Recents in Beach

“Stalin repressiyaları”


Əvvəlcə gəlin müəyyənləşdirək ki, repressiya nədir. Bu, ayrı-ayrı insanların dövlətin qanunlarını pozmasına dövlətin reaksiyasıdır.

Kapitalist dövlətdə qanunlar kapitalist sinfinin maraqları naminə qəbul olunur, SSRİ-də isə qanunlar zəhmətkeş kütlələrin maraqlarını qoruyurdu.

Və hələ elə bir dövlət olmayıb ki, onun qanunlarında repressiv tədbirlər nəzərdə tutulmasın.

Yox, mən heç də demək istəmirəm ki, 1937-ci ildə heç bir repressiya olmayıb.

Repressiyalar vardı və kifayət qədər sərt idi.

Bəs o vaxt bu repressiyalardan yan keçmək olardımı?

SSRİ düşmənlər tərəfindən mühasirəyə alınmışdı, onun ərazisində Qərb xüsusi xidmət orqanları tərəfindən yeridilmiş və ələ alınmış agentlər daim əhali arasında dağıdıcı fəaliyyət göstərirdilər.

Diversiyalar, sabotaj, korrupsiya, rüşvətxorluq gənc Sovet dövlətinin daimi yoldaşına çevrilmişdi. Tikinti materiallarının, ərzaq məhsullarının tədarükünün pozulması, dövlət vəsaitlərinin təyinatdan kənar xərclənməsi, əvvəlcədən uğursuzluğu bilinən layihələrin maliyyələşdirilməsi ölkənin milli təhlükəsizliyini təhdid edirdi.

Həmin dövrdə yaranmış vəziyyətdən yeganə çıxış yolu həm partiya aparatında, həm dövlət hakimiyyəti strukturlarında, həm də bütün səviyyələrdə Sovetlərdə kütləvi təmizləmələrin aparılması idi.

Xəyanət hətta Fəhlə-Kəndli Qırmızı Ordusuna  də nüfuz etmişdi; Tuxaçevskinin dövlət çevrilişi cəhdi orduda  kütləvi təmizləmələrin zəruri olduğunu açıq şəkildə göstərdi.

Xalq düşmənləri, xəyanət, korrupsiya və vəzifədən sui-istifadə ilə mübarizə sonradan “repressiyalar” adlandırıldı.

Eyni proseslər indi əksər keçmiş sovet respublikalarında da baş verir.

Burjua hakimiyyəti uzun müddət müxtəlif səviyyələrdə məmurların, deputatların, hakimlərin və  Silahlı Qüvvələri generallarının dürüstlüyünə və rüşvətə uymayacağına ümid edirdi.

Bunun nəyə gətirib çıxardığını isə biz açıq-aydın görürük.

Korrupsiya əksər keçmiş sovet respublikalarını  bürüyüb, rüşvətxorlar və vəzifə oğruları demək olar ki, açıq şəkildə, heç kimdən çəkinmədən “geniş” yaşayırlar, milyardlarla manat dəyərində, o cümlədən xaricdə də daşınmaz əmlaka sahibdirlər.

Yüzlərlə yüksək səviyyəli korrupsiya işi məhkəmələrə göndərilir və bu, həmin respublikalarda korrupsiya ilə total müharibənin yalnız başlanğıcıdır.

Yeni “37-ci il” yaxınlaşır və on minlərlə vəzifə oğrusu və ziyanverici düşərgələrə göndəriləcək.

Tamamilə mümkündür ki, sonradan - iyirmi il sonra - neoliberallar bizim dövrümüzü “ Repressiyalar” adlandırsınlar.

Sadəcə problem ondadır ki, keçmiş sovet respublikalarında bu cinayətkarlara - vəzifə oğrularına, korrupsionerlərə, terrorçulara və diversantlara  çox yumşaq yanaşılır.

Bu kateqoriyadan olan cinayətkarlarla mübarizənin effektivliyini artırmaq üçün “ictimai müdafiənin ali tədbiri”nin tətbiqinə qoyulan moratoriyanı aradan qaldırmaq lazımdır. Korrupsioner, vəzifə oğrusu, terrorçu və diversantlar üçün cəza yalnız bir ola bilər — güllələnmə!

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии