Recents in Beach

Opportunislər, reformistlər və anarxistlər burjuaziyadan da təhlükəlidir




Burjuaziya
 zəhmətkeş sinif üçün nə qədər təhlükəlidirsə, onu süfrəsinin qırıntılarından qidalanan burjua partiyaları ondan da təhlükəlidir. Onlar it sahibinin boxçasını qoruduğu kimi, öz ağalarının mənafeyini qoruyurlar. Zəhmətkeş sinfi  kapitalizm qurluşunun inqilabi yolla devrilməsi məsələsindən uzaqlaşdırmaq üçün bu burjua nökərləri istənilən metodlara əl atırlar.

Birinci növbədə bunlar öz aralarında kimin daha yaxşı xidmət edəcəyi prinsiplərinə əsaslanaraq, hakimiyyətə gəlmək uğrunda bir-biriylə mübarizə aparırlar. Mətbuat, televiziya, bir sözlə nə qədər informasiya vasitələri var, ondan istifadə edərək bar-bar bağırmaqla xalqı inandırmağa çalışırlar ki, onlar hakimiyyətə gələrlərsə insanların sosial hüquqlarını bərpa etməklə, xalqa xidmət edəcəklər. Ancaq tamamilə əksinədir. Onlar insanın insan tərəfindən istismarını dövlət qanunlarına çevirmiş burjua ağalarına demək istəyirlər ki, mən hazırda sənin arzu və istəklərinə xidmət edəndənlərdən daha artıq sənə xidmət edəcəyəm. Onlar özləri də çox gözəl bilirlər ki, bu quruluşda seçib seçilmək hüququ sadəcə kağız üzərində gedən proseslərdir. Burda, ancaq burjuaziya özünün isdədiyi namizədi seçir.

K.Marks bu məsələyə çox gözəl aydınlıq gətirərək deyir: Müasir dövlət hakimiyyəti burjuaziyanın mənafeyinə xidmət edən bir komutədir. Əgər o onlara onların istədiyi formada xidmət etməsə, həmən onu ordan uzaqlaşdırıb, onun yerinə ondan daha yaxşı xidmət edəni gətirirlər.

Hal-hazırda bütün dünyada gedən müharibələr, çaxnaşmalar bu qüsurlu əsaslar üzərində qurulmuş kapitalizm qurluşunun daxili ziddiyətlərindən doğan imperialist müharibələridir. Ancaq biz burjuaziyanı ortada aydın sürətdə görmürük. Ona görə onu aydın sürətdə görə bilmirik ki, o öz arzu və istəklərini bu komutə vasitəsiylə həyata keçirir. Yəni başda prezidentlər olmaqla, onların ətrafında fəaliyyət göstərən komitə üzvləri vasitəsiylə. Bu komitəyə xidmət etmək üçün daim öz aralarında mübarizə aparan burjua partiyaları burjuaziyanın mənafeyinə tam uyğun gəlir. Onlar daima xalqın diqqətini yayındırır, həm də tez-tez bu komitəni təzələdiklərinə görə xalq günahı daha çox bu komitələrdə görür.

Burjuaziyaya xidmət edən bu partiyalardan ən qorxulusu burjuaziya tərəfindən komunist partiyasının daxilinə yeridilmiş opportunislər, reformistlər və anarxistlərdir. Yoldaşlar, bütün bunlara markisistcəsinə tam formada izah gətirmək üçün elmi kommunizmə müraciət edərək,V.L.Leninin bunlara qarşı mübarizə nəzəriyyəsini göstərəcəyəm.

XIX əsrin axırlarına doğru markisizm müxtəlif xırda burjua sosializm nəzəriyyələrinə qalib gəldi və onları sıxışdırıb aradan çıxardı. Həmin nəzəriyyələrin yerini elmi kommunizmin yeni düşmənlərı - peformizim, sağ və sol opportunizm tutdu. Reformistlər və sağ opportunistlər hesab edirdilər ki, inqilabi fırtınalar vaxtı keçib getmişdir.

Buna görə sinfi mübarizədə sosialist inqilabı və ploretariat diktaturası haqqında markisizm təlimi güya köhnəlmişdir. Onlar ön plana islahatlar haqqında mübarizəni çəkirdilər. “Sol” opportunistlər deyirdilər ki, tarixi prosesi tələsdirmək lazımdır. Güya, inqilabı iş nəticə etibarı ilə yalnız inqilabçıların əhval ruhiyyəsindən, iradə və səylərindən asılıdır.

Fəhlə hərəkatında təftişçilik meyilləri hələ Markisin və Engelsin sağlığında özünü göstərməyə başlamışdı.

1879-cu ildə illik sosial-reformist məcmuəsində E.Brenşteyn, K.Şramm və K.Hehberqin sosial demokratik hərəkatının yalnız dinc, reformist xarakter daşımalı olmasını iddia edən birgə məqaləsi – opportunizmin bu proqram xarakterli məqaləsi dərc olunduqda Markis və Encels həmin məqalə müəlliflərinin partiyadan xaric olunmasını tələb etdilər. Opportunistlər Engelsin vəfatından sonra xüsusilə fəal hərəkət etməyə başladılar. Brenşteynin “Sosializmin müqəddəm şərtləri və sosial demokratiyanın vəzifələri” (1899) kitabı, Leninin dediyi kimi markisizm daxilində olan və bütün xətt boyu markisizmdən uzaqlaşan bir cərəyanın manifesti olmuşdur. Brenşteyn sosialist inqilabı və proletariat diktaturası haqqındakı təlim üzərinə qəzəblə hücum edirdi. O, sosializmi elmi surətdə əsaslandırmağın mümkünlüyünü rədd edir, “hərəkət hər şey, son məqsəd isə heç nədir” şüarını irəli sürürdü.

Brenşteyn kapitalizm çərçivəsi daxilində proletariatın iqtisadi vəziyyətinin yaxşılaşmasına yönəlmiş islahatlar uğrunda mübarizəni fəhlə hərəkatının əsas vəzifəsi elan edirdi.

XIX əsrin əvvəllərində opportunizm beynəlxalq xarakter aldı. Bu və ya dəgər dərəcədə bütün sosialist fəhlə partiyalarında meydana çıxdı. Reformizim tədriclə II İnternasionalın dəyişilib sosial reformist təşkilatlara çevrilmiş partiyaların ideologiyası oldu.

Rusiyada yaxınlaşmaqda olan sosialist inqilabi şəraitdə təftişçilik sağ opportunizm böyük bir təhlükə idi. Opportunistlər sinfi mübarizədən, inqilab və proletariat diktaturasından imtina edir, bütün işi kapitalizmi islahat yolu ilə tədricən dəyişdirməkdən ibarət hesab edirdilər. “Tənqid azadlığı” markisizmi “yeniləşdirmək” bayrağı altında onlar fəhlə sinfini inqilabi təlimdən üz döndərirdilər.

Lenin markizm nəzəriyyəsinə təftişçi “yeniləşdiricilərin" nə kimi yenilik gətirdikləri sualına belə cavab verərək yazırdı: “Əsla heç bir şey Marks və Encelsin inkişaf etdirməyi bizə tapşırdıqları elmi onlar bir addımda irəlilətməmişlər. Onlar proletariata heç bir yeni mübarizə üsulu öyrətməmişlər. Onlar geri qalmış nəzəriyyələrin tör-töküntülərini götürməklə proletariata mübarizə nəzəriyyəsini deyil, güzəştə getmək nəzəriyyəsini proletariatın ən qəddar düşmənlərin sosialistləri təqib etmək üçün yorulmadan yeni vasitələr axtaran hökumətlərə və burjua partiyalarına güzəştə getmək nəzəriyyəsini təbliğ etməklə, yalnız geriyə doğru addım atmışlar. Lenin göstərmişdi ki, opportunizm burjua ideologiyasının mrkisizmə qarşı mübarizə formasıdır. “Markisist həqiqətləri burjuacasına axtalamaqdır”. “Köhnə” markisizmi bir kənara atmaq və onu “yeni” burjua təlimi ilə əvəz etmək çəhdidir. (Elmi kommunizm" kitabı I fəsil).

Yoldaşlar, elmi kommunizmdən sistat gətirməklə, bir daha nəzərinizə müasir dövrümüzdə gedən “proseslərə” Markisistcəsinə, Lenincəsinə yanaşmağımızın zəruriliyini göstərmək istədim. Qızıl yerin tərkində min illər qalsa da ləkə götürmədiyi kimi markisizm, leninizmdə müasir dövrümüzdə belə bütün burjua nəzəriyyələrindən, opportunist, preformist cərəyanlarından şox-çox yüksəkdə dayanaraq bəşər tərəqqisinin ən yüksək pilləsi olan insanın-insan tərəfindən istismarını kökündən kəsən kommunizm qurulması yollarını göstərir.

Müasir dövrümüzdə burjuaziyanın kommunist partiyalarına qarşı ən çox istifadə etdiyi metodlardan başlıcası daim kommunist partiyalarının daxilinə bu opportunistləri, reformistləri və eqaizm qarışıq anarxistləri yerləşdirmək, onu bir qüvvə kimi birləşməyə qoymamasıdır. Markısın, Leninin dövründən bir balaca fərqli olaraq indiki opportunistlər, reformistlər daha çox təftişçiliyə üstünlük verərək, bu müharibələri, çaxnaşmaları 70 il ərzində bir yol keçmiş, keçdiyi yollarda təhsil məktəbləri, tibb ocaqları, insan hüquqlarının qorunması məzlum xalqların müdafiəsi prinsipini əsas tutan SSRİ-nin üzərinə yıxmağa çalışırlar. Ən pisi də odur ki, onlar bu əməllərini həyata keçirmək üçün televiziya, radio bir sözlə bütün informasiya vasitələri ilə evlərə soxularaq V.İ.Leninin, İ.V.Stalinin proletariat diktaturasını qorumaq üçün xalq düşmənlərini qırmağını təbliğ edərək, dolayı yollarla sosializm qurluşuna qarşı nifrət yaratmağa çalışırlar. Müasir burjua statistikasına əsasən 600.000-dən 1,8 milyona qədər günahsız insan bu represiyaların qurbanı olub. Sosializmin möhkəmlənməsində biz kommunistlər bunun nə dərəcə şişirdilmiş olduğunu bisək də qəbul edirik. Çünki bu istismarsız bir quruluş olan sosializm qurluşunun möhkəmlənməsi üçün vacib idi. Bu insanların içərisində yüzdə biri ola bilsin ki, müəyyən dərəcədə günahsız idi. Qalanları zəhmətkeş sinfin qanı bahasına, canı bahasına yaratdığı sərvətlərin əlindən alınması üçün can atan burjua-qolçamaq tör-töküntüləri idi. Baxın bu bizim əqidəcə kommunist olanların, kamil bir insan kimi etirafıdır.

Bəs siz niyə etiraf etmirsiniz? Burjua nökərləri etiraf edin: - 1648-ci ildən yəni sizin burjua ağalarınız tarix səhnəsinə çıxandan bəri nə qədər günahsız insan qanı tökmüşdür. Özünüz çox gözəl bilirsiniz ki, bunları sadalamaqla bitən şey deyil. Ancaq sizin bunları deməyə ixtiyarınız olmadığını bildiyim üçün mən təkcə XX əsrdə ağalarınız tərəfindən törədilmiş müharibələrdən ikisinin nə qədər insan qanını tökdüyünü deyəcəyəm. Birinci dünya müharibəsində 10 milyon, İkinci Dünya müharibəsində 60 milyon. Deyin, bütün bunlarla müqayisədə cinayətkar daha çox siz və sizin ağalarınızdır, yoxsa məzlum sinfin qorunmasında mübarizə aparmış kommunistlər? Bilirəm deməyəcəksiniz, çünki sizin əqliniz kor olduğu üçün nəfsin quluna çevrilmisiniz. Siz əqlin verdiyi qərarla deyil, mədənizin arzu və istəkləriylə dünyanı duyub düşünürsünüz. Bu arzu istəklərinizi həyata keçirməkdən ötrü zəhmətkeşlərin qanını soran burjuaziyanın əyninə demokratiya pərdəsi arxasında min bir don geydirirsiniz. Ancaq bu donlar nə qədər bər-bəzəkli, təm-təraqlı olsa  belə, onun daxilindəki iyrənc ziddiyyətli bicini gizlədə bilmirsiniz.

Müasir dövrümüzdə sizin ağalarınız zəhmətkeş sinfi daim istismar altında saxlamaq üçün dünənki sələflərindən də çox cinayət törədirlər. Onlar öz sələflərindən irəli gedərək narkomaniyanı, işsizliyi, bank kreditlərini, kommunal xidmətləri, təhsil sistemini, səhiyyəni və bu kimi başqa şeyləri elə bir vəziyyətə salıblar ki, xalq bu istismar altında inildəyir. Artıq insanlar ölümdən çox mövcud kapitalizm quruluşundan qorxurlar. Bütün bunlar nə qədər dözülməz olsa da, artıq sosializmin az-çox bəhrəsini görmüş zəhmətkeş sinif bu iyrənc ziddiyyətli çürük qabığa sığmayacaq.

Yoldaşlar, sizə, əqidəcə kommunist olan insanlara üzümü tutub bir komminist kimi deyirəm: Birinci növbədə bu daxilimizə soxulmuş anti-markisistlərə, anti-leninçilərə, anti-stalinçilərə qarşı mübarizə aparmalıyıq. Bunun üçün də biz elmi kommunizmi öyrənməliyik ki, burjuaziya bu mikroblar vasitəsilə partiyamızı parçalaya bilməsin. Əgər bunu edə bilməsək, beynalxalq bir qüvvə olan kommunist partiyasına çevrilə bilməyəcəyik.

Vüsal Həsənoğlu,                                                                                                  

marksist-leninçi

Отправить комментарий

0 Комментарии