Təxminən son 50 il (1975–2025) ərzində ABŞ hərbi müdaxilə, siyasi təsir, iqtisadi rıçaqlar (sanksiyalar, yardım, institutlar) və diplomatik mexanizmlər vasitəsilə birbaşa və ya dolayısı yolla dünyanın bir sıra ölkələrinin siyasi taleyinə təsir göstərib.
Yaxın Şərq və Mərkəzi Asiyada ABŞ-ın qanlı izləri var. 2003-cü ildə ABŞ Səddam Hüseyni devirmək üçün İkinci Körfəz müharibəsinə başladı. ABŞ və İngiltərə İraqın kütləvi qırğın silahlarına malik olmasını bəhanə edərək “İraqın azadlığı” adlı hərbi əməliyyat həyata keçirdi. İraq işğal edildi və S.Hüseynin hakimiyyətinə son qoyulsa da, heç bir kütləvi qırğın silahı tapılmadı. Bundan sonra ABŞ İraqda insan hüquqlarının pozulması və ölkənin demokratikləşdirilməsi iddiaları ilə işğala haqq qazandırmaq istədi. İşğal nəticəsində bir milyondan çox iraqlı həlak olmuşdu. Əfqanıstanda (2001–2021) – Taliban rejiminin devrilməsi və uzunmüddətli işğalda iştirak etmişdir.
2014-cü ildən indiyə qədər Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlar aparır. 2011-ci ildə NATO çərçivəsində Liviyada Qəddafi rejiminin süqutunun təşkilatçısı olmuşdu. Ölkənin parçalanma prosesinə dolayı təsir göstərib.
Latın Amerikasında nəzarətinə aldığı ölkələr var. 1989-cu ildə Panamada Norieqa rejiminin devrilməsinə nail olmuşdu. 1983-cü ildə Qrenadaya hərbi müdaxiləsi nəticəsində hökumət dəyişikliyi baş vermişdi.
ABŞ-ın Yaxın Şərqdə dolayı hərbi və təhlükəsizlik təsiri (proksi, təlim, silah dəstəyi) bütün dünyaya məlumdur. Yəməndə Səudiyyə koalisiyasına, İsrail–Fələstin müharibəsində İsrailə güclü hərbi-siyasi dəstək verib. Livanda Hizbullah kontekstində təsir balansı yaradıb.
Afrikada - terrorla mübarizə adı altında Somalini, sanksiyalar və diplomatik təzyiq vasitəsilə Sudanı öz nəzarətinə alıb.
ABŞ-ın Latın Amerikasında siyasi müdaxilə və rejim formalaşdırma (seçkilər, çevrilişlər, müxalifət dəstəyi) ilə bağlı çoxlu bəd əməlləri var. 1973-cü ildə Çilidə Pinoçet çevrilişində mühüm rol oynayıb. Çiliyə təsiri sonrakı onilliklərdə davam edib.
Nikaraquada Sandinista hökumətinə qarşı vuruşan silahlı qruplar - Kontralar ABŞ tərəfindən dəstəklənmişdi. Venesuela Bolivar Respublikasının müxalifətinə siyasi-iqtisadi dəstək vermiş, neft və maliyyə sanksiyaları tətbiq etmişdir. Narkobiznes bəhanəsi ilə 3 yanvar 2026-cı ildə ölkəni bombalamışdır.
ABŞ Avropa və postsovet məkanında "virusunu" yaymaqda davam edir. Ukraynada müharibənin başlanmasında əsas günahkar ABŞ-dır. Bandera Maydanını qızışdıran, nasist batalyonlarını dəstəkləyən, qanuni hökuməti devirən və saxta Minsk müqavilələrini hazırlayan Vaşinqton və onun Avropa peykləridir. Ukrayna fəal şəkildə silahlarla təchiz edilmiş və Rusiya ilə hərbi münaqişəyə cəlb olunmuşdu.
Gürcüstanda 2003-cü ildə baş vermiş Qızılgül İnqilabının dolayısı təşkilatçısıdır.
ABŞ Slobodan Miloşeviç rejiminin süqutu planının əsas müəllifidir və bu plana əsasən 2000-ci il oktyabrın 5-də Belqradda xalq etirazlar baş vermiş ABŞ-ın arzuolunmaz şəxs saydığı Miloşeviç hakimiyyətdən devrilmişdir.
Ölkələri çökdürmək üçün iqtisadi mexanizmlər və sanksiyalarla təsir ABŞ-ın metodudur. Uzunmüddətli sanksiya və təzyiq hədəfləri nüvə proqramı və regional siyasətə görə İrandır, kommunist ideologiyasına görə Kubadır, nüvə və raket proqramlarına görə Şimali Koreyadır, Ukrayna sərvətlərini ələ keçirməkdə ona maneə olan Rusiyadır
Afrika və Asiyada Zimbabveyə, Myanmaya, Efiopiyaya seçici sanksiyaları tətbiq etmiş və diplomatik təzyiq göstərmişdir.
Diplomatik və institusional təsir (NATO, BVF, Dünya Bankı və s.) ABŞ-ın digər ölkələrə məqsədli münasibətinin mexanizmlərindəndir..
Şərqi Avropa ölkələrinə (Polşa, Rumıniya, Baltik ölkələri və s.) – NATO və Aİ inteqrasiyası ilə, Bosniya və Herseqovinaya, Kosovoya – dövlət quruculuğu proseslərində təsir etmişdir.
Asiyada - Cənubi Koreya, Yaponiyaya təhlükəsizlik və xarici siyasətlə, Filippin və Taylanda hərbi-siyasi əməkdaşlıqla təsir göstərmişdir.
Ümumiyyətlə son 50 ildə ABŞ 30-dan çox ölkənin siyasi trayektoriyasına hərbi güc, sanksiyalar, seçkilərə təsir, müxalifət dəstəyi, beynəlxalq institutlar və müttəfiqlik mexanizmləri vasitəsilə
birbaşa və ya dolayısı şəkildə təsir göstərib.
Bu təsir bəzən rejim dəyişikliyi, bəzən dövlətin parçalanması, bəzən isə uzunmüddətli asılılıq və ya müttəfiqlik forması alıb.
Ədalət Abdinov

.png)
0 Комментарии