6 il əvvəl - 2 fevral 1990-cı ildə satqın M.Qorbaçovun xüsusi göstərişi ilə SSRİ Dövlət Xalq Təhsili Komitəsi marksizm-leninizm fənnindən dövlət imtahanını ləğv etdi. Bu qərar ikinci semestrdən başlayaraq ölkənin bütün universitetlərinə şamil edildi.
Buna qədər M.Qorbaçov bəd əməlinə bəraət qazandırmaq üçün Ümumittifaq Tələbə Forumu təşkil etdirir və burada öyrədilmiş tələbələr xüsusi sifarişlə ali məktəblərdə marksizm-leninizm fənninin ləğvi məsələsini müzakirə edirlər. Və sonra M.Qorbaçovun iyrənc planına əsasən Dövlət Təhsil Komitəsinin sədri Gennadi Yaqodin tərəfindən marksizm-leninizm fənninin ləğvi ilə bağlı imzalanan əmrdə xüsusi olaraq Ümumittifaq Tələbə Forumu nümayəndələrinin təklif və şərhləri nəzərə alındığı qeyd olunur.
Hər bir universitetə, fakültəyə, kafedraya və hətta tələbəyə dövlət imtahan cədvəlində dəyişiklik etmək, marksizm-leninizm fənnini XX əsrin sosial və siyasi tarixi, fəlsəfəsi və ya siyasi iqtisadiyyatı kursları ilə əvəz etmək tapşırığı verildi.
Əlavə olaraq qeyd edim ki, M.Qorbaçovun tapşırığı ilə marksizm-leninizm fənninin ləğv edilməsi, onu aidiyyatı olmayan müxtəlif kurslarla əvəz edilməsi 1989-cu ilin aprel ayında Dövlət Təhsil Komitəsinin iclasında qəbul edilmiş sosial elmlər fənlərinin tədrisinin yenidən qurulması üzrə ümumittifaq konsepsiyasında nəzərdə tutulub.
Bununla da dövlət imtahanı verən tələbələrin ideoloji mövqelərindəki hərc-mərcliyə şərait yaradıldı. Bu da ABŞ və kollektiv Qərbin SSRİ-ni məhv etmək, burada kapitalizmin kök salması üçün M.Qorbaçovun öhdəsinə qoyduğu çirkin vəzifələrdən biri idi.
Ədalət Abdinov


0 Комментарии