Zəhmətkeşlərin düşmənlərinin gücü xüsusi mülkiyyətdədir. Kapitalistlər “iş yerlərinə” sahib olduqları üçün bizim üzərimizdə hakimiyyət qururlar. Keçmişdə insanları zorla məhdudlaşdırmaq lazım idi, indi isə bu məhdudiyyət daha çox iqtisadi yollarla edilir. Bizə çox vaxt elə gəlir ki, insan azaddır. Amma bu həmişə belə olmur.
Həyatımızın böyük hissəsi işdə keçir və məhz orada nə qədər asılı olduğumuz açıq görünür. Qanunlar guya bizi qoruyur və bizə nə qədər “azad” olduğumuzu göstərir. Amma real həyatda vəziyyət başqa cürdür.
Məsələn, əlavə iş saatlarını götürək. Qanuna görə, iş günü 8 saatdır. Müqavilədə iş vaxtı açıq yazılır. Amma bizi bundan artıq işləməyə nə məcbur edir? Vəziyyətimiz.
Bizim maaşdan başqa gəlirimiz yoxdur. Kapitalistlər neçə işçi lazım olduğunu özləri müəyyən edir və bizə iş verməyə məcbur deyillər. Nəticədə işsizlik yaranır. İşsiz qalan insanlar dolanışıgı vasitəsiz qalır.
Buna görə kapitalistlər bizə həmişə seçim qoyurlar: ya onların şərtləri ilə razılaş, ya da işi tərk et və işsiz qal. Biz işi itiririk, onlar isə yerimizə pulsuzluqdan hər şeyə razı olan başqasını götürürlər. Bax, bugünkü “azadlığımız” bu cürdür.
Bəs, biz tam gücsüzük? Xeyr. Bizim əsas gücümüz birlik və həmrəylikdir. Zəhmətkeşlər bir yerə yığışanda güclü olurlar.
Yenə əlavə işə baxaq. Adətən işçiləri tək-tək əlavə işə məcbur edirlər. Amma bütün işçilər birlikdə normadan artıq işləməkdən imtina etsələr, vəziyyət dəyişər. Onda sahibkar hamını birdən işdən çıxara bilməz və bəzilərini pulla razı salmağa çalışar.
İlk baxışda bu təklifi qəbul etmək sərfəli görünə bilər. Amma uzun müddətdə bu ziyanlıdır. Çünki sahibkar belə işçiləri baha hesab edəcək və ya sonradan verdiyini geri alacaq, ya da işləri yoluna qoyandan sonra onları işdən çıxaracaq.
Əsl güc – öz marağını uzaqdan görə bilmək və onu sona qədər qorumaqdır. Hətta bunun üçün müvəqqəti “şirnikdirici təkliflərdən” imtina etmək lazımdır. Biz bu gücü ayrı-ayrı müəssisələrdən başlayaraq istifadə etsək, bir-bir qalib gələ və sonda böyük dəyişikliklərə çata bilərik.
Ədalət Abdinov

.jpg)
0 Комментарии