Recents in Beach

ABŞ-ın postsovet məkanına təsiri

ABŞ-ın postsovet məkanında (1991–2025) birbaşa və ya dolayısı yollarla siyasi taleyə təsir göstərmişdir. Təsirlər əsasən siyasi-diplomatik, təhlükəsizlik, iqtisadi və institusional xarakter daşıyıb.
ABŞ təsirinin ən açıq və intensiv olduğu ölkə Ukraynadır. 2004-cü ildə Narıncı inqilaba siyasi və diplomatik dəstək, 2014-cü ildə Meydan hadisələrinə - hökumət dəyişikliyinə açıq siyasi dəstək vermişdir. Ölkəni NATO inteqrasiyasına təşviq etmişdir. 2014-dən sonra hərbi, maliyyə və kəşfiyyat dəstəyi göstərmişdir. 2022 -ci ildən bu günə qədər genişmiqyaslı hərbi-iqtisadi yardım göstərir. Bütün bunların nəticəsində Ukraynanın geosiyasi istiqaməti faktiki olaraq Rusiya orbitindən çıxarılıb Qərbə yönəldilib.
Gürcüstan ABŞ-ın “model tərəfdaş” layihəsi olmuşdur. 2003-cü ildə Qızılgül inqilabı törətmişdir. ABŞ tərəfindən ordu islahatları və təlimlər keçirilmişdir. NATO üzvlüyünə açıq siyasi dəstək verilmişdir. İqtisadi və institusional islahat proqramları həyata keçirilmişdir. Nəticədə ABŞ bu ölkəni tam Qərbyönlü siyasi kursa yönəltmiş , Rusiya ilə strateji qarşıdurma yaratmışdır.
ABŞ-ın Ermənistana balanslı, lakin artan təsir olmuşdur. Ölkədə demokratiya və QHT layihələri həyata keçirmişdir.
2018-ci ildə “Məxməri inqilab”a nail omuş, sonrası diplomatik yaxınlaşma mümkün olmuşdur. Rusiya asılılığını azaltmağa yönəlik təşviqlər aparmışdır. Diaspora faktorundan (ABŞ-da güclü erməni lobbisi) geniş istifadə etmişdir. Nəticədə Ermənistanın Rusiya mərkəzli təhlükəsizlik modelində çatlar yaranmış, çoxvektorlu siyasət önə keçmişdir.
Azərbaycana məhdud, amma davamlı təsir göstərmişdir. Enerji layihələri (BTC, Cənub Qaz Dəhlizi) həyata keçirir. Diplomatik balans siyasəti aparır. Demokratiya və insan haqları təzyiqləri göstərir.
Qarabağ məsələsinə son qoymaq üçün Azərbaycan və Ermənistanı ABŞ-lə ticarətdən məhrum qoymaq və bu ölkələrdən ixrac olunan məhsullara 200% tarif tətbiq etməklə hədələyib. Bununlada ABŞ dünyaya Ermənistan - Azərbaycan müharibəsinə son qoyan ölkə kimi özünü təqdim edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda ABŞ siyasi sistemi formalaşdırmayıb, amma geosiyasi balansda rol oynayıb.
Moldovaya sakit, amma ardıcıl təsir göstərib. Avropa inteqrasiyası dəstəyi göstərib. Antikorrupsiya və seçki islahatlarına kömək edib. Rusiya təsirinə qarşı siyasi-diplomatik təzyiq göstərib. QHT və media layihələri həyata keçirib. Ölkədə qərbyönlü hökumətlərin möhkəmlənməsinə, transnistriya probleminin dondurulmasına çalışıb.
Belarusa təsir cəhdləri olub, lakin məhdud nəticə əldə edib.
Sanksiyalar tətbiq edib. Müxalifət və vətəndaş cəmiyyəti dəstəyi göstərib. 2020-ci il seçkilərindən sonra diplomatik təzyiqlərindən
rejim dəyişməyib, lakin Rusiya asılılığı daha da dərinləşib.
Qazaxıstana iqtisadi və enerji yönümlü təsir göstərib. Neft-qaz sektorunda ABŞ şirkətləri fəaliyyət göstərir. Təhlükəsizlik və terrorla mübarizə əməkdaşlığı var. Siyasi təsir məhdud və ehtiyatlıdır. Bir sözlə, ABŞ rejimə birbaşa təsir etməyib, lakin iqtisadi nüfuz mövcuddur.
Özbəkistana dalğalı münasibətlər göstərir. 2001-ci ildən hərbi-logistik əməkdaşlıq edir. Demokratiya mövzusunda təzyiqlərdən istifadə edir. Son illər ehtiyatlı yaxınlaşma hiss olunur. Nəticədə rejim dəyişməyib, amma Qərblə selektiv açılım var.
Qırğızıstan ABŞ təsirinə ən açıq Mərkəzi Asiya ölkəsidir. Burada ABŞ hərbi bazası (Manas, 2001–2014) mövcud olmuşdur. Seçkilər və siyasi proseslərə təsir edir. QHT və media dəstəyi göstərir. Nəticədə
tez-tez hakimiyyət dəyişiklikləri, siyasi qeyri-sabitlik Qırğıstan üçün xarakterikdir.

Tacikistan və Türkmənistana minimal təsiri var. Tacikistana təhlükəsizlik və Əfqanıstan faktoruna görə Türkmənistan ilə isə neytrallıq səbəbi ilə zəif əlaqə var.

Ədalət Abdinov 

Отправить комментарий

0 Комментарии