Recents in Beach

Əməyin triumfu və kapitalın faciəsi


İnqilab baş verəndə, zülm olunanlar hakimiyyətə gəlib köhnə quruluşu dağıdanda – keçmiş hakim sinfin nümayəndələri hirs və çaşqınlıq içində qışqırmağa başlayırlar: “Nə baş verir?! Haradadır alışdığımız dünya? Niyə hər şey dağılır? Axı hər şey çox yaxşı idi!”

Bəli, onlar üçün, kiçik və imtiyazlı azlıq üçün hər şey yaxşı idi. Onlar hakimiyyətə sahib idilər, dəbdəbə içində yaşayır, əylənir, kef edirdilər.

Bəli, onlar üçün hər şey yaxşı idi!

Amma böyük əksəriyyət – zülm olunanlar üçün yaxşı heç nə yox idi. Ağır iş, yoxsulluqhüquqsuzluq - onların həyatının yeganə mənası bu idi.

Hakim sinfin nümayəndələri bunun haqqında düşünmürdülər. Onlar heç vaxt düşünmürdülər ki, onların dəbdəbəli həyatı üçün milyonlarla insan gün çıxandan gün batana qədər işləyir, alçaldıcı və heyvani şəraitdə yaşayır. Onların ağlına belə gəlmirdi ki, bu insanlar daha yaxşı bir həyata can atırlar. Onlara mövcud qayda təbii və düzgün görünürdü, elə bilirdilər ki, başqa cür ola da bilməz.

Amma zülm olunanlar belə düşünə bilməz. Onlar insana layiq bir həyat istəyirlər. Azadlıq istəyirlər, hüquq istəyirlər.

Ona görə də üsyan edirlər və köhnə qaydanı dağıdırlar – imtiyazlı azlığın dəhşətinə səbəb olaraq. Üsyana qalxmış xalq bu azlığın çığırtılarına qulaq asmır, onların lənətlərinə fikir vermir. Xalq öz qaydasını yaradır – əməkçi çoxluğun maraqlarına uyğun qaydanı.

Dünən qul kimi baxılan insanlar – həyatın sahibi olurlar. Keçmiş sahiblərə isə bir çıxış yolu qalır – ölkədən qaçmaq və ya əməkçilərin hakimiyyətinə qarşı silahlı mübarizəyə başlamaq. Bu mübarizənin sonu isə məlumdur – istismarçıların darmadağın edilməsi və əməkçilərin qələbəsi.

Sağ qalmış burjua tör-töküntüləri yenə də ölkədən qaçmalı olurlar – öz sinif qardaşlarının himayəsinə. Amma orada da inqilabdan qurtula bilməyəcəklər. Çünki orada da əməkçilər və zülm olunanlar var və onlar da insana layiq həyat, azadlıq və hüquqlar istəyirlər. Deməli, onların da üsyanı – yalnız zaman məsələsidir.

Ədalət Abdinov


Отправить комментарий

0 Комментарии