Recents in Beach

Müstəqil, sivil, dünyəvi, demokratik ölkəmizin bəzi nümayəndələrinə açıq məktub


2021-ci ildə işıq üzü görən “Azərbaycan Kommunist Partiyasının ən yeni tarixinə aid qısa mülahizələr” adlı kitabı ilə bağlı saytların birində (moderator.az/az/ekskluziv/881373/sovet-sevdalisi-asaqqallar-azerbaycanda-kommunist-partiyasinin-berpasinda-ramiz-mehdiyevin-de-byuk-rolu-olub) cəfəng, boş, mənasız, dəyərsiz sözlərdən ibarət bir çərən-pərənə rast gəldim. Məqalədə əsil həqiqətin üzünə pərdə çəkilir və kommunistləri yanlış günahlandırmaq üçün onlara qara yaxılır, gen-bol camur atılır.

Dogrusu otuz illik müstəqil, demokratik ölkəmizdə xeyli sayda demokratik münasibətlərimizi tənzimləyən qanunlar, sərəncamlar və digər hüquqi aktların qəbul olunub realizə olunan cəmiyyətimizdə bu cür yazılara cavab vermək nə qədər obyektiv olmasa da görünür hələ də respublikamızda sol yönümli siyasi düşüncə sahiblərini tənqid və hətta təhqir dərəcəsində ittiham edənləri gördükdə qəribəliklər aləminə düşürsən.

Qəribəlik orasındadır ki, sovetlər ölkəsi məqsədyönlü dağıdıldıqdan sonra müstəqillik əldə edən ölkələr (keçmiş postsovet ərazisindəki ölkələr) burjua-kapitalist münasibətlərinə əsaslanan Qərb demokratik ölkələr səviyyəsinə çatmaq istəyindədirlər. Müstəqil, sivil, dünyəvi, demokratik dövlətin atributlarından biri isə hər bir şəxsin, siyasi qurumun fikirlərinə, düşüncə tərzinə hörmətlə yanaşılmaqla yanaşı söz azadlığı prinsiplərinə də imkan verilməlidir. Əlbətdə bu söz azadlığı etik normalardan kənar çıxmamaq şərti ilə.

Əvvəla, biz çox məmnun olduq ki, bizim “Azərbaycan Kommunist Partiyasının ən yeni tarixinə aid qısa mülahizələr” kitabçasına belə bir diqqət vardır. Demək zəhmətimiz əbəs olmamışdır!
İkincisi, bi kitabça, adından və məzmunu baxımından ədbi-bədii əsər deyildir. Sadəcə Azərbaycan Kommunist Partiyasının ən yeni tarixi faktları haqqında mülahizələr toplusudur. Yəqin ki, gələcəkdə dəyərli oxucularımızın təklif və tənqidlərini nəzərə alaraq daha mükəmməl kitab şəklində çapa hazırlayacağıq.

Üçüncüsü, bizim heç bir sənəddə və rəsmi çıxışlarımızda, yazılarımızda göstərilməyib ki, kommunistlər “sovetləri” bərpa etmək fikrindədirlər. Kommunist Partiyasının rəsmi sənədlərində qeyd olunub ki, biz “müstəqil, sosialist Azərbaycanı uğrunda” mübarizə aparırıq. Bizim üçün əsas məsələ sosializm münasibətlərinə söykənən sosial ədalətin bərqərar olduğu bir cəmiyyətdə yaşamaqdır! Fikrimizcə bu istək əhalinin əksər hissəsinin, o cümlədən şəxsiyyətinə, fəaliyyətinə hörmətlə yanaşdığımız tərəf müqabilimizin də, yəqin ki, arzusudur!!!

Bir tarixi faktı da diqqətinizə çatdırım, zira bəşəriyyətin mütəfəkkirlərindən sayılan, dünya içtimai fikrində əsaslı müsbət dəyişikliklər yaradan böyük şəxsiyyət K. Marks demişkən: “ən dəqiq elm tarixdir”! Görəsən bizim savadlı, dünya görüşlu ziyalilarımız, tarixçilərimiz, politoloqlarımız və s. tariximizi sərbəst araşdırmaq iqtidarındadırlarmı? Bilirsiniz ki, məhz Gülüstan (1813-ci il), Türkmənçay (1828-ci il) müqavilələrindən sonra dədə-babalarımız Rusiyanin tərkibində 117 il və sonra müstəqil sosialist respublika kimi 70 ildən çox SSRİnin tərkibində olmamışlarmı?! Burada “Azərbaycan film” kinostudiyasının çəkdiyi “26-lar” filmindən bir epizodu yada salmaq yerinə düşərdi: İvan Fialetov (yəqin ki, yaddaşlarınızda qalmış olar) mədən sahibi Şahbazova “Qoca” deyərək müraciət edəndə Şahbazov deyir: “ədə, Vankə, vaxt var idi mənə xozeyin deyərdin”....

Çox da zilə qalxıb bizləri xəyanətkarlıqda suçlamayın. Bilmk olmaz kimlərin fəaliyyətləri xəyanətə daha yaxındır. Əgər sizlər Əlqəmə Orucovların, Rəhim Həsənovların müstəqilliyimizin əldə olunmasındakı fəaliyyətindən xəbərdar olsaydız, onları ittiham etməkdən çəkinərdiniz.

Bizlər, yəni kommunistlər, vətənpərvər olmaqla nəinki öz vətənimizi, Azərbaycanımızı, hədsiz sevir və onun hər bir nailiyyətləırinə sevinrik, bizlər qonşu xalqlara hörmətlə yanaşmağı da bacarırıq. Rusiyaya hörmətlə yanaşmağımız isə orada məskunlaşan və müvəqqəti olaraq “çörək” dalınca gedən yüz minlərlə soydaşlarımıza görədir!!! Əgər bunu başa düşməyənlər ağlına yox, ağzına gələni yazırlarsa, bu onların mənəviyyatından xəbər verir. Məncə əlavə şərhə ehtiyac yoxdur.

Qaldı müstəqilliyimiz uğrunda qurbanlarımıza: bəs Azərbaycanımızın müstəqil sosialist respublikasına çevrilməsində kommunistlər az qurbanlar veriblər?! Bunları yaddan çıxarmaq ən azından insafsızlıqdır!!!

Bir də bizləri rusiya yönümlükdə suçlayırsınız?! Azərbaycanın dahi şəxsiyyətləri Nəriman Nərimanov və Heydər Əliyevin Rusiya haqqında dediklərini yadınıza salsanız, pis olmaz!

Hər bir sivil xalq digər xalqlara hörmətlə yanaşmaq mədəniyyətinə yiyələnməlidirlər - əgər öz xalqını sevirlərsə. Bizlər Rusiya xalqına hörmətlə yanaşırıq. Çünki bizim ən tanınmış ziyalılarımız, mütəfəkkirlərimiz, alımlərimiz, bəstəkarlarımız və s. əsasən Rusiya vasitəçiliyi ilə elmə yiyələnib elmdə, incəsənətdə, iqtisadiyyatda xarüqələr yaradıblar!!!

Rus xalqına ona görə hörmətlə yanaşmaq lazımdır ki, onlar Lomonosov, Mendeleyev, Pavlov kimi alimləri, Puşkin, Tolstoy, Dostoyevskiy kimi yazıçıları, Çaykovskiy, Şestokoviç kimi bəstəkarları və s. şəxsiyyətlər yetişdriblər.

Yəqin ki, bilməmiş olmazsınız: despot adlandırdığınız Stalinin sayəsində Nizami Gəncəvinin 800 illik yubileyi 1941-ci ildə Moskva şəhərində keçirilməsi Nizaminin məhz azərbaycan şairi olmasını dünyaya sübut etdi!!! Dahi bəstəkarımız Üzeyir Hacıbəyov Stalinin təklifini nəzərə alaraq “Koroğlu” operası kimi dahiyanə əsərini yaratmışdır!

Özüm haqqında nə isə deməyə heç həvəsim olmasa da deyim: əgər siz mənim beynəlxalq kommunist hərəkatının görüşlərindəki çıxışlarımla tanış olsaydız “bəlkə”də bizlər haqqında fərqli düşünərdiniz!?
Çox misallarla sizləri yormaq istəməzdim, lakin birini də demək məcburiyyətindəyəm. Dahilərimizdən sayılan Səməd Vurğunun (bəlkə sizlər üçün dahi deyil) “Vaqif” əsərində belə bir səhnə var: Vaqif əlində Rusiya imperatorunun ona hədiyyə etdiyi əsa ilə İbrahim xanın hüzuruna gəlir və İbrahim xan əsanı görüb deyir: “De sən hara Rusiya hara, yoxsa satılmısan o kafirlərə? Vaqif isə: “Buna şəkil verən bir sənətkardır, mənim sənətkara hörmətim vardır!”

Məncə, arif üçün bir işarə kifayətdir.

Telman Nurullayev,
Azərbaycan kommunist hərəkatının rəhbəri

Отправить комментарий

0 Комментарии