassikləri iqtisadiyyata münasibətdə siyasətin, demokratiyanın rolunu qeyd etmişlər. Məlumdur ki, V.İ.Lenin sinfi mübarizənin siyasi formasını lazımınca qiymətləndirməyən və iqtisadi formanı mütləqləşdirən təftişçi və reformistlərə qarşı uzun illər mübarizə aparmışdır. Brenşteyn və rus leqal-marksistləri proletariatın sinfi mübarizəsinin siyasi formasını inkar edirdilər. Onların şüarları belə idi: fəhlələrə iqtisadi mübarizə, liberallara isə siyasi mübarizə. V.İ.Lenin yazırdı: "... proletariatın əsas iqtisadi mənafeyi ancaq burjuaziyanın diktaturasını proletariatın diktaturası ilə əvəz edən siyasi inqilab vasitəsilə təmin oluna bilər".

V.İ.Lenin göstərirdi ki, siyasətlə iqtisadiyyatı qarışdırmaq cəhdləri dialektikanı eklektika ilə əvəz edilməsidir. İqtisadi vəzifələrin yerinə yetirilməsinə siyasi cəhətdən düzgün yanaşmadan, "hazırki sinif işə siyasi nöqteyi - nəzərdən düzgün yanaşmazsa, öz hökmranlığını əldə saxlaya bilməz və deməli, öz istehsal vəzifəsini də həll edə bilməz".

V.İ.Leninin bu müddəası mühüm metodoloji əhəmiyyət kəsb edir. O, dəfələrlə göstərmişdi ki, sosializm quruculuğu işində düzgün siyasət yeridilmədikdə siyasi səhvlər meydana gələ bilər və həmin səhvlər sosialist iqtisadiyyatının, bütövlükdə sosializmin məhvinə gətirib çıxara bilər. Sosializm şəraitində iqtisadi məsələlərə siyasi cəhətdən düzgün yanaşılmamasının acı aqibətinin artıq şahidiyik.

* * *

V.İ.Lenin sosializm cəmiyyətində üstquruma nisbətən bazisin müəyyənedici rolunu dəfələrlə qeyd etmişdir. Bundan əlavə, V.İ.Lenin sosialist demokratiyasının beynəlxalq təsirini sosializm quruculuğu ilə, sosialist iqtisadiyyatı birbaşa əlaqələndirirdi. Sosialist demokratiyası möhkəm əsasa - sosialist iqtisadiyyatına istinad etməklə mühüm stabillik əldə edə bilər.
Demokratiya və iqtisadiyyat arasında çoxcəhətli dialektik qarşılıqlı əlaqə mövcuddur. Demokratiya son nəticədə iqtisadiyyatla müəyyən olunur və hakim sinifin iqtisadi mənafelərini ifadə edir. Lakin iqtisadiyyatın birinciliyi və demokratiyanın ikinciliyi (onların meydana gəlməsi və şərtlənməsi mənasında) siyasi üstqurum kimi demokratiyanın nisbi müstəqilliyini və iqtisadiyyata təsirini istisna etmir, əksinə onu şərtləndirir.
V.İ.Lenin göstərirdi ki, "...həyatda demokratizm heç vaxt təklikdə götürülməyəcəkdir", "birlikdə götürüləcək, iqtisadiyyata da təsirini göstərəcək və s. Canlı tarixin dialektikası belədir".
Hazırda burjua ideoloqları dövlət siyasətini iqtisadiyyatdan ayırmağa çalışır, sübut etmək istəyirlər ki, demokratiya siniflər fövqündə duran hadisədir. Guya demokratiyanın iqtisadiyyatdan asılı olmadığını iddia edən burjua ideoloqları burjua dövlətinin siyasətini ümumxalq siyasəti kimi, müasir burjua dövlətini isə "ümumi rifah" dövləti kimi "qələmə verməyə" çalışırlar. Mahiyyət etibarı ilə imperialist dövlətlər və onların siyasəti maliyyə oliqarxiyasının iqtisadi mənafeyinə xidmət edir. Hazırki şəraitdə burjua dövləti K.Marks və F.Engelsin dediyi kimi, "burjua dövlət hakimiyyəti yalnız bütün burjuaziya sinfinin ümumi işlərini idarə edən komitədir". Burjuaziyanın bu "ümumi işlərinin" mərkəzində onun iqtisadi mənafeyi durur. Bax, buna görə müasir burjua demokratiyasının hərtərəfli böhranı xarakterik hal almışdır.
V.İ.Lenin yazırdı" Burjua demokratiyası həmişə məhdud, qırıq, saxta, riyakar bir demokratiya olaraq varlılar üçün cənnət, istismar olunanlar, yoxsullar üçün bir tələ və yalan olaraq qalır və kapitalizm şəraitində belə olmaya bilməz".
Müasir kapitalizm şəraitində ölkənin milli sərvətinin qeyri - bərabər bölünməsi xarakterik hal olmuşdur. Məsələn, ABŞ-da əhalinin 0,5 faizi ölkənin milli sərvətinin 22 faizini əlində saxlayır. Almaniyada istehsal vasitılərinin 74 faizi əhalinin 1,7 faizinin sərəncamındadır.
Böyük Britaniya əhalisinin 1 faizi bütün sərfətlərin 26 faizini mənimsəyir. Fransa, Kanada, İsveçrə, Yaponiya və s. ölkələrdə buna bənzər vəziyyət əmələ gəlmişdir. Mülki bərabərsizlik isə qanunauyğun olaraq siyasi bərabərsizliklə nəticələnir. Kapitalın hökmranlığını təmin edən burjua cəmiyyətinin iqtisadi qurluşu xalqa zidd xarakter daşıyır və təbiidir ki, bu da əsil demokratik rejim yarada bilməz.
Müasir kapitalizm şəraitində sosial təbəqələşmə dərinləşir və getdikcə daha qabarıq görünür. Məsələn, ABŞ-da ən varlı ailələrin 1 faizi əmlak nərdivanın aşağı pillələrində duran ailələrin 80 faizinin məcmu sərvətindən, demək olar, 1,5 dəfə artıq sərvətlərə malikdir. Siyasi partlayışlar, siyasi səbatsızlıqlar doğura biləcək belə bir vəziyyətdə kapitalizmin təcrübədə topladığı bütün mürtəce vasitələrdən istifadə olunur. Həmkarlar ittifaqları gözümçıxdıya salınır və iqtisadi şantaja məruz qalırlar. Fəhlələr əleyhinə qanunlar tətbiq edilir. Sol qüvvələr, bütün mütərəqqi qüvvələr təqib edilir. Daimi nəzarət, adamların düşüncə tərzinə və davranışına göz qyulması normaya çevrilmişdir. Fərdiyyətçiliyin, yaşamaq uğrunda mübarizədə qoluzorluluq hüququnun, əxlaqsızlığın, demokratik nə varsa hamısına nifrətin məqsədyönlü şəkildə təbliği görünməmiş miqyas almışdır.
Demokratiya siyasi anlayışdır, cəmiyyətin siyasi qurluşunu, siyasi strukturunu xarakterizə edir. V.İ.Leninin dediyi kimi: "Demokratiya yalnız siyasət sahəsinin kateqoriyalarından biridir".
Sosializmin bərqərar olması o deməkdir ki, burjua dövlətinin istismarçı təbiətini xarakterizə edən formal demokratiya olan burjua demokratiyası həqiqi demokratiya ilə, sosialist dövlətinin ümumxalq xarakterini, humanist təbiətini ifadə edən sosialist demokratiyası ilə əvəz olunur.
Həqiqi demokratiya formal demokratiyadan onunla fərqlənir ki, bu demokratiya kütlələrin siyasi hüquqlarını elan etməklə bərabər, həmin hüquqların həyata keçməsinin imkanlarını da təmin edir. Bu imkan vətəndaşların real iqtisadi vəziyyətləri ilə, onların istehsal üsullarına münasibəti ilə müəyyən olunur.
Göründüyü kimi hər bir demokratiya istehsalata xidmət edir və nəticə etibarı ilə cəmiyyətin istehsal münasibətləri ilə müəyyən olunur. Buna görə də burjua demokratiyasının formal xarakteri kapitalist istehsal münasibətləri ilə əlaqədardır. Belə bir şəraitdə siyasi hüquqlar kütlələr üçün boş vədlər məcmusuna çevrilir, çünki bu hüquqlar geniş iqtisadi təminata, iqtisadi bazaya malik deyildir. Kapitalizm ölkələrində istismar olunan kütlələrin iqtisadi hüquqsuzluğu onları burjuaziyanın təsərrüfat və dövlət siyasətinin subyektinə deyil, obyektinə çevirir.
Əsl demokratiya yalnız istehsal vasitələrinin ümumiləşdirilməsi, ictimailəşdirilməsi, zəhmətkeşlərin öz ümumi ictimai mülkiyyətinə çevrilməsi əsasında meydana gələ bilər. Belə bir şəraitdə və əsasla cəmiyyətə siyasi rəhbərlik işi zəhmətkeş kütlələrə məxsus olur. İctimai mülkiyyət bərqərar olduğu cəmiyyətdə zəhmətkeş kütlələr dövlət və təsərrüfat siyasətinin subyektinə çevrilir.
V.İ.Lenin göstərirdi ki, hakimiyyəti öz əlinə alan fəhlə sinfinin apardığı siyasətdə başlıca cəhət "dövlətin iqtisadi quruculuğundan" ibarət olmalıdır. Belə ki, kapitalın siyasi hökmranlığından azad olan kütlələrin sosial yaradıcılığında başlıca vəzifə "yeni iqtisadi münasibətlər qurmaq"dır. Əsl demokratiyanın mahiyyəti hakimiyyətin xalqa məxsus olması ilə bərabər, xalq kütlələrinin dövlət hakimiyyətinin subyektinə çevrilməsi ilə, bu siyasətin özünün məzmunu ilə xarakterizə olunur. Əsl demokratiya o deməkdir ki, zəhmətkeşlərin həyata keçirdiyi siyasət bu və ya digər sosial qrupların və fərdlərin məhdud mənafelərini deyil, ictimai inkişafın tələblərinə uyğun olan köklü mənafeləri ifadə və müdafiə edir. Əsl demokratiya əməkçi xalqın hakimiyyətidir. Bu hakimiyyət xalqın yekdilliyini, sosial bütövlüyünü və mütəşəkkilliyini təcəssüm etdirir. Buna görə də sosialist demokratiyasının iqtisadi əsasını xüsusi mülkiyyət, qrup mülkiyyəti təşkil edə bilməz. Sosialist demokratiyasının iqtisadi əsasını yalnız ictimai mülkiyyət, zəhmətkeş xalqın sosial-iqtisadi bütövlüyünü təmin edən mülkiyyət təşkil edir. Bu mülkiyyətin bilavasitə ifadəsi olan sosialist dövləti ümumi istehsal vasitələrini öz əlində saxlayır və ümumi mənafelər naminə həmin mülkiyyəti idarə edir.
Sosialist demokratiyasının iqtisadi əsası ilə onun siyasi ifadəsi arasında qarşılıqlı üzvi əlaqə və vəhdətin olması zəhmətkeşlərin yaradıcə fəaliyyətinin sosialist dövlətinin iqtisadi quruculuq sahəsindəki vəzifələri ilə uyğunluğunu şərtləndirir. Belə bir şəraitdə kütlələrin yaradıcı fəallğının geniş vüsət alması, digər tərəfdən sosialist demokratiyasının prinsip və normalarının ictimai həyatın bütün sahələrinə yayılması üçün əlverişli şərait yaranır.

* * *
İqtisadiyyat və demokratiya, sosialist demokratiyasının iqtisadi əsası və siyasi mahiyyəti arasında münasibət aktual olaraq qalır. Liberializmin tərəfdarları sosializm haqqında marksizm-leninizm təlimini "demokratik sosializm" "kooperativ sosializm" adlanan konsepsiyaya qarşı qoyurlar. Onlar sosializmin demokratik təbiətini, sosialist demokratiyasının mahiyyətini təhrif edir, burjua cəmiyyətinə, burjua demokratiyasına haqq qazandırmağa, burjua demokratiyasının perspektivlərini nikbinliklə qiymətləndirməyə cəhd edirlər.
Liberalların fikrincə, "demokratik sosializmin" qurulması üçün hər şeydən əvvəl ictimai mülkiyyət ləğv edilməli, sosializmin iqtisadi əsası kimi qrup mülkiyyəti bərqərar edilməlidir; ikincisi, təsərrüfat quruculuğunda, iqtisadi həyatın tənzim edilməsində hakim partiya rol oynamamalıdır; üçüncüsü, hər bir sosialist ölkəsinin milli təsərrüfatında mütləq iqtisadi xüsusiyyətə malik olması prinsipi geniş yayılmalıdır.
İstehsal vasitələrinin ümumiləşdirilməsi şəraitində iqtisadi mənafelərin vəhdəti şəxsiyyətlərin, fərdlərin, sosial qrupların, müxtəlif əmək kollektivlərinin, millət və xalqların xüsusi mənafeyinin spesifikliyini istisna və inkar etmir. Əksinə ictimai mülkiyyət bu mənafelər arasında antoqonizmləri ləğv edir, onların uyğunluğu üçün, cəmiyyətlə şəxsiyyətin mənafelərinin ahəngdarlığı üçün əlverişli şərait yaradır. Bu isə həqiqi demokratiya şəraitində mümkün ola bilər.
Əsl demokratiya orada mövcud ola bilər ki, zəhmətkeşlərin fəaliyyəti onların köklü mənafelərinin reallaşmasına istiqamətlənsin. Sosialist demokratiyasının genişləndirilməsi idarəetmə işlərində, o cümlədən iqtisadi həyatın idarəedilməsi işində kütlələrin fəaliyətinin genişlənməsini, onların qabiliyyət və istedadının, potensial imkanlarının reallaşmasını şərtləndirir. Bunun üçün iqtisadi həyatın tərəqqisi geniş zəmin yaradır.
Sosializmdə demokratiya iqtisadi həyata, iqtisadi münasibətlər sahəsində qanunauyğun şəkildə yayılır, iqtisadi həyatda böyük qüvvə kəsb edir, özünün inkişafı üçün möhkəm mənbə alır. Bununla yanaşı, sosialist tipli demokratiya təkcə iqtisadiyyata deyil, habilə onun sosial-siyasi, ideoloji münasibətlərlə əlaqəsinin mexanizminə də fəal təsir edir.
İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin ləğv edilməsi və sosialist mülkiyyətinin bərqərar olması nəinki məhsuldar qüvvələrin inkişafı üçün hüdudsuz imkanlar açır, habelə ictimai həyatın bütün sahələrinin, o cümlədən iqtisadi həyatın müvəffəqiyyətlə demokratikləşməsi üçün real şərait yaradır.
Tarixi təcrübə marksizm-leninizmin belə bir müddəasını təsdiq etmişdir ki, demokratiyanın real şəkildə həyata keçirilməsi müəyyən iqtisadi münasibətlər sisteminə əsaslanan siyasi qurluşun xarakterindən asılıdır. Demokratiyanın inkişafı prosesi isə cəmiyyətin tarixi inkişafı gedişində həyata keçirilərək, öz növbəsində cəmiyyətin iqtisadi tərəqqisini və digər ictimai həyat sahələrinin tərəqqisini şərtləndirir. Bir tərəfdən, sosialist demokratiyası cəmiyyətin iqtisadi tərəqqisinə əsaslanır, digər tərəfdən iqtisadi tərəqqi zəhmətkeşlərin hüquq və azadlıqlarının daha tam təmin edilməsi üçün bütün demokratik təzahürlərə geniş meydan açılması üçün əsas bünövrə, maddi bazadır.
V.İ.Leninin " Təsərrüfat sahəsində məhz demokratik mərkəziyyəti həyata keçirmək" tələbi var. O, demokratik mərkəziyyətin gücünü onun hər iki cəhətinin - həm mərkəzləşdirilmiş planlı rəhbərliyin, həm də kütlələrin geniş təşəbbüsünün qarşılıqlı fəaliyyətində görürdü. Təəssüf ki, SSRİ-nin son vaxtlarında mərkəzin rolu əsassız olaraq şişirdildi, istehsalatda demokratiyanın inkişafı sözdən əmələ çevrilmədi.
Sosialist demokratiyasının forma və çərçivələri təkcə istehsal problemləri ilə, iqtisadiyyatın tənzim edilməsi ilə əlaqədar deyildir. Sosialist demokratiyasının düzgün, marksist-lenincəsinə anlayışı insan fəaliyyətinin ən mühüm sahəsi olan maddi istesalatdan ayrıla bilməz.

* * *
Sosializmdə idarərtmənin demokratikləşdirilməsi ən önəmli məsələdir. Burjua idarəetmə demokratiyasında yerliçilik, məsuliyyətsizlik və bürokratizm, adamlara rəsmi biganə münasibət adi haldır.

Sosializm cəmiyyətində idarəetmə cəmiyyətin mütərəqqi inkişafının güclü vasitəsidir. Burjua cəmiyyətində isə idarəetmə zəhmətkeşlərin mənafelərinin qarşısına çıxır, onların özgələşməsini təmin edən qüvvə kimi çıxış edir. Sosializmdə idarəetmə isə demokratik xarakter və məzmun kəsb edir.

V.İ.Lenin yazırdı: "...keçmişdə dövləti bu və ya başqa tərzdə varlılar və ya kapitalistlər idarə edirdilər, indi isə ilk dəfədir ki, dövləti məhz kapitalizm zülmü altında saxladığı siniflər idarə edirlər, həm də kütləvi surətdə idarə edirlər". Çünki sovet hakimiyyəti "...hamı üçün açıq olan... bilavasitə kütlənin özü tərəfindən yaradılan hakimiyyətdir, xalq kütləsinin və onun idarəsinin açıq və yaxın orqanıdır".

XX əsrin 70-80-ci illərin qovuşuğunda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu L.İ.Brejnev başda olmaqla ölkədə ən əvvəl subyektiv səbəblərə görə dəyişikliklərin zəruriliyini nəzərə almadı, cəmiyyətdə böhranlı halların artması təhlükəsinin vaxtında və tam şəkildə aradan qaldırılması, sosializm quruculuğunun imkanlarından daha tam istifadə edilməsi üçün aydın xətt hazırlaya bilmədi. Nəticədə sosial-iqtisadi inkişafın yubadılması mexanizmi meydana gəldi, bu yubadılmanın kökləri həm də idarəetmənin mühafizəkar mexanizimində, üslubunda olmuşdur. Kadrların seçilməsi onların işi üzərinə nəzarətə zəhmətkeşlərin təsiri azaldıldı. Kadrların fəaliiyətinə "yuxarıdan" və xüsusilə "aşağıdan" nəzarətin gücləndirilməsi, rəhbər orqanların işinin hamı üçün aşkar olması haqqında Leninin tələblərini pozdular. Nəticədə Qorbaçov, Yeltsin, Kravçuk, Şuşkeviç kimi satqınlar peyda oldu. Bütün bunlar sosialist demokratiyasına vurulan zərbələrdir.

V.İ.Lenin yazırdı: "Dövlət aparatımızı birdən birə bir zərbə ilə on qat artırmaq üçün bizim əlimizdə "ecazkar bir vasitə", heç bir zaman, heç bir kapitalist dövlətinin əlində olmayan və ola da bilməyən bir vasitə vardır. Bu ecazkar iş - dövləti idarə etməyin gündəlik işinə zəhmətkeşləri cəlb etməkdən ibarətdir".

V.İ.Lenin zəhmətkeşlərin ölkənin siyasi və iqtisadi həyatına getdikcə daha çox cəlb edilməsini sosializmin qələbəsinin əsas şərtlərindən biri hesab edirdi. O yazırdı ki, demokratiyanı təbliğ etmək, onu elan edib qərarlaşdırmaq, həmçinin demokratiyanın həyata keçirilməsini nümayəndələrin öhdəsinə qoymaq da kifayət deyildir. Demokratiyanı dərhal aşağıdan kütlələrin öz təşəbbüsü ilə "yuxarıdan nəzarət" olmadan bütün dövlət həyatında zəhmətkeşlərin iştirakı ilə qurmaq, həyata keçirmək lazımdır.

Ötən əsrin 80-ci illərindən başlayaraq SSRİ-də dövlətin idarə edilməsində kütlələrin iştirakının Lenin prinsipi pozulmağa başladı. Halbuki sosialist idarəetməsi cəmiyyət və dövlət işlərinin həll edilməsidə xalqın bilavasitə iştirakını nəzərdə tutur, eyni zamanda cəmiyyətin, kollektivin və ayrı-ayrı şəxsiyyətlərin mənafelərinə xidmət edir.

Burjua dövlətindən fərqli olaraq, istehsal vasitələri üzərində ictimai mülkiyyət, sovet dövlətinin ümumxalq xarakteri, bütövlükdə cəmiyyətin siyasi təşkili sosializmdə idarəetmənin demokratil məzmunun şərtləndirir. Sosialist idarəetməsi digər ictimai-iqtisadi formasiyalardakı idarəetmədən köklü surətdə fərqlənir. Çünki ilk dəfə olaraq idarəetmə elmi əsaslar üzərində qoyulur və demokratik prinsiplərlə təşkil edilir ki bu da ictimai sistem kimi sosializmin üstünlüyünün tamamilə reallaşması üçün imkanlar açır.

Sosialist demokratiyasının ən etibarlı nümunəsi xalq nəzarətidir. Kütləvi demokratik nəzarət sistemi sovet demokratiyasının təminatçısıdır. Çünki müəssisələrdə, idarələrdə, təşkilatlarda, kolxozlarda, xalq nəzarəti qrupları və postları, qəsəbə və kənd deputatları Sovetlərində xalq nəzarəti qrupları var idi. Burjua cəmiyyətində isə xalq nəzarəti yox, hakim burjua nəzarəti keçərlidir.

Həmkarlar ittifaqları sosialist demokratiyasının bariz nümunəsi idi. Sovet həmkarlar ittifaqları ictimai fondların bölgüsünə, kollektivlərin sosial inkişaf planlarının təşkili və reallaşmasına nəzarət edir, xalq istehlakı mallarının istehsal planlarının yerinə yetirilməsini, sosial sığortalaşmaya sərf olunan xərcləri, mənzillərin bölgüsünü, zəhmətkeşlərin mənzil şəraitinin yaxşılaşmasına istiqamətlənən tədbirləri yoxlayır.

Kapitalizmdə həmkarlar ittifaqları müəssisə və idarələrdə əmək haqqında qanuna necə riayət olunmasına nəzarət edə bilmir. Sosializmdə əgər əməyin mühafizəsi haqqında qanun pozularsa, həmkarlar ittifaqları həmin sahədə istehsalı dayandıra bilirdilər. Kapitalizmdə idarə və müəssisələrə hakim olan burjuylar həmkarlar ittifaqlarının nümayəndələrini qapıdan içəri buraxmırlar. İctimai özfəaliyyət burjuaziyanın düşmənidir. Budur, burjua demokratiyasının saxta mahiyyəti!

Sovet cəmiyyətində küçə, ev, məhəllə, kənd və qəsəbə komitələri, könüllü xalq drujinaları, yoldaşlıq məhkəmələri, könüllü yanğınsöndürən drujinaları, valideyn komitələri, mədəni-maarif müəssisələrində və tibb ocaqlarında fəaliyyət göstərən şuralar var idi. Bunlar demokratiyanın təzahürləridir. Kapitalizmdə isə bu təsisatlar yoxdur, olsa bu burjuaziyanın soyğunçu əməllərinə zərbədir. Baxın, sovet vaxtındakı mənzil - tikinti idarələri əvəzinə indi mənzil-tikinti kooperativləri (MTK) yaradıblar. Əslində bunlar burjuaziyanın fırıldaqçı şəbəkəsidir, bir evi bir neçə adama satmaqları barədə kifayət qədər faktlar var. Hələ mənzillərin istifadəyə verərkən vətəndaşları aldatmalarını demirəm. Utanmadan buna demokratiya deyirlər!

Sosialist demokratiyasının gücü könüllü cəmiyyətlərin geniş şəbəkəsində idi. Xalqın sosialist özünüidarə sistemi demokratiyanın bəhrəsi idi.

* * *

Xalqın sosialist idarəetməsi ən əvvəl xalqın iradəsini ifadə edən və onun mənafeyini qoruyan dövlət orqanları vasitəsilə həyata keçirilir. Dövlət hakimiyyətini və xalqın özünüidarəsini vahid siyasi sistem halında üzvi şəkildə birləşdirən sosializm quruculuğunun ən böyük üstünlüklərindən biri məhz bundan ibarətdir. V.İ.Lenin yazırdı: "Deputatlar Sovetləri elə dövlət tipidir ki, burada... xalq özü özünü idarə edir. Burjua parlamenti bu həqiqətdən çox uzaqdır.

Əslində ümumxalq dövləti ideyasının özü konkret şəkldə əsl demokratiya tam hakimiyyətə malik olan xalqın özünüidarəsi deməkdir. Çünki qanunvericilik və icracılıq səlahiyyətini öz əlində birləşdirən Sovetlər bütün siniflərin və sosial qrupların, bütün millətlərin və xalqların, zəhmətkeşlərin bütün nəsillərinin nümayəndələri seçilir. Burjua parlamentinə isə kapital sahibləri guya ki, seçilir, əslində vahid mərkəzdən təyin olunurlar.

Tarixdə ilk dəfə olaraq sosializmdə əmək istismardan azad olan işçilərin ictimai işinə çevrilmişdir. Bilavasitə istehsalçı eyni zamanda istehsal vasitələrinin kollektiv mülkiyyətçisi olduqda isə hər kəsin həm özü üçün, həm də cəmiyyət üçün işləməsinə imkan açılır. Bu da öz növbəsində ümumxalq mənafeyinin, kollelktiv və şəxsi mənafelərin ahəngdar şəkildə əlaqələndirilməsi üçün şərait yaradır. Kapitalizmdə isə tamamilə bunun əksinədir, insanın insana qənim kəsilməsindən başqa yaşamaq yolu yoxdur.

Sosialist əmək kollektivlərində özünüidarə öz təbiətinə görə adamların elə sərbəst birliyidir ki, həmin birliklərdə fəhlələr, qulluqçular yoldaşcasına əməkdaşlıq və qarşılıqlı yardım şəraitində işləyirlər. Burjuaziyanın nəzarətində olan işçi kollektivlərində isə bu mümkün deyil.

Sosialist əmək kollektivinin əsas formalarından biri əsl özünüidarə prinsipləri ilə fəaliyyət göstərən kolxozdur. SSRİ-nin son illərində bu prinsiplərin sovxozlara da aid edilməsi, orada bütövlükdə təsərrüfatın və ayrılıqda onun hər bir üzvünün hüquqlarını və vəzifələrini müəyyən edən müvafiq nizamnamə işlənib hazırlanması, rəhbər vəzifələrin seçkili olması zəruriyyətə çevrilmişdi. Çünki özünüidarə əsaslarının bu cür inkişafı hər bir işçinin fəallığının və məsuliyyətinin artmasına xeyli dərəcə kömək edir.

Sovet hakimiyyəti sosialist özünüidarə sistemində ictimai təşkilatların rolunun yüksəldilməsinin böyük əhəmiyyətini nəzərə alaraq, dövlət orqanlarının yalnız müvafiq ictimai birliklərin iştirakı və qabaqcadan razılığı ilə həll edə biləcəkləri məsələlərin dairəsini genişləndirməyi zəruri hesab etmiş, bir sıra hallarda onlara idarəetmə qərarlarının həyata keçirilməsini dayandırmaq hüququ vermişdir.

SSRİ-də ictimai təşkilatlar, o cümlədən qadın şuraları, Ümumittifaq müharibə və əmək veteranları təşkilatı sosial problemlərin geniş bir dairəsinin həllinə ciddi təsir göstərirdilər. SSRİ Ali Soveti deputatların üçdə bir hissəsini qadınlar təşkil edirdi.

Əsl demokratiyanın təsir gücü onun sosial bazasının nə dərəcədə geniş olmasından, demokratiyanın genişləndirilməsi üçün ehtiyatlardan və imkanlardan necə istifadə edilməsindən asılıdır. Ona görə də sovet demokratiyasının sosial bazası ardıcıl genişləndirilirdi, ictimai həyatda hər bir vətəndaşın, veteranların və gənclərin, bitərəflərin, qadınların, əhalinin bütün təbəqələrinin nümayəndələrinin fəal iştirakı təmin edilirdi. Bu təminatı siz burjua demokratiyasının sosial bazasında tapa bilməzsiniz.

Sovet cəmiyyətində xalqın sosialist özünüidarəsinin bütün vəsiləlırinin müstəqilliyi və fəallığı təmin edilmişdi. İdarəetmə qərarların işlənib hazırlanmasında və icrasının yoxlanmasına fəal təsir göstərmək üçün hər bir vətəndaşa real imkanlar yaradılmışdı.

* * *

Bu, həqiqətdir ki, Sovet Sosialist Respublikalaında (SSRİ) milli əsarətin və milli hüquq bərabərsizliyin bütün formaları və təzahürləri ləğv edilmişdi. Xalqların sarsılmaz dostluğu, milli mədəniyyətinə və milli ləyaqətinə hörmət bərqərar olmuş və bu on milyonlarla adamın şüurunda kök salmışdı. Sovet xalqı iqtisadi mənafeyin, ideologiyanın və siyasi məqsədlərin vəhdəti ilə sıx birləşmiş keyfiyyətcə yeni sosial və beynəlmiləl birliyə çevrilmişdi.
Beynəlxalq imperializmin qanlı mənbəyi ABŞ - İngiltərə cütlüyü kapitalın gücü ilə ilk zərbəni bu birliyə vurdu. İmperializmin bu şər qüvvələri yaxşı bilirdilər ki, millətlərin iqtisadiyyatı və mədəniyyətinin çiçəklənməsi sovet adamlarının maddi rifahını artırılmasını, mədəni, təhsil səviyyəsinin yüksəldilməsini şərtləndirir. Sovet adamlarının mədəni səviyyəsi - siyasi yetkinliyi, şüurluluğu, marksist-leninçi əqidəliliyi nə qədər yüksək olursa, onların istehsal və ictimai-siyasi fəallığı bir o qədər artır.
Sosializm şəraitində demokratiya ictimai həyatın ən mürəkkkəb sahələrindən biri olan milli münasibətlər sahəsinə də yayılaraq, milli münasibətlərin tərəqqisinin qüdrətli amilinə çevrilmişdi.
Millətlərin azadlığı və bərabərliyi əsasında milli məsələnin həll edilməsi tələbi hələ kapitalizmin yüksələn xətlə inkişafı dövründə burjua demokratiyası tərəfindən irəli sürülürdü. Lakin milli məsələ hec vaxt və heç yerdə burjua cəmiyyəti şəraitində özünün real həllini tapmamışdı. Üstəlik kapitalizmin bütün tarixi onu sübut edir ki, milli və irqi ayrı-seçkilik, milli zülm və əsarət kapitalizm qurluşu üçün dəyişməz əlamət olaraq qalır.
Bütövlükdə burjua dövlətinin xarakter xüsusiyyəti, xüsusilə milli münasibətlərdə onun təzahürləri formal hüquqi xarakter daşıyır. Burjua demokratiyasının əksinə olaraq, sosialist demokratiyası millətlərin hüquq bərabərliyi, milli və irqi bərabərliyi prinsiplərini real şəkildə həyata keçirilməsini diqqət mərkəzində qoyur.
Sosialist inqilabının qələbəsi nəticəsində milli zülmün ləğv edilməsi, xalqların hüquq bərabərliyi və azadlığının təmin edilməsi tarixi əhəmiyyət kəsb etmişdir. Lakin millətlər arasında faktiki olaraq iqtisadi, siyasi və mədəni bərabərlik inqilanba qədər əsarət altında olan xalqların əsrlər boyu davam edən geriliyinin aradan qaldırılmasına qədər mümkün olmamışdır. Sovet hakimiyyətinin ilk illərində SSRİ-də bütün millətlərin inkişaf səviyyəsi eyni deyildi. Belə ki, bir qrup xalqlar Oktyabr inqilabına qədərki dövrdə kapitalist inkişafı mərhələsini keçərək burjua milləti kimi formalaşmışdılar. Onlar az və ya çox dərəcədə inkişaf etmiş sənayeyə, özlərinin milli mədəniyyətinə, milli fəhlə sinfi kadrlarına və ziyalılarına malik idilər: ruslar, ukraynalılar, beloruslar, azərbaycanlılar, gürcülər, latışlar, litvalılar, estonlar, moldaviyalılar, tatarlar (Volqaboyu) və b. SSRİ-nin bir çox xalqları oktyabraqədərki dövrdə kapitalist inkişaf mərhələsinə daxil olmuşdular, lakin bu mərhələni keçə bilməmişdilər. Bu xalqlarda feodal qalıqların bir çox münasibətləri saxlanılmışdı. Onlar burjua millətlərinin formalaşmasının yalnız başlanğıc mərhələsində idilər.
Bir qrup xalqlar Oktyabraqədərki dövrdə feodal, feodal-patriarxal inkişaf mərhələsinə idilər. Onlar burjua milləti kimi formalaşma prosesinə qədəm qoymamışdılar. İnsan birliyi kimi xalq səviyyəsində idilər. Məsələn, qırğızlar, qaraqalpaqlar, marilər, udmurtlar, yakutlar və başqaları bu qəbildən idilər. Nəhayət elə tayfalar, xırda xalqlar var idi ki, onlar patriarxal münasibətləri saxlayır, əsas etibarı ilə maldarlıq, ovçuluq və balıqçılıqla məşğul olurdular. Uzaq Şərq, Uzaq Şimal, Sibirin bir çox xırda xalqları və tayfaları, Qafqazın və Orta Asiyanın dağlıq yerlərində yaşayan xalqları bunlara aiddir.
Lenin milli siyasətinin həyata keçirilməsi, xalqların hüquq bərabərliyini faktiki şəkildə təmin edilməsi SSRİ-də sosializm quruculuğu prosesində, sənayeləşdirmə, kollektivləşdirmə və mədəni inqilabın həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Sovet hakimiyyəti illərində SSRİ-nin bütün xalqları öz inkişafında böyük müvəffəqiyyətlər qazanmışlar. Bütün müttəfiq respublikalarda güclü sosialist sənayesi, iri mexanikləşdirilmiş kənd təsərrüfatı yaradılmış, ixtisaslı fəhlə sinfi kadrları, xalq təsərrüfatı mütəxəssisləri yetişmişdi. Respublikalar, millət və xalqlar arasındakı fərqlər xalq təsərrüfatının bu və ya digər inkişaf səviyyələrində, mütəxəssislərin, elmi işçilərin sayında və s. özünü göstərirdi.
Məhz sovet qurluşu, yeni tipli demokratiya sayəsində keçmişdə geridə qalan, yadda çıxan xalqlar özlərinin yaradıcı potensialını üzə çıxara bilmiş, qısa tarixi müddətdə sosialist tərəqqisi yoluna sıçrayış etmişlər. İndi həmin millət və xalqlar sovet qurluşundan faydalandıqlarını unutmamalıdırlar!
Sosialist demokratiyasının parlaq təzahürlərindən biri ondan ibarətdir ki, sovet cəmiyyətində bütün xalqlar sosialist millətləri ilə bərabər ictimai həyatın bütün sahələrində eyni hüquqdan istifadə edirdilər.
Sosialist millətlərinin və xalqlarının hərtərəfli tərəqqisi, onların iqtisadiyyatının, mədəniyyətinin və sovet milli dövlətinin inkişafı sosialist demokratiyasının inkişafı və təkmilləşdirilməsinin mühüm təzahürlərindən biridir. Çoxmillətli tərkibə malik olan bir ölkədə əsl demokratiya millətlərin azadlığı və hüquq bərabərliyi, onların dostluğu qarşılıqlı əməkdaşlıq və qardaşcasına yardım münasibətlərinin inkişafı ilə üzvi surətdə əlaqəli idi. Bu isə həm ayrı-ayrı millətlərin, həm də bütövlükdə cəmiyyətin tərəqqisini şərtləndirirdi.
Sovet İttifaqında geridə qalan xalq yox idi. Millətlərin faktiki bərabərliyi real gerçəkliyə çevrilmişdi. Əlbəttə, bu o demək deyildi ki, onların iqtisadiyyat və mədəniyyətin inkişaf səviyyəsində bütün fərqlər aradan qaldırılmışdı.
Sosialist millətləri insan birliyinin elə bir tarixi formasını özündə əks etdirir ki, onların sosial təbiəti zəhmətkeşlərin yaradıcı fəallığının artması üçün qeyri-məhdud imkanlar açır. Burada sosialist millətlərin böyük mütərəqqi rolu üzə çıxır. Bu millətlərin iqtisadi əsası olan sosialist istehsal münasibətləri hər bir millətin daxili həyatında mövcud olan antaqonizmi istisna edir və onların monolit birliyinə xidmət edirdi. Sosialist millətlərinin iqtisadi həyatının ümumiliyi hər bir millətin bütün üzvlərinin iqtisadi mənafelərinin və məqsədlərinin ümumiliyini özündə əks etdirirdi. Bu millətlərin daxilində sinfi antaqonizmlərin olmaması, siniflər və sosial qruplar arasında yoldaşcasına əməkdadaşlıq və qarşılqlıqlı kömək münasibətləri millətlərin monolit birliyinə səbəb olmuşdu. Sovet sosialist dövləti bu millətlərin siyasi əsası kimi bütün sovet millətlərinin azad və bərabər hüquqlu inkişafını təmin edirdi. Nəhayət, fəhlə sinfinin aparıcı rolu və Kommunist Partiyasının rəhbərliyi, beynəlmiləl ideologiyanın hökmranlığı əsasında sosialist millətlərinin tərəqqisi qanunauyğun hal almışdı.
Bütün sovet gerçəkliyi insanların şüurunda belə bir ideyanın kök salmasına səbəb olmuşdu ki, ölkənin müvəffəqiyyətləri bütün millət və xalqların yoldaşcasına əməkdaşlığın və qarşılıqlı köməyin nəticəsidir. Buna görə də belə əməkdaşlıq və qarşılıqlı kömək münasibətləri nə qədər sıx və möhkəm olarsa, sosializm cəmiyyətinin tərəqqisi bir o qədər müvəffəqiyyətlə gedə bilər. Bu isə sovet xalqının yaradıcı fəallığının artmasında stimullaşdırıcı rol oynayırdı.
Sovet milli dövlət qurluşu millətlərin hərtərəfli iqtisadi və mədəni inkişafının, onların daha da yaxınlaşmasının siyasi forması idi. Buna görə də sovet milli dövlət qurluşunun möhkəmlənməsi cəmiyyətin tərəqqisi prosesində zəhmətkeşlərin yaradıcı fəallığının artmasının əsas mənbələrindən biri idi.
Sovet milli dövlət qurluşu iqtisadi, siyasi və mədəni quruculuğun ümumi beynəlmiləl vəzifələrinin həll edilməsində mühüm vasitə idi. Bu vəzifələr hər müttəfiq respublikanın, muxtar vilayətin və milli mahalın, bu və ya digər millətin və xalqın xarakter xüsusiyyətlərini nəzərə almaqla, konkret şəraitinə tətbiq edilməsi ilə yerinə yetirilirdi.
Bütün burjua millətləri iki əks qütbə - istismarçı azlığa və istismar olunan çoxluğa bölünmüşdür. Bunlar arasında barışmaz antaqonist mənafelər mövcuddur. Fəhlələri, bütün zəhmətkeşləri daha çox istismar etmək məqsədilə kapitalizmdə elm və texnikanın nailiyyətləri burjuaziya tərəfindən istifadə edilir. Yalnız sosialist inqilabının qələbəsi nəticəsində sosial və milli zülmün ləğv edilməsi əsasında millətlərin hərtərəfli çiçəklənməsi üçün zəmin yaranır. Müvəffəqiyyətli sosializm quruculuğu, bütün istismarçı siniflərin ləğv edilməsi, milli münasibətlər sahəsində sosialist demokratiyası prinsiplərinin geniş yayılması nəticəsində milli məsələ həll edilir, millətlərarası dostluq və əməkdaşlıq münasibətləri formalaşır.
Kapitalizm şəraitində millətlərin yaxınlaşması əsasında məhsuldar qüvvələrinin inkişafının obyektiv, mütərəqqi prosesi durur ki, bu da milli hədlərin dağılmasına aparıb çıxarır. Lakin burada millətlər arasınada hədlərin dağılması və millətlər arasında əlaqələrin inkişafı zorakılıq yolu ilə, böyük güclü millətlərin zəif, azlıq təşkil edən millətlərə təzyiqi, hərbi işğalçılıq yolu ilə baş verir.
Kapitalizm şəraitində millətlərin yaxınlaşması milli zülmə, millətlərin qeyri bərabər inkişafına, millətlər arasında antaqonizmə səbəb olur.
V.İ.Lenin hələ Oktyabraqədərki dövrdə dəfələrlə göstərirdi ki, biz millətlərin yaxınlaşmasına tərəfdarıq, lakin zorakılıq yolu ilə deyil, demokratik könüllülük əsasında yaxınlaşma tərəfdarıyıq. Millətlərin bu cür könüllülük əsasında yaxınlaşması yalnız sosialist inqilabının qələbəsindən sonra mümkün oldu.
V.İ.Lenin yazırdı: "Burjua demokratiyası öz təbiətinə görə ümumiyyətlə bərabərlik, o cümlədən milli bərabərlik məsələsini mücərrəd və ya formal şəkildə qoyur. Burjua demokratiyası ümumiyyətlə insan şəxsiyyətinin bərabərliyi pərdəsi altında mülkiyyətçi ilə proletariatın, istismarçı ilə istismar olunanın formal və ya hüquqi bərabərliyini elan edir, bununla da məzlum sinifləri çox böyük bir dərəcədə aldadır".
Millətlərin hüquq bərabərliyini yalnız formal surətdə elan edən burjua demokratiyasının əksinə olaraq, sosialist demokratiyası zəhmətkeşlərin sosial və milli mənafelərini, hüquq və azadlıqlarını etibarlı şəkildə müdafiə edir.




Все реакци

Отправить комментарий

0 Комментарии