Recents in Beach

Lənkəranda sosial gərginlik – kommunistlər hesabat verdilər


31 iyul 2022-ci ildə Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Komitəsinin hesabat-seçki yığıncağı keçirilmişdir.
Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi Əlirza Cəfərov hesabat məruzəsi ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, başda ABŞ olmaqla kollektiv Qərb bizə süni surətdə kapitalizm siyasi qurluşunu sırıyıblar. Kapitalizm zəhmətkeşlərin əsarət və hüquqsuzluğu cəmiyyətidir. Burjua cəmiyyəti insanın insan tərəfindən istismarına əsaslanır. Kapitalizmin məqsədi fəhlələrin və kəndlilərin zəhməti hesabına istismarçıların varlanmasıdır.
Kapital ölkələrində milli sərvətlər bir yığın istismarçıların əlində cəmləşmişdir – Əlirza Cəfərov dedi – Zəhmətkeşlər daim əsarət altındadırlar. Dövlət hakimiyyəti iri kapitalistlərə mənsubdur. Demokratiyaya gəldikdə isə bu, bir qayda olaraq, zəhmətkeşlərin istifadə edə bilmədikləri hüquqların və azadlıqların zahirən elan edilməsi ilə bitir.
Kapitalizn dərin böhran keçirir - Əlirza Cəfərov vurğuladı – Kapital ölkələrini daim münaqişələr sarsıdır, işsizlik, bahalıq, cinayətkarlıq artır. Bir sözlə, kapitalizmin siyasi sabitsizliyi, xüsusilə sinfi antaqoniznizmlərin kəskinləşməsi ilə əlaqədardır. İmperializm binası bünövrəsindən zirvəsinədək kəskin və dərin böhran keçirir.
Əlirza Cəfərov bildirdi ki, baş verən hadisələrin mənfi təsirini biz Lənkəran rayonunda daha aydın görürük. Rayonunda 2 şəhər, 8 qəsəbə və 83 kənd var. Lənkəranda gəliri olmayan insanların sayı həddindən artıq çoxdur. Yoxsulluğun artması, digır tərəfdən orta təbəqənin sıradan çıxması ciddi narahatlıq doğurur.
Yığıncaq iştirakçılarından Sərdar Əhədov, Atakişi Rəhimov, Ələddin Abbasov, Rafiq Dadaşov, Sadıq Mehdiyev və Talışxan Niftullayev çıxış edərək qeyd etmişlər ki, milli gəlirin səviyyəsinə və adambaşına bölgüsünə görə Lənkəran respublikada ən axırıncı yeri tutur. Halbuki sövet dönəmində Lənkəran keçmiş SSRİ-nin ən firavan rayonlarından biri idi. İndi həmin inkişafdan, tərəqqidən əsər - əlamət yoxdur.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat məsələləri üzrə katibi Rəhim Həsənov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iqtisadi siyasət üzrə katibi Baxşəli Hacıyev və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov yığıncaqda çıxış etmişlər.
Yığıncaqda təşkilat məsələlərinə baxılmışdır.
Cəfərov Əlirza Şükür oğlu səs çoxluğu ilə Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Komitəsinin birinci katibi seçilmişdir.
Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev iştirak etmişdir.

Azərbaycan KP MK-nın mətbuat xidməti














Отправить комментарий

0 Комментарии