Xruşşov və tərəfdarları müəyyən qədər buna nail oldular. Bunun sübutu - SSRİ-nin dağılması və postsovet ölkələrində xalqın yaşadığı saysız-hesabsız əzabdır. Elə həmin gün, 25 fevral 1956-cı ildə, Stalinin guya “repressiyaları” haqqında köhnə böhtanlar dirçəldildi, yeniləri uyduruldu və XX qurultay tribunasından yayılmağa başladı. Ən çox zərər verən, ən alçaq böhtanlar bunlardır:
* “Stalin 1937–1938-ci illərdə qəsdən repressiyaları başladı.”
* “Stalin həmin illərdə qəsdən “Leninçi qvardiya”nı məhv etmək istəyirdi.”
* “Stalin QULAQ-ı xalqı məhv etmək üçün xüsusi olaraq, yaratmışdı.”
* “Stalinin yüksəlişi xalq üçün böyük faciəyə çevrildi. 1937–1938-ci illərdə siyasi səbəblərlə milyonlarla insan repressiyaya məruz qaldı.”
Bunlar bütün antistalinistlərin sevimli mifləridir. Onlar bu mövzuda həmişə milyonlarla rəqəmlər uydurub emosiya ilə danışırlar. Amma əslində nə olmuşdu?
Həqiqi rəsmi məlumata görə, 1921-ci ildən 1954-cü ilin 1 fevralına qədər RSFSR-in Cinayət Məcəlləsinin 58-ci maddəsi və ittifaq respublikalarının oxşar maddələri ilə ümumilikdə 3 777 380 nəfər məhkum edilmişdi. Bu rəqəmləri 1954-cü il fevralın 1-də SSRİ Baş Prokuroru Rudenko, daxili işlər naziri Kruqlov və ədliyyə naziri Qorşenin Xruşşova təqdim etmişdi.
Stalin 1953-cü ildə vəfat etdiyindən, bu rəqəmlərə Xruşşovun dövründə məhkum edilənlər də daxildir. Onların orta illik sayı 114 466 nəfər idi. Bu rəqəmi çıxanda təxminən 3 662 914 qalır. Amma bu da tam dəqiq deyil, çünki “Stalin dövrü” 1924-cü ilin sonundan 1953-cü ilə qədərdir. Bu illərə uyğun yenə 3 dəfə 114 466 çıxanda rəqəm 3 319 516 olur.
Əlbəttə, bu rəqəmlərin heç biri məhkum edilən, repressiyaya uğrayan və edam edilən insanlar üçün təsəlli deyil. Amma “demokratlar”ın uydurduğu milyonlarla rəqəm də həqiqəti əks etdirmir.
Bundan əlavə, bu rəqəmdən elə insanlar da çıxılmalıdır ki, onlar barədə təəssüflənməyə dəymir - sərhəd pozucuları, xarici kəşfiyyat agentləri, diversantlar, terrorçular, silahlı quldurlar, təcavüzkarlar, quldurlar və s. Məsələn, təkcə 1921–1941-ci illərdə 932 min sərhəd pozucusu, 30 min casus və diversant, 40 mindən çox quldur tutulmuşdu. Bu, SSRİ-yə qarşı gizli və amansız müharibənin göstəricisidir.
Müharibədən sonra da xəyanət edənlərlə, faşistlərə xidmət edənlərlə, silahlı dəstələrlə ciddi mübarizə aparılırdı. Baltikdə “meşə qardaşları”, Qərbi Ukraynada millətçi dəstələr yalnız 1950-ci illərin sonunda tam zərərsizləşdirildi.
Bütün bunları nəzərə alsaq, Stalinin hakimiyyəti dövründə əsl siyasi məhkumların sayı təxminən 2 319 516 nəfər olur. Məhz bu insanların taleyi xüsusi diqqət tələb edir çünki onların arasında həm ədalətli, həm də ədalətsiz məhkumlar vardı.
Amma bu, heç vaxt “on milyonlarla” olmayıb - bu, sadəcə uydurmadır.
Xruşşovun yaratdığı “Stalinin qələbəsi xalqın faciəsidir” kimi formullar isə həmişə emosiyaya əsaslanır. O dövrün hadisələri çox mürəkkəb idi və onları sadə şüarlarla izah etmək olmaz.
Əslində Stalin xalq üçün “faciə” yaratmaq niyyətində olmayıb. Əksinə, o dövrün rəhbərləri arasında ən təmkinli və ən az sərt mövqe tutanlardan biri məhz o idi. O, çox vaxt sərt cəzaların verilməsinə qarşı çıxırdı, xüsusən də məhkəməsiz verilən qərarlara etiraz edirdi.
Məsələn, 1934-cü ildə Qərbi Sibir rəhbəri Robert Eyxenin təklifi ilə qanunsuz olaraq “üçlük” yaradılıb ölüm qərarları vermək planlaşdırılanda, Stalin Soçidən göndərdiyi teleqramda yazmışdı: “Əgər mümkündürsə, üçlüksüz keçinin. Hökm adi məhkəmə yolu ilə təsdiq olunsun.”
Stalin bir çox hallarda edam cəzalarının yüngülləşdirilməsinə şəxsən təşəbbüs göstərirdi. Məsələn, “Prompartiya işi”ndə beş əsas fiqurun edam cəzası 10 il həbslə əvəz olundu. Hətta həmin şəxslərdən biri - mühəndis Ramzin 1943-cü ildə Stalin mükafatına layiq görüldü.
Belə nümunələr çoxdur.
Ədalət Abdinov


0 Комментарии