Recents in Beach

KOMMUNİST KİMDİR?


Kapitalist təbliğatı kommunisti “milli satqın” və ya sadəlövh qəribə adam kimi qaranlıq obrazda təqdim edir. Burjuaziya 1917-ci ilin zəfərini bizə bağışlaya bilmir! Bu da başadüşüləndir: o zaman fəhlələr bütün dünyaya sübut etdilər ki, biz yalnız parazitləri qovmağa deyil, həm də ölkəni onlardan heç də pis idarə etməməyə qadirik. Kapitalistlərin nöqteyi-nəzərindən bu, sadəcə mümkün deyil. Elə buna görə də bizim sələflərimizə alman və ya digər kapitalist hökumətlərlə əlaqə kimi ittihamlar yapışdırılırdı.

Boş və mənasız dedi-qoduları bir kənara qoyaq və bu günə baxaq. Kommunistlər kimdir? Bunlar tərəqqinin ardıcıl və sarsılmaz tərəfdarlarıdır. Biz bütün xurafatlara qarşı çıxaraq, gələcəyimiz haqqında açıq danışmağa qadir olan yeganə qüvvəyik. Digər siyasi qüvvələr əməkçilərin boynunda ağa olmadan yaşamağa layiq olduqları fikri ilə barışa bilmədikləri üçün, bu və ya digər şəkildə kapitalizmin qorunmasını müdafiə edirlər. Yalnız kommunistlər mifoloji tanrıya deyil, zəhmətkeş insana inanırlar!

Biz qəti şəkildə bilirik ki, əməkçilər kapitalistləri yenidən qovaraq öz həyatlarını ən yaxşı şəkildə təşkil edə bilərlər. Kapitalın tərəfdarları heyvanlara baxmağa çağıraraq onların münasibətlərini insan cəmiyyətinə tətbiq etdikdə, biz deyirik ki, insanlar heyvan deyillər. Məhz və yalnız kommunistlər çox iş görüblər və bundan sonra da görəcəklər ki, bütün vətəndaşlarımız azad yaradıcı səviyyəsinə yüksəlsinlər, ağılsız heyvanların instinktlərinə enməsinlər.

Kommunistlər fəhlə sinfinin içindən çıxdıqları üçün öz siniflərini həqiqətən sevirlər! Biz heç vaxt ümumi razılıq haqqında qışqırmırıq, çünki bunun əslində nə olduğunu yaxşı başa düşürük — əməkçilərin maraqlarının varlıların maraqları naminə qurban verilməsi. Əməkçiləri kapitalın terrorundan qorumaq üçün biz yoldaşlarımıza həqiqəti deməkdən çəkinmirik: sosializmin nailiyyətlərini əlimizdə silahla müdafiə edəcəyik.

Dünyanın heç bir ölkəsində kommunistlərdən başqa elə bir partiya yoxdur və olmayacaq ki, fəhlə sinfinin qələbəsi uğrunda bu qədər ardıcıl mübarizə aparsın və əməkçi qüvvəyə bu qədər möhkəm inansın. Bizim casuslarla və ya şəhər dəliqanlıları ilə heç bir ortaq cəhətimiz yoxdur, çünki bütün problemlərin bizim iştirakımız olmadan həll olunacağına ümid etmirik. Əksinə, biz bütün fəhlələri öz hüquqları və əməkçi hakimiyyəti uğrunda mübarizədə ən fəal iştiraka çağırırıq ki, düşmən göstərişləri ilə yaşamaq vərdişindən qurtulub, hər gün öz həyatları və bütövlükdə ölkənin həyatı üçün məsuliyyəti öz üzərlərinə götürmək vərdişini qazansınlar.

Ədalət Abdinov


Отправить комментарий

0 Комментарии