Recents in Beach

Kommunizmdə hamının eyni olduğu düşüncəsi

Liberal təbliğat tez-tez belə bir yalan yayır: guya kommunizmdə hamı sıraya düzülüb addımlayır, hamı eyni geyinir, eyni düşünür və özünəməxsusluq yoxdur. Bu, tamamilə yalandır. Buna yalnız siyasi cəhətdən savadsız adamlar inanır.

Əslində isə insanın ən çox eyniləşdiyi cəmiyyət kapitalizmdir. Kapitalist rəqabəti hamını boğur, insanlar bir-birinə qarşı şübhəli, düşməncəsinə yanaşır, hamının məqsədi eyni olur - pul və şəxsi mənfəət.

Kommunizmin məqsədi isə insanın tam inkişafıdır. Kommunizm şəraitində hər kəs öz xarakteri, zövqü və maraqları ilə fərqlənəcək. Kimsə sakit, kimsə danışan, biri idmanı, digəri sənəti sevəcək. Peşələr də çox olacaq – on minlərlə.

Kiril Bulıçovun “Gələcəkdən qonaq” əsərindəki kimi, kommunizm insanları canlı, fərqli, öz xüsusiyyətləri ilə qalırlar. Onların da xırda qüsurları olur, amma bunu yaxşı xüsusiyyət saymır, öz üzərlərində işləyirlər. Kapitalizmdə isə qüsurlar normal kimi təqdim olunur.

Kommunizmdə insanlar yalnız cəmiyyətə düşmən olan şeylərə qarşı birlikdə və qətiyyətlə çıxış edirlər – məsələn, Bulıçovun kitabındakı kimi, kapitalist planetlərdən gələn kosmik quldurlara qarşı.

Liberal təbliğat “hamı eyni olacaq” deyərək yalan danışır. İnsanlar kommunizmdə yalnız bir məsələdə eyni olacaqlar: cəmiyyətə bağlılıq, bir-birinə kömək, ədalətsizliyə və düşmənliyə qarşı barışmazlıq.

Bu, sağlam və normal bir cəmiyyət deməkdir. Kapitalizmdə isə əxlaqsızlıq və cəmiyyətin dağılmasına aparan pozuntular “azadlıq” kimi təqdim olunur. Bu isə insan şəxsiyyətinin yoxsullaşmasıdır.

Yəni kommunizmi “birrəngliklə” suçlayanlar əslində kapitalizmdəki problemləri kommunizmə yükləyirlər.

Ədalət Abdinov


Отправить комментарий

0 Комментарии