Recents in Beach

Kapitalizm və yırtıcı davranış


Kapitalizmin bərpası ilə birlikdə eqoizmin təriflənməsi ideologiyası da geri qayıtdı. Belə ki, artıq sadəcə özünəhörmət kifayət sayılmır, özünüsevərlik vasitəsilə sui-istifadələr baş verir və yırtıcı düşüncəyə malik insanlar varlı kimi seçilməyə, daha böyük sərvətlərə sahib olmağa çalışırlar.

Burjua baxışı həmişə eynidir: kasıblar kasıb olduqlarına görə özləri günahkardırlar.
“Güclünün yanında həmişə günahsız zəif suçlu çıxır” — bu, yırtıcı mövqedir.
Kapitalizm şəraitində eqoizmə əsaslanan davranış normaları işləyir:
* yaxınını aldat;
* ya sən başqasını talayırsan, ya da başqası səni talayır.
Kapitalizmin prinsipi: hər kəsdən eqoist bacarığına görə, hər kəsə hiyləgərlik və həyasızlığı ölçüsündə.
Kapitalistlərin şüarı: hər kəsdən axmaqlığı qədər, hər kəsə tamahı qədər.
Bununla yanaşı, “kasıb qalmaq” qorxusundan doğan eqoist bir narahatlıq da mövcuddur. Burada ehtiyat üçün toplamağa yönəlmiş heyvani instinkt işə düşür və bu instinkt sərvəti qeyri-mütənasib şəkildə əlində cəmləşdirənlərin qanındadır.
Kapitalizm yırtıcı davranış, kinli və cahil eqoizm əsasında özünü məhv edir.

Ədalət Abdinov


Отправить комментарий

0 Комментарии