26 martın 2025-ci ildə Vladimir Putinin ilk dəfə Rusiya Federasiyasının prezidenti seçilməsinin 25 ili tamam olur. Bu müddət ərzində qonşu Rusiyada baş verən əsas dəyişikliklər hər kəs üçün maraqlıdır.
Əvvəla Putindən əvvəl Yeltsin Rusiyaya xəyanət və onun alçaldılması dövrünü bacardıqca uzatmışdı. Defoltdan sonra kommunistlər Dumada Yeltsinin impiçment məsələsinə baxılmasını təklif etdilər. Bir ildən artıq Dumada Yeltsinin bütün cinayətləri araşdırıldı. Dumada onun cinayətləri ilə bağlı 20 cilddən çox sənəd var.
Əlbəttə, prezidenti dəyişmək Rusiyada bir zəruriyyətə çevrildi. 1999-cu il dekabrın 31-də Yeltsin “Mən gedirəm” deyəndə rus zəhmətkeşlərin müsbət dəyişikliklərə gümanları artdı. Yeltsinin bir çox tərəfdarları və Yeltsinin özü, Putinin onların xəyanətkar siyasətini davam etdirəcəyinə ümid edirdilər. Amma Putin dövlət təhlükəsizliyi sistemində təhsil almış və yetişmiş peşəkar kadr, xaricdə ölkənin maraqlarını müdafiə edən bir şəxs kimi prinsipcə ümumi xətti kökündən dəyişməyə başladı. Bu, onun əsas xidmətidir və həmişə onun üçün sayılacaqdır.
Bu gün çoxlarının bilmədiyi bir faktı açıqlayacağam. V.Putin prezident seçildiyi günün axşamı məsləhətləşmək üçün Rusiya Kommunist Partiyasının qərargahına gəlib. Veteran kommunistlərlə xeyli söhbət edib. Deyib ki, siz Brejnevlə, Kosıginlə işləmisiniz, Moskvanı və ölkəni yaxşı tanıyırsınız, bütün mövqeləri daha aydın ifadə etmək üçün mənə məsləhət lazımdır.
V.Putinlə kommunistlərin məsləhətləşməsi baş tutub və bu indi də davam edir. Əgər siz onun ilk Müraciətinə nəzər salsanız, o, Rusiyada dövlətçiliyin möhkəmləndirilməsinə, sosial böhranın problemlərinə, ölkənin təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. Bu baxımdan o, Rusiya üçün uğurlu bir insan oldu. Kommunistlər onun formalaşdırdığı birinci Mesaja bu gün də imza atmağa hazırdırlar: ölkə inkişaf etdir, təhsili, elmi güclənir, zəiflərə kömək edilir.
Putinin ikinci böyük uğuru xarici siyasətdə apardığı dəyişikliklərdir.
O anladı ki, amerikalılar tərəfdaş deyillər. Kubanın Lourdesdəki radioelektron kəşfiyyat mərkəzinin və Vyetnamda Kamrandakı hərbi dəniz bazanın ləğv edəndən sonra anlayıb ki, amerikaləılar onu aldadıblar. Bu barəödə mən yazmışam.
Putin 2007-ci ildə Münhendə çıxış edəndə açıq şəkildə dedi ki, birqütblü dünya yaxşı deyil və rus sivilizasiyasının, bizim dünyamızın özünəməxsus xüsusiyyətləri var və biz bunu nəzərə almağı xahiş edirik, təhlükəsizlik məsələsi bizim üçün ən vacib məsələlərdən biridir, ona görə də NATO-nun genişləndirilməsinin mənası yoxdur. Bundan sonra Putin amerikalılar və anqlo-saksonlar üçün əsl düşmənə çevrildi.
Düzdü o zaman Rusiya zəif idi, iqtisadi uğursuzluqlar, hərbi münaqişələr, terrorizmdən sarsılırdı. Putin başa düşdü ki, planlaşdırma, milli proqram və layihələr olmadan irəli getmək mümkün deyil. Ona görə də təhlükəsizliyi gücləndirməyə və bir çox problemlərin həllini sürətləndirməyə imkan verən çox mühüm qərarlar qəbul etdi. Buradan da Krım döğma vətəninə qayıtdı, müdafiə proqramında "Oreşnik" orta mənzilli ballistik raketi yarandı.
Buraya Rusiya və Belarusiya Birlik Dövlətinin gücləndirilməsi və möhkəmləndirilməsi də daxildir. Bu “meşə qardaşları”, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri Lukaşenkoya hücum edəndə Putin həm iradə, həm xarakter nümayiş etdirdi və indi də ona dəstək olmaqda davam edir, mümkün qədər ona dəstək olur.
Hesab edirəm ki, Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən BRİKS-in yaradılması dünya siyasətində vəziyyəti tarazlaşdıran, NATO və amerikalıların həyasızlığını sakitləşdirən ən mühüm hadisələrdən biridir.
ABŞ prezidenti Trampla hazırkı dialoq amerikalıların Rusiyanın qanuni maraqlarını tanımasının bir əlaməti də saymaq olar.
Ədalət Abdinov
0 Комментарии