Recents in Beach

Azərbaycan Sovet Sosialist Respublikasının 105 illiyi

Ədalət Abdinov,
"Kommunist" onlayn qəzetinin redaktoru


2025-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 105-ci ildönümüdür.
Bu tarixi qələbə ölkə zəhmətkeşlərinin burjuaziya, mülkədar və imperializm əleyhinə, öz ictimai və milli azadlığı ugrunda apardıqları uzun mübarizənin gedişi ilə hazırlanmışdı.

Azərbaycan zəhmətkeşləri sosialist inqilabının hazırlanması və keçirilməsi ugrunda mübarizə tarixinə parlaq səhifələr yazmışlar. Ölkəmizin fəhlə sinfinin mübariz dəstələrindən olan Bakı proletariatı çarizmin devirilməsi, burjua-demokratik inqilabın böyüyüb sosialist inqilabına çevrilməsi ugrundakı mübarizədə fəal iştirak etmişdir.

Bakı proletariatı 1917-1920-ci illərdə bütün Zaqafqaziyada sosialist inqilabının qələbəsi uğrunda gedən mübarizənin canı və qəlbi idi. O, bu mübarizənin daim ön cəbhəsində dayanmış, öz inqilabi əzmi və dəyanəti ilə bütün Zaqaqafqaziya zəhmətkeşlərini ruhlandırmış, sosializm ugrunda mübarizə yollarını parlaq bir məşəl ilə işıqlandırmışdı. Bakı proletariatının bu dövrdə apardığı siyasi və iqtisadi mübarizə Zaqafqaziyada sosialist inqilaiı inkişafının tərkib hissəsi, onu təyin edən amillərdən olmuşdur.

Məlum olduğu kimi 1917-ci ilin fevral inqilabından sonra Azərbaycanda ikihakimiyyətlilik əmələ gəlmişdi. Bakıda və bir çox yerlərdə meydana çıxan fəhlə və hərbi deputatlarla yanaşı, ictimai təşkilatların icraiyyə komitəsi, müsəlmam "milli şurası" və s. burjua hakimiyyət orqanları təşkil olunmuşdu. 1917-ci il martın 5-də Bakıda, martın 10-da Gəncədə və bütün mart ayı ərzində Azərbaycanın digər şəhərlərində yerli burjua-mülkədar hakimiyyəti orqanları olan İctimai təşkilatlar komitəsi yaradılmış və Müvəqqəti hökuməti təmsil edən nümayəndələr timsalında Azərbaycana quberniya və qəza komissarları təyin edilmişdi.

Burjua Müvəqqəti hökumətin yerli orqanları, musavat və daşnak burjua - millətçi partiyaları, menşevik və eser xırda burjua partiyaları Azərbaycanda proletar kütlələrinin burjua -demokratik inqilabının böyüyüb sosialist inqilabına keçməsi ugrundakı mübarizəsinə mane olmağa çalışırdılar.

Fevral inqilabından sonra Bakıda yaranmış Sovetlərdə əksəriyyət menşevik və eserlərin əlinə keçmişdi. Bakı Sovetinin tərkibində həm də burjua millətçiləri - musavatçılar və daşnakların nümayəndələri var idi. Bakıda birinci çağırış Sovetdə bolşevik fraksiyası cəmi 7 nəfərdən ibarət idi.

Eser-menşevik agaları və burjua millətçilərin müqavimətinə baxmayaraq, inqilabın xalqa verdiyi bəzi azadlıqlar şəraitində Bakıda fəhlələrin kütləvi təşkilatları, mədən-zavod komissiyaları, həmkarlar ittifaqları və zəhmətkeşlərin digər təşkilatları meydana çıxmaqda idi.

Mütləqiyyətin devrilməsinin ilk günlərindən öz qüvvələrini toplamağa başlayan Azərbaycan bolşevikləri mövcud siyasi vəziyyəti dərk etməyə, ondan lazımi nəticə çıxarmağa və öz yaxın vəzifələrini müəyyən etməyə çalışırdılar.

M.Əzizbəyov, N.Nərimanov və digər inqlabçılar Bakı bolşeviklərinə rəhbərlik edir, partiya təşkilatlarında menşevik fraksiyasına qarşı mübarizə aparırdılar.

Azərbaycanlı zəhmətkeşlər arasında inqilabi iş aparmaq üçün bolşeviklərin Bakı komitəsi nəzdində sosial-demokrat "Hümmət" qrupu yenidən bərpa edildi. Bu qrupun başında Kommunist Partiyasının görkəmli xadimlərindən M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqaları dururdu. "Hümmət" qrupu eyni ad altında Azərbaycan dilində qəzet buraxırdı.

Azərbaycanda sosialist inqilabı və sovet hakimiyyəti ugrunda mübarizənin qabaqcıl dəstəsi olan Bakı proletariatının nümunəsi Gədəbəy misəridən zavodun fəhlələrini, Şuşa və Nuxanın ipəkçiləri, gəncə fəhlələri və dəmiryolçularını daha cəsarətli sinfi döyüşlərə ruhlandırmışdı. 1917-ci il aprel-iyun ayları ərzində iqtisadi tələblər zəminində Gədəbəy, Gəncə, Şuşa və Nuxada tətillər olmuş, bütün bunlar isə qəzalardakı proletar kütlələrinin də tədricən inqilabi fəallığının artmasını sübut edirdi.

1917-ci ilin mayında bolşeviklərin təşəbbüsü ilə Bakı fəhlə və hərbi deputatları Soveti İcraiyyə Komitəsi yanında "Şəhərdən kənar yerlərin mərkəzi komissiyası" təşkil edilmiş (buraya Ağababa Yusifzadə və başqa bolşeviklər daxil idi), komissiya Bakı fəhlələri ilə Azərbaycan kəndlilərinin əlaqəsini möhkəmləndirmək, kəndli deputatları Sovetləri və kəndli komitələrini təşkil etmək sahəsində xeyli səmərəli iş görmüşdü. 1917-ci ilin yayında Bakı partiya təşkilatının göstərişi ilə M.Əzizbəyov, H.Sultanov, M.İsrafilbəyov, D.Bünyadzadə və başqa görkəmli bolşeviklər Bakı, Cavad, Lənkəran, Quba, Şamaxı qəzalarının zəhmətkeşləri arasında inqilabi iş aparmışdılar.

1917-ci il avqustun 29-da RSDF(B)P Bakı komitəsinin təcili iclası toplandı. İclas "başqa inqilabi təşkilatlarla əlaqədə hərəkət edərək proletar və inqilab ordusunun bütün qüvvələrini əksinqilaba qarşı qəti mübarizəyə səfərbər edə bilən, hər bir lazım olan vaxtda inqilabı müdafiəyə qalxa bilən" inqilabi qərargahın dərhal yaradılmasını lazım bildi.

Bakı fəhlələrinin məşhur sentyabr tətilinin müvəffəqiyyətlə qurtarması və müştərək müqavilə ugrunda mübarizədə əldə olunmuş qələbə onları hakimiyyət uğrunda mübarizəyə daha da yaxınlaşdırdı. Bu tətil 1917-ci ilin oktyabrında baş vermiş böyük inqilab fırtınalarının müjdəçilərindən biri olmuşdu.

Beləliklə, Böyük Oktyabr Sosialist inqilabının hazırlanması dövründə Bakı proletariatı Azərbaycanda sosialist inqilabı ugrunda gedən mübarizənin qabaqcıl dəstəsi olaraq öz qəhrəman inqilabi nümunəsilə bütün Azərbaycan və Zaqafqaziya zəhmətkeşlərini qəti və həlledici döyüşlərə ruhlandırdı.

* * *

1917-ci ilin oktyabrında rus fəhlə sinfi yoxsul kəndlilərlə ittifaqda, inqilabçı əsgər və matrosların yardımı ilə ilk dəfə olaraq dünya imperializm sistemi cəbhəsinin ən zəif yerindən yarıb, ölkədə burjua-mülkədar hakimiyyətini yıxmış, köhnə, çürümüş qurluşun xərabaları üzərində proletariat diktaturası qurdu. Oktyabr inqilabının qələbə xəbəri Qafqazda inqilabın beşiyi olan proletar Bakısında qüdrətli əks səda doğurdu. Çoxmillətli Bakı proletariatı sosialist inqilabının bayraqdarı kimi inqilabi yeni və qəti döyüşlərə atıldı.

Bakı proletariatın mübarizəsi və təzyiqi ilə 1917-ci ilin oktyabrında Bakə fəhlə və hərbi deputatları Sovetinin münşevik - eser icraiyyə komitəsi istefa verməyə məcbur oldu. Bakı Sovetinə rəhbərlik bolşeviklərin əlinə keçdi. Müvəqqəti İcraiyyə Komitəsi yaradıldı.

1917-ci il oktyabrın 15-də Bakı Sovetinin mədən-zavod komissiyaları, rota və gəmi komitələrinin nümayəndələri ilə birlikdə keçirilən özünü yeni seçkilərədək Bakı rayonu fəhlə və hərbi deputatların tam hüquqlu geniş Soveti elan etdi və hakimiyyəti Sovetin ixtiyarına vermək lazım gəldiyi haqqında qərar qəbul edərək, belə bir tapşırıqla öz nümayəndə heyətini II Ümumrusiya Sovetlər qurultayına göndərdi.

1917-ci il oktyabrın 27-də Bakı Sovetinin mədən-zavod komissiyaları, polk və rota komitələrinin üzvləri ilə birlikdə keçirilən iclasda yekdil rəy belə oldu ki, Bakıda bütün hakimiyyətin Sovetlərin əlinə keçməsinə çalışmaq və nail olmaq lazımdır.

1917-ci il oktyabrın 31-də keçirilən geniş iclasda Bakı Soveti özünü səlahiyyətli inqilabi yerli orqan elan etdi. Bolşeviklərin səs çoxluğu ilə Bakıda Sovet hakimiyyətinin elan edilməsini bəyan edən qətnamə qəbul olundu.

1917-ci il noyabrın 2-də Bakı Sovetinin iclasında hakimiyyətin əməli surətdə Bakı Sovetinin əlinə keçməsi məsələsi müzakirə edildi. Eser və menşevik nümayəndələri məsələnin müzakirəsinin Petroqraddakı vəziyyət aydınlaşdırılana qədər təxirə salmağı təklif etdilər. M.Əzizbəyov, A.Çaparidze və digər bolşeviklər qəti etiraz edərək, hakimiyyətin şərtsiz və tamamilə Bakı Sovetinin ixtiyarına verilməsini tələb etdilər. İclasda Bakı Sovetinin icraiyyə komitəsi seçildi və onun idarə heyətinə M.Əzizbəyov, Əli Mirzə, M.H.Vəzirov A.Çaparidze, İ.Fioletov, Müzəffərov və başqaları daxil oldular.

1917-ci ilin oktyabr ayında Azərbaycanın qəzalarının bir hissəsində - Gəncə, Şuşa, Qazax və başqalarında kəndlilər arasında bolşevik təbliğatı xeyli güclənmişdi. Bu işdə köhnə Bakı fəhlələri - bolşevik Əmiraslan Süleyman oglu, Muxtar Hacıyev, Müseyib Əliyev və başqaları xeyli fəaliyyət göstərmişlər.

Bakı partiya komitəsi və "Hümmət" qrupunun sərəncamı ilə 1917-ci ilin sonları - 1918-ci ilin əvvəllərində Azərbaycanın bir neçə qəzasına, başlıca olaraq Bakı quberniyası qəzalarına, habelə Dağıstana göndərilən M.Əzizbəyov, H.Sultanov, B.Sərdarov, M.Məmmədyarov, M.İsrafilbəyov, H.Ə.Tagızadə, M.Aydınbəyov, D.Bünyadzadə, A.H.Rəsulzadə, T.Ramazanov, A.B.Yusifzadə, B.Əfəndiyev və başqa bolşeviklər Bakı proletariatı ilə zəhmətkeş kəndlilər arasında əlaqə yaratmaqda, bu təbəqənin Sovet hakimiyyəti ugrunda mübarizəsini təşkil etməkdə mühüm rol oynamışlar.

1918-ci ilin yanvarında M.Əzizbəyovun bolşevik yoldaşları ilə birlikdə Gəncədə olması və onların yerli kommunistlərlə görüşü Gəncə bolşevik təşkilatının fəaliyyətinin canlanmasına ciddi təkan vermişdi.

1917-ci il dekabrın sonunda Yelizavetpol quberniyasında genişlənməyə başlayan kəndli hərəkatı böyüyərək 1918-ci ilin yanvarında mülkədar-burjua hakimiyyətini sarsıdan silahlı üsyana çevrildi. Zalım bəylər - Sultanovlar, Zülqədərovlar, Qarabəyovlar, Şamxorskilər və başqalarının zəhmətkeşlərin alın təri, qanı və canı hesabına əldə etdikləri malikanaları üsyançı kəndlilər tərəfindən bir neçə gün ərzində tar-mar edildi. Kəndlilərə zülm etməkdə xüsusilə fərqlənən bir çox bəylər öldürüldü, onların qəsb etdikləri torpaqlar əllərindən alındı və şumlandı.

Beləliklə 1917-ci ilin noyabrından 1918-ci ilin martınadək olan dövrdə bolşeviklər çox böyük iş apararaq, Bakıda Sovet hakimiyyətini möhkəmləndirmiş və Bakı proletariatını əksinqilabın çıxışına qarşı qəti döyüşə hazırlamışdılar. Bütün bu işlərin həyata keçirilməsində bolşevik partiyasının şanlı ogulları M.Əzizbəyov, N.Nərimanov, A.Çaparidze, İ.Fioletov və Bakı proletariatının digər rəhbərlərinin böyük xidmətləri olmuşdur.

1918-ci ilin yazında müsavatçı, daşnak və eser-menşevik əksinqilabçılar var qüvvələri ilə Bakıda Sovet hakimiyyətini bogmaga çalışırdılar. 1918-ci il martın axırlarında musavatçılar Qafqaza çoxdan göz digən Türkiyənin hakim dairələrilə bilavasitə əlaqəyə girərək, Bakıda əksinqilabi qiyam qaldırdılar.

Bakı fəhlələri qiyamı dəf etmək üçün yekdilliklə silaha sarıldılar. Bakı proletariatın mübarizəsinə Bakı şəhəri və onun rayonlarının İnqilabi Müdafiə Komitəsi rəhbərlik edirdi. Həmin komitənin tərkibinə Nərimanov, Çaparidze və Korqanov daxil idi.

Bakıda bir neçə gün davam edən döyüşılər nəticəsində musavatçı dəstələri darmadagın edilmişdi. Bakıda Sovetlər hakimiyyətinin müqəddaratı ugrunda gedən bu ölüm-dirim mübarizəsində B.Sərdarov, Q.M.Agasiyev, H.Sultanov, D.Bünyadzadə, M.Məmmədyarov, M.Aydınbəyov, S.Səfərəliyev və başqaları igidlik və mətanət göstərmişlər.

1918-ci ilin aprel-mayında Azərbaycanda Sovet hakimiyyəti yeni qələbələr qazanmışdı. Aprelin 25-də Azərbaycanda Sovet hakimiyyətinin səlahiyyətli orqanı - Bakı Xalq Komissarlar Soveti yaradılmışdı. Onun tərkibinə M.Əzizbəyov, N.Nərimanov, A.Çaparidze, M.H.Vəzirov və Bakı proletariatının digər rəhbərləri seçilmişdilər.

Sovet hakimiyyəti Lənkəran, Şamaxı, Quba qəzalarında və bir sıra digər yerlərdə qalib gəlmişdi. İ.V.Stalin yazırdı:"Müsəlmanların mərkəzi, Zaqafqaziyada Sovet hakimiyyətinin qalası Bakı... Lənkərandan və Qubadan başlamış Gəncəyə qədər bütün Şərqi Zaqafqaziyanı öz ətrafında birləşdirmişdir və Sovet Rusiyası ilə əlaqəni davam etdirməyə var qüvvə ilə çalışan Zaqafqaziya xalqlarının hüququnu silah gücünə həyata keçirir" (İ.V.Stalin, əsərləri IV cild, səh.107).

Bakı Xalq Komissarlar Soveti zəhmetkeş xalqın iradəsini ifadə edərək qısa fəaliyyəti dövründə bir sıra mühüm sosialist tədbirləri həyata keçirmiş, neft sənayesinin, Xəzər ticarət donanmasının, bankların və s. milliləşdirilməsini elan etmiş, fəhlə sinfinin və bütün şəhər zəhmətkeşlərinin vəziyyətini yaxşılaşdırmağa dogru yönəldilən tədbirlər görmüş, Sovet dövlət aparatının yaradılması, zəhmətkeş xalqın nümayəndələrinin dövlət, sovet quruculugu işlərinə cəlb olunması qaygısına qalmış, Bakının inqilabi müdafiəsinin təşkil olunması məqsədilə öz silahlı qüvvələrini yaratmaga başlamışdı.

Bakı Xalq Komissarlar Soveti Bakı proletariatı ilə Azərbaycan kəndliləri arasındakı ittifaqın möhkəmlənməsi məqsədilə zəhmətkeş kəndlilər haqqında da bir sıra tədbirlər həyata keçirirdi. Bakı Xalq Komissarlar Soveti qəza və vilayətlərə təyin etdiyi komissarları B.Əfəndiyev, M.İsrafilbəyov, A.Yusifzadə, A. Agasiyev habelə Bakı Soveti və Bakı partiya təşkilatının nümayəndələri sifətilə qəzalara göndərilən partiya və sovet işçiləri H.Sultanov, B.Sərdarov, M.Məmmədyarov, M.Aydınbəyov, D.Bünyadzadə, T.Ramazanov, M.Məmmədxanov və başqaları zəhmətkeş kəndlilər arasında böyük inqilabi-siyasi iş aparırdılar. Bu işin nəticəsi idi ki, 1918-ci ilin yayın əvvəllərində Bakı qəzasının 39 kəndində, Lənkəran qəzasının 67 kəndində, Quba qəzasının 71 kəndində, Cavad qəzasının 27 kəndində, Şamaxı qəzasının 12 kəndində kəndli deputatları Soveti təşkil edilmişdi.

Bakı Xalq Komissarlar Soveti çox gec olsa da 1918-ci il iyunun 18-də mülkədar torpaqların ictimailəşdirilməsi haqqında dekret verdi. Lakin kənddə bu mühüm inqilabi tədbir haqqındakı qanun artıq alovlanmaqda olan vətəndaş müharibəsi şəraitində verildiyindən, onu demək olar ki, həyata keçirmək mümkün olmamışdı.

Antisovet silahlı müdaxilənin təşkilatçıları olan alman-türk, ingilis-amerikan və digər imperialistlər 1918-ci ildə ölkəmizə hücum edərək, Sovetlər hakimiyyətini yıxmaga, vətənimizi xarici kapitalın müstəmləkəsinə çevirməyə can atırdılar. 1918-ci ilin yayında Bakı üzərinə qərbdən türk-alman qoşunları və musavat dəstələri hücum edir, cənubdan - İran tərəfdən isə ingilis imperialistlərin qoşunları zərbə endirməyə hazırlaşırdılar.

Bakının özündə müdaxiləçilərin tapşırığı ilə Sovet hakimiyyətini yıxmaga və Azərbaycanı işgalçıların əsarətinə verməyə çalışan eser-menşevik, daşnak və musavatçıların şəxsində imperialist agentləri düşmən fəaliyyəti göstərirdilər.

İnqilabçı proletarlar Bakısının vəziyyəti getdikcə agırlaşırdı. Bundan istifadə edən daşnaq, eser və menşeviklər Bakıya ingilislərin dəvət olunması lehinə azgın bir təşviqat aparmaga başladılar. Bolşeviklərin müqavimət və etirazına baxmayaraq, əksinqilabi blokun təzyiqi ilə Bakı soveti ingilislərin Bakıya dəvət olunması haqqında biabrçı qərar qəbul etmişdi.

Bakı kommunistlərinin və qabaqcıl fəhlələrinin qəhrəman mübarizəsinə baxmayaraq, 1918-ci il iyulun 31-də Bakıda Sovet hakimiyyəti türk və ingilis müdaxiləçi qoşunlarının, habelə daxili əksinqilabın təzyiqi nəticəsində müvəqqəti olaraq yıxıldı.

Bakıda imperialistlərin süngülərinin gücü ilə müxtəlif vaxtlarda eser - menşevik - daşnak və musavatçı kimi imperialist əlaltıların hakimiyyəti qurulmuşdu. Hakimiyyət əvvəlcə eser, menşevik və daşnaklarınn blokundan ibarət olub "Sentrokaspi diktaturası" adlanan "hökumətin", sonra isə musavatçıların əlinə keçmişdi. İmperialistlərin muzdlu əlaltıların xəyanəti üzündən Bakı əvvəlcə ingilis, sonra isə türk-alman müdaxiləçiləri tərəfindən tutulmuşdu.

İngilis müdaxiləçiləri və onların eser-menşevik əlaltıları 26 Bakı Komissarına vəhşicəsinə divan tutmuşlar.

Bakıda Sovet hakimiyyətinin müvəqqəti yıxılmasına baxmayaraq, 1917-1918-ci illərdə burada Sovet hakimiyyətinin varlığı yalnız Azərbaycan miqyasında deyil, bütün Zaqafqaziya və Qafqaz üçün böyük əhəmiyyətə malik olan hadisə idi.

* * *

1918-ci ilin yayından başlayaraq, Bakıda son dərəcə gərgin siyasi vəziyyət yaranmışdı. Burjua millətçiləri və s. əksinqilabçı ünsürlər Bakı proletariatının öz sinfi şüurluluğu etibarı ilə geridə qalan hissəsini millətçilik zəhəri ilə zəhərləmiş və onu müəyyən müddət ərzində öz arxasınca apara bilmişlər. Lakin menşevik-eser blokunun xəyanətkar sazişçi siyasəti, onun ingilis imperializminə nökərçilik etmək cəhdləri nəinki geniş proletar kütlələrinin Sentrokaspi diktaturasına nifrətini oyatmış, bəlkə imperialist işğal qoşunlarının süngüləri hakimiyyət başına gələn bu qurama "hökumətin" tam iflasını hazırlamışdı. Cəmisi bir ay yarım hakimiyyətdə qalan Sentrokaspi diktaturasını sonra musavat diktaturası əvəz etmişdi.

Əksinqilabın geniş cəbhə boyu hücuma keçməsinə baxmayaraq, 1918-ci il avqustun 27-31 arasında Bakıda Deputatlar Sovetinə keçirilən seçkilərdə bolşeviklərin 27 nümayəndəsi seçilmişdi.

Türk və alman müdaqxiləçilərinin Qafqazda soygunçu hərəkətlərini ifşa edən "Jizn nasionalistey" qəzeti 1918-ci il dekabrın 8-də yazırdı: "İstər almanlar, istər türklər Qafqazda əllərinə keçən hər şeyi aparmaga çalışırdılar. Hələlik rəqəmlər yoxdur, lakin ümumiyyətlə Qafqazın, o cümlədən Bakının tükənməz təbii sərvətləri nəzərə alınarsa, almanlar və türklərin Qafqazdakı qarətləri aydın olar. Bütün oktyabr və noyabr ayları ərzində türklər canfəşanlıqla buradan çoxlu mallar, fabrikatlar və texniki avadanlıqlar daşıyıb aparırdılar".

Musavatçıların xalqa zidd siyasəti nəticəsində Azərbaycanın xalq təsərrüfatı ağır böhran keçirməkdə idi. Musavat hökuməti neft sənayesinin milliləşdirilməsi haqqında Bakı Xalq Komissarları Sovetinin tədbirlərini dərhal ( 24 sentyabrda) ləgv etmiş, neftə sahibliyi ələ keçirmiş bir qrup istismarçı varlıların bütün məhdudedilməz hüquq və imtiyazlarını bərpa etmişdi.
Musavatçılar və onların xarici agalarının iradəsi ilə fəhlə sinfinin bütün siyasi və iqtisadi nailiyyətləri ləgv edilmiş, fəhlə təşkilatlarına amansız divan tutulmuşdu.

1918-ci ilin sonlarında Azərbaycan partiya təşkilatının nümayəndələrini qəbul edən V.İ.Lenin onlara sosialist inqilabının qələbəsi ugrunda mübarizə məsələlərinə dair mühüm göstərişlər vermişdi. Azərbaycan partiya təşkilatının görkəmli xadimlərindən biri olan Dadaş Bünyadzadə bu görüşü xatırlayaraq yazırdı: "Mən Bakının süqut etdiyini və 26 komissarın güllələndiyini V.İ.Leninə xəbər verdikdə, o mənə dedi ki, 26 komissarı itirməyimiz bizim başladığımız işi dayandırmamalıdır, yenidən qüvvə toplamaq lazımdır".

İngilis komandanlığının əmri ilə Bakının meydanlarında dar ağacların qurulması fəhlələrin hiddətinə səbəb olmuşdu.

İngilislər Bakı və Azərbaycanın tam agası olmuşlar. Onların sərəncamı ilə Bakıda küçələrin adı belə ingilis dilində yazılırdı, şəhərə ingilis polisi gətirmişdilər. İngilis polis xidmətçilərinin rus dilinin öyrənməsi üçün buradakı ingilis qoşunları komandanlığı general Tomsonun əmri ilə kurslar açılmışdı.
İngilislər də türklər və almanlar kimi əllərinə keçən hər şeyi, o cümlədən neft və benzin ehtiyatlarını yıgışdırıb aparırdılar. Bütün fabriklər, zavodlar, neft mədənləri və balıq vətəgələri tam mənası ilə ingilislərin ixtiyarında idi.

"Jizn nasionalistey" qəzeti 1919-cu il 11 may tarixli nömrəsində ingilislərin Qafqazdakı agalığının dəhşətli mənzərəsini təsvir edirdi: "Qafqaz ingilis imperialistlərinin təpikləri altında inləyir. Alman-türk imperializmi vəhşicəsinə Qafqazın ətini diddiyi, ələ keçən hər şeyi talan etdiyi vaxtda ingilislər Qafqaz xalqlarına qızıl təpələri vəd edirdilər. Lakin budur, almanlar və türklər Qafqazı tərk etmişlər. Bu "vəhşiləri" ingilis - fransız "demokratları" əvəz etdilər. Lakin dəyişiklik Qafqazın zəhmətkeş kütlələrinin vəziyyətini yüngülləşdirmədi: Antanta imperializmi öz yırtıcılığı ilə alman imperializmdən geri qalmadı".

1818-ci ilin sonlarında Bakı proletariatının ingilis müdaxiləçiləri və musavat ağalığına qarşı kütləvi çıxışları başlanmışdı. Bakının fabrik-zavod və mədənlərini tətillər dalgası bürümüşdü.

1919-cu ilin martın əvvəllərində Bakıda ümumşəhər partiya konfransı oldu və burada Bakı partiya komitəsi seçildi. Bir az sonra partiyanın Qafqaz Ölkə komitəsinin Bakı bürosu seçildi. Bakı partiya təşkilatının işində M.Məmmədyarov, M.B.Qasımov və başqaları yaxından iştirak edirdilər.

1919-cu ilin martında Bakı fəhlə konfransının Rəyasət heyəti seçkilərində kommunistlər on yerdən yeddisini tutdular.

Bakıda nəşr olunan bolşevik qəzeti "Nabat" gürcü menşevikləri, daşnaklar və musavatçıların xarici imperialistlərə nökərçilik etməsi və bunun Zaqafqaziya xalqları üçün ağır nəticələrini, əkainqilabi partiyaların bu xalqların taleyi ilə alver etmələrini kəskin ifşa edirdi. Qəzet 17 may 1919-cu il tarixli nömrəsində xarici imperialistlərin "Zaqafqaziyada işgalçılıq siyasətinin çiçəklənməsini" ifşa edərək "hər yerdə və hər yanda istiqlaliyyətdən dəm vuran" Azərbaycan, Ermənistan və Gürcüstanın yerli agalarının "bu istiqlaliyyətin əsil xainləri və düşmənləri" olmasını aşkara çıxarırdı. Qəzet yazırdı: "Vəzifəmiz hər şeydən əvvəl sosial-xainlər olan menşeviklər, musavatçılar və daşnakların bütün fırıldaqlarını üzə çıxarmaq və ifşa etməkdən, kütlələri onların köləliyindən azad olmaga çağırmaqdan ibarətdir".

İngilis əsgərlərinin şəhərdə törətdiyi nalayiq hərəkətlərin sayı-hesabı yox idi. Bakı sakinlərinin bir qrupunun 1919-cu il aprelin 1-də musavatın daxili işlər nazirinə yazdıgı məktub ingilis müdaxiləçilərinin azgınlıgına qarşı kəskin narazılıq və etiraz ifadə edirdi. Orada deyilirdi: "İngilis əsgərlərinin törətdikləri nalayiq hərəkətlərə qarşı susmaga artıq qüvvəmiz qalmayıb. Şikayətlərimizə heç kim qulaq asmır, musavat polisi isə ingilislərə dəxli olan işlərə qarışmaq istəmir. Əsgərlər özlərini o qədər azgın, nalayiq və abırsız aparırlar ki, ingilis əsgəri küçədə olduqda, qadınlar əsla küçəyə çıxa bilmirlər".

1919-cu ilin aprel-mayına yaxın bolşeviklərin səyi nəticəsində Bakıda fəhlə konfransın rəhbər heyəti tamam bolşeviklərin əlinə keçmişdi.

İnsanların bolşevik şüarları altında toplanmasında 1919-cu il aprelin 7-də Bakıda açılan Zaqafqaziya həmkarlar qurultayının böyük əhəmiyyəti olmuşdu.
Bakı bolşeviklərinin 1919-cu il mayın 2-də keçirilmiş partiya konfransı rəsmi olaraq "Müstəqil Sovet Azərbaycanı" şüarını irəli sürmüşdü.

Bakı bolşeviklərinin konfransı və Bakı fəhlə konfransının qərarı ilə 1919-cu il mayın 5-dən 12-nə qədər fəhlələrin tətili haqqında qərar qəbul etdi. İngilis imperializmi və yerli burjuaziyaya, xanlar və bəylərə nökərçilik edən musavatçılar Bakı proletariatının tətil mübarizəsini qan içərisində bogmaga çalışırdılar. Mayın 9-da musavat orqanları polis qamçılarını işə salmış, kütləvi həbslərə başlamışdı.

Nəriman Nərimanov 1919-cu ilin sentyabrında Moskvada Azərbaycanda vəziyyət haqqında şifahi məruzəsində Bakı fəhlələrinin inqilabi əhval-ruhiyyəsinin son dərəcə yüksək olması haqqında vüqarla danışmışdı. O, demişdi: "Fəhlələrin əhval-ruhiyyəsi yüksək dərəcədə inqilabi və xalis bolşevikcəsinədir... Ümumiyyətlə, Bakı proletariatı sovet hakimiyyəti qurmaq üçün tamamilə hazırdır. Sovetlər hakimiyyəti onun simasında lazımi arxaya malik olacaqdır".

1919-cu ilin yazı və yayında Gəncə, Qazax, Agdam, Göyçay, Nuxa və başqa qəzalarda torpaq uğrunda mübarizə zəmnində kəndlilərlə musavat qoşunları və bəy-xan silahlı dəstələri arasında silahlı toqquşmalar olmuşdu. Nuxa qəzasında başlamış kəndli üsyanı nəticəsində hakimiyyət bir neçə həftə ərzində kəndlilərin əlində olmuşdu. Kəndli azadlıq hərəkatı Lənkəran və Muganı da əhatə etmişdi. Lənkəranda təşkil edilmiş inqilabi komitə əksinqilabın hakimiyyətini yıxaraq mayın 2-də Lənkəranda Sovet hakimiyyətini elan etmişdi. Lakin mürtəce qüvvələrin təzyiqi nəticəsində Lənkəranda sovet hakimiyyəti 1919-cu il iyul ayının sonlarında yıxıldı.
Azərbaycan zəhmətkeşlərinin musavat bəy-xan hakimiyyəti üzərinə son və qəti hücumunun təşkilində, Azərbaycanda sovet hakimiyyətinin qələbəsinin təmin edilməsində Azərbaycan bolşeviklərinin 1920-ci ilin fevralında çağırılan birinci qurultayının, burada Azərbaycan Kommunist Partiyası yaradılmasının fövqəladə əhəmiyyəti oldu.

1920-ci ilin mart-aprel aylarında Şimali Qafqazı agqvardiyaçılardan təmizləyib, Dağıstanı azad etmiş Qızıl Ordu komandanlığı ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Bakı bolşeviklərin hərbi qərargahı arasında sıx əlaqə yaranmışdı.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Bakı komitələri aprelin 24-də bütün partiya təşkilatlarında hərbi vəziyyət elan olundu. Aprelin 26-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi partiyanın Qafqaz Ölkə Komitəsinin Bakı bürosu ilə birlikdə hakimiyyətin ələ alınmasının konkret planını tərtib etdi. Aprelin 27-də səhər fəhlələr silahlanmaga başladılar. Bakıda fəhlə sinfinin silahl üsyanı başlandı. Apreilin 27-dən 28-nə keçən gecə bütün hökumət idarələrinin binaları üsyan etmiş fəhlə dəstələri tərəfindən tutuldu. Bakı proletariatının silahlı üsyanı nəticəsində müsavat hakimiyyəti devrildi.

N.Nərimanov, M.D.Hüseynov, Q.Musabəyov, H.Sultanov, A.Alimov və Ə.H.Qarayevdən ibarət yaradılan Azərbaycan İnqilab Komitəsi dərhal sovet Rusiyası hökumətinə, V.İ.Leninə müraciət edib yardım istədi. Aprelin 28-i səhər tezdən XI Qızıl Ordunun zirehli qatarları Bakıya daxil oldular.

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulması münasibətilə Azərbaycanın Müvəqqəti İnqilab Komitəsi "Bütün Azərbaycan əhalisinə" sərlövhəli müraciətində yazırdı: "Azərbaycanın fəhlə və kəndliləri üçün yeni işıqlı sosializm dövrü başlanır".

İstifadə olunan ədəbiyyat
1.Azərbaycanda proletar dikturasının ilk hakimiyyət orqanlarının - inqilab komitələrinin təşkili. Azərbaycan SSR-nin 40 illiyi , Bakı, 1960;
2.Azərbaycan Sovet Sosialist Respublikasının 40 illiyi. Azərbaycan SSR EA Tarix İnstitutu, Bakı, 1960;
3.Azərbaycanda sovetlərin yaradılması və möhkəmləndirilməsi. Bakı, 1966;
4.Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri. Bakı, 1964;
5.Sovet Azərbaycanın 50 illiyi. Bakı, 1971;

Отправить комментарий

0 Комментарии