Mütərəqqi, firavan sovet cəmiyyətini yırtıcı kapitalizmin əsarətinə salmaq məqsədilə ABŞ və kollektiv Qərb siyasi texnologiyalar institutlarının məkrli planlarının tərkib hissələrindən biri də xalq cəbhəsi vətənşüvənliyi idi. Cəmiyyətdə sabitliyi pozan, hərc-mərclik yaratmaqla beynəlxalq imperializmə yardımçı olan belə bir başıpozuq təşkilat 1989-cu ilin iyun ayında Bakıda da peyda oldu.
Heç bir nizam və intizama tabe olmayan, heç bir qaydaya riayət etməyən, nizamsız belə bir təşkilatın törədəcəyi faciələri sadə, səmimi, düzgün sovet adamları dərk edə bilmirdi. Ona görə də heç bir şey düşünmədən, sorğulamadan bu hay-küyçülərin dalıyca gedirdilər.
ABŞ-a satılmış M.S.Qorbaçovun əli ilə SSRİ-də proseslr elə gedirdi ki, Azərbaycan Xalq Cəbhəsinə heç bir ehtiyac yox idi. Aranı qarışdırmaq üçün bu təşkilatlar beynəlxalq imperializmə lazım idi.
Bu başıpozuq dəstə safürəkli Bakı sovet fəhlələrinin hiyləbilməz əxlaqından sui-istifadə istifadə edərək 4 sentyabr 1989-cu ildə Azərbaycanda siyasi tələblərlə ümumrespublika tətilinə nail oldular.
Bu tələblərdən biri Azərbaycan Xalq Cəbhəsinin (AXC) rəsmi qeydiyyata alınması idi.
Azərbaycan Xalq Cəbhəsinin proqramı sınaqlardan uğurla çıxmış sovet dövlət təcrübəsi ilə müqaisədə tamamilə cəfəngiyyat idi.
Tətil təşkilatçılarının tələblərindən biri SSRİ-nin tərkibində Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyinin elan edilməsi idi. Yenə təkrar edirəm, proseslər buna döğru gedirdi. AXC təşkilatçılarının küçələrdə çığır-bağır salmasına, ən ağrılısı isə 20 Yanvar qanlı faciəsinə ehtiyac yox idi.
Sentyabrın 10-da axşam beynəlxalq imperializmə satılmış Qorbaçovun yerli hakimiyyətinin dəstəyi ilə Azərbaycan televiziyası respublika Xalq Cəbhəsi liderlərinin çıxışı üçün 28 dəqiqə vaxt ayırdı.
Çıxış edənlər qeyd etdilər ki, tətil iştirakçılarının irəli sürdüyü tələblərin əksəriyyəti hələ də Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməsə də, ümumi səylər nəticəsində məsələnin dalana dirənmiş vəziyyətdən çıxarılmasına nail olunub. Həlli gözlənilən bir sıra məsələlər sentyabrın 15-də açılacaq respublika Ali Sovetinin sessiyasının gündəliyinə daxil edilib.
Çıxış edənlər Xalq Cəbhəsinin təşəbbüsü ilə elan edilmiş tətili sessiyanın nəticələri açıqlanana qədər dayandırmağa çağırdılar.
Bazar ertəsi, sentyabrın 11-də, bir həftəlik fasilədən sonra Azərbaycanın sənaye müəssisələri və nəqliyyat sistemi fəaliyyətini bərpa etdi.
Nə qədər gərək ziyanverici olasan ki, tarixi-obyektiv proseslərlə müqaisədə heş bir ehtiyac olmadan zavod və fabriklərin iş ahəngini pozub sadə əməkçi insanları çətin vəziyyətə salasan.
Qorbaçov hakimiyyətinin "qaz" verməsi ilə Bakıda AXC-nin səngimək bilməyən mitinqləri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsini bu başıpozuq dəstə ilə danışıqlara başlamağa məcbur etdi.
15 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı. Onun işində AXC İdarə Heyətinin üzvləri də iştirak etdilər. Sessiyada respublika rəhbəri Əbdürrəhman Vəzirovla «cəbhəçilər» arasında süni müzakirələr başladı.
Sentyabrın 23-dək davam edən Ali Sovet sessiyası «Azərbaycan SSR-in suverenliyi haqqında» Konstitusiya Qanunu qəbul etdi.
Bu hadisə "cəbhəçilər"in uğuru hesab edilə bilərmi? Qətiyyən yox! Çünki, "cəbhəçilər"in küçədə-bacada çığır-bağır salmasına (bunlar Qorbaçova lazım idi) baxmayaraq siyasi proseslər ona doğru gedirdi!
5 oktyabr 1989-cu ildə Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan Xalq Cəbhəsini rəsmi olaraq qeydiyyata aldı. Qorbaçovun "xalq cəbhəsi" oyunu sosializmdən kapitalizmə keçid üçün vacib idi!..
Ədalət Abdinov


0 Комментарии