Recents in Beach

HƏSƏNOV RƏHİM HƏSƏN OĞLU

Beynəlxalq kommunist və fəhlə hərəkatına ağır itgi üz vermişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat məsələləri üzrə katibi Rəhim Həsən oğlu Həsənov 5 aprel 2024-cü ildə ömrünün 73-cü ilində vəfat etmişdir.
Rəhim Həsənov 1951- ci ilin 25 iyununda Sumqayıt şəhərində anadan olmuşdur.
1958-ci ildə Sumqayıt şəhər 17 nömrəli məktəbin 1 sinfinə getmişdir. 1960 ildən həmin məktəb 8 nömrli olmuş və təhsilini həmin məktəbdə 8 sinfə qədər davam etdirmişdir. 1966-cı ildən Sumqayıt şəhər 12 saylı məktəbin 9 sinfinə getmiş və 1968-ci ildə həmin məktəbin 10 sinfini bitirmişdir.
1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Heft və Kimya İnstitutunun Sumqayit filialının energetika fakültəsinin axsam şöbəsinə daxil olmuşdur. Həmin ilin avqust ayında Sumqayıt 4 saylı fəhlə- gənclər məktəbində laborant kimi əmək fəaliyyətinə başlamışdır.
1969-cu ilin sentyabr ayından ixtisası üzrə 1 saylı İstilik- Elektrik Stansiyasında elektrik kimi işə düzəlmişdir. May 1970- ci ilə qədər orda çalışmış və may ayında hərbi xidmətə çağrılmışdır. May 1970- may 1972 –ci ilə kimi hərbi xidmətdə olmuşdur.
1972-ci ilin iyun ayından köhnə iş yerinə - 1 sayl İEM-ə işə qayıtmış və orada 1979-cu ilin avqust ayına kimi elektrik sexində elektrik montyoru, növbə rəisi vəzifələrində işləmişdir.
1979-ci ilin avqust aindan yanvar 1984-cü ilin dekabr ayına kimi Sumqayıt Mexaniki təmir Zavodunda böyük mühəndis kimi çalışmışdır.
1980 cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leniniz Universitetinin Sumqayıt filialını bitirmişdir.
Yanvar 1984 cü ildən fevral 1991 cı ilə kimi Azərbaycan Kommunist Partiyası Sumqayit Şəhər Partiya Komitəsinin təşkilat şöbəsində çalşmışdır.
Yanvar 1991- cı ildə Azərbaycan Kooperativ və digər formalı azad sahibkarlıq işçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər təşkilatına sədr seçilmişdir.
Aprel 1997-ci ildə həmin təşkilat birləşmə nəticəsində noyabr 1997-ci ildən Azərbaycan Sahibkarlar İttifaqı Müstəqil Həmkarlar İttifaqı - elm, elmi istehsalat, özəl müəssisələri işçiləriin müstəqil Sumqayit şəhər komitəsi adlanmışdır.
1998- ci il dekabr ayı daxil olmaqla Azərbaycan Sahibkarlar İttifaqı Müstəqil Həmkarlar İttifaqında işləmişdir. Və həmin vaxtdan fevral 2000 –ci ilə kimi “FANAR” kiçik müəssisəsində direktor müavini vəzifəsində çalışmışdır.
Fevral 2000-ci ildən aprel 2002-ci ilə qədər ASEEİMİ Müstəqil Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsində sədr müavini işləmişdir.
Aprel 2002 ci ildən dekabr 2007 cimilə kimi Sumqayıt “ULVİN-92” firmasında direktor müavini vəzifəsində işləmişdir.
Fevral 2014 Azərbaycan Dəmir Yolları -Dəmir Yollalarının və Texniki qurğularının təmir- tikinti departamentində İstehsalat və texniki nəzarət şöbəsində 1 dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunmuşdur.
Fevral 2015-ci ildən aprel 2016 cı ilə kimi departamentin Mənzil və qeyri yaşayış sahələrinin uçotu nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
1992 ci ilin sentyabrından Azərbaycan Kommunist Partiyasının bərpasında bilavasitə iştirak etmiş və xüsusi əmək sərf etmişdir.
Sovet İttifaqı Kommunist Partiyası - Kommunist Partiyaları İttifaqının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur.
Sovet İttifaqı Kommunist Partiyası - Kommunist Partiyaları İttifaqının Mərkəzi Nəzarət - Təftiş Komissiyasının üzvü olmuşdur.
İki dəfə Lenin ordeni, Stalin və Böyük Oktyabr Sosialist İnqilabı ordenləri və digər medallarla təltif olunmuşdur.
Sədaqətli və mübariz kommunist, səmimi və təvazökar insan Rəhim Həsən oğlu Həsənovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Sergey Aleksandroviç Mazqavoy, Viktor Arkadeviç Tyulkin, Telman Nurullayev, Ədalət Abdinov, Şıxbaba Rzayev, Müslət Əzizov, Qəhraman Qəhramanov, Kəmalə İbrahimova, Əlirza Cəfərov, Nizami Fətullayev, Əli Babayev, Feyruz Bağırov, Malik Qafarov və Fərman Muradov

 

Отправить комментарий

0 Комментарии